Icma.az
close
up
RU
Əkin sahələrində rəqəmsal nəzarət “Made in Azerbaijan” brendi əl əl axtarılacaq

Əkin sahələrində rəqəmsal nəzarət “Made in Azerbaijan” brendi əl əl axtarılacaq

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq kənd təsərrüfatında rəqəmsallaşma və nəzarət mexanizmlərinin gücləndirilməsi qlobal tendensiyaya çevrilib. Əkin sahələrində kimyəvi maddələrin, xüsusilə də pestisid tətbiqinin elektron sistemlər vasitəsilə izlənməsi təhlükəsizliyin təmin olunması baxımından vacib hesab olunur. 
2026-cı ildən etibarən bir sıra region ölkələrində dərmanlama prosesinin rəqəmsal platformalar üzərindən nəzarəti məcburi xarakter alacaq. Bu yanaşma aqrar istehsalda şəffaflığın artırılması və ixrac tələblərinə uyğunluğun təmin edilməsi baxımından yeni mərhələnin başlanğıcı hesab olunur. 
Bəs Azərbaycanın aqrar sistemi belə bir yeniliyə hazırdırmı?
Aqrar sahə üzrə ekspert Nurəddin Vəliyev məsələ ilə bağlı Bizim.Media-ya bildirdi ki, Azərbaycanda aqrar rəqəmsallaşmaya keçid olunub, sadəcə mövcud rəqəmsal infrastrukturuı təkmilləşdirmək və gələcək inkişaf strategiyasını formalaşdırmaq lazımdır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış vahid Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) aqrar proseslərinin elektronlaşdırılması üçün əsas platformadır. 
Sistem fermerlərə subsidiyalar, əkin planlaşdırılması, torpaq istifadəsi, heyvandarlıq və digər aqrar proseslərlə bağlı məlumatları daxil etməyə və idarə etməyə imkan verir. Hazırda kənd təsərrüfatı sektorunda süni intellekt sistemlərinin pilot layihələri həyata keçirilir.  
“Bu yenilik aqrar təsərrüfata iqtisadi və ekoloji baxımdan çox ciddi üstünlüklər verəcək. 
Qısa desək, nə əkilib, nə vaxt, nə qədər və hansı dərmanla dərmanlandığı artıq sistemli və şəffaf şəkildə bilinəcək. Dərmanlama normadan artıq və ya yanlış vaxtda edilərsə, sistem bunu qeydə alacaq. Bu həm daxili bazarda təhlükəsiz qida bazası yaradacaq, həm də “Made in Azerbaijan” brendini  beynəlxalq bazarda daha etibarlı edəcək. 
Həmçinin, nəzarətsiz dərmanlama torpağı və su mənbələrini çirkləndirdiyini nəzərə alsaq, elektron sistem bunun da qarşısını alıb uzunmüddətli məhsuldarlığı qoruyacaq. Nəticədə artıq dərmanlama azaldığı üçün lazımsız dərman xərci də olmayacaq”. 
Şəfiqə Şəfa, Bizim.Media
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri