Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Made in Azerbaijan Milli ruhu dünyaya yayan brend

Made in Azerbaijan Milli ruhu dünyaya yayan brend

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Made in Azerbaijan" – bu ifadə Azərbaycanın məhsullarının beynəlxalq bazarda tanıdılması və ixracının təşviqi məqsədi ilə yaradılmış milli brenddir. Bu təşəbbüs Prezident İlham Əliyevin 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş “Strateji Yol Xəritəsi”nin tərkib hissəsi olaraq həyata keçirilir və ölkədə istehsal olunan məhsulların xarici bazarlara çıxışını asanlaşdırmağa, Azərbaycanın ixrac potensialını artırmağa xidmət edir.

Milli məqsəd: Yerli istehsalı gücləndirmək, ixracı artırmaq

Brendin əsas məqsədləri yerli istehsalın gücləndirilməsi və qeyri-neft ixracının inkişaf etdirilməsidir. Əsas məqsəd ixracın təşviqidir. Azərbaycan hökuməti yerli istehsalçılara dəstək verərək onların məhsullarının xaricdə tanıdılmasını və satışını genişləndirməyi hədəfləyir. Bu yanaşma, yerli məhsulların keyfiyyətinin artırılmasına və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib. Bu da öz növbəsində neftdən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirmək məqsədi güdür. 

Milli məhsulların beynəlxalq səviyyədə tanıdılması onların yeni bazarlara daxil olması ilə nəticələnir. Bu brendin uğurlu tətbiqi Azərbaycanın qlobal iqtisadiyyatdakı mövqeyini gücləndirə bilər.

"Made in Azerbaijan" brendinin ixrac təşviqləri

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, xarici bazarlarda "Made in Azerbaijan" brendinin təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi  məqsədilə bir sıra tədbirlər nəzərdə tutulub: 

• Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi aşağıdakı tədbirlərdən ibarətdir:
• Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak;
• Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak;
• Dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi;
• Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili; 
• Xarici ölkələrin ictimai yerlərində və mediasında “Made in Azerbaijan” brendinin təbliği. 

"Made in Azerbaijan" brendinin dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən təşviqi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir.

Azərbaycan hökuməti xüsusilə Azexport.az portalı vasitəsilə “Made in Azerbaijan” məhsullarının beynəlxalq bazarlarda tanıdılmasını və satışını dəstəkləyir. Bu platforma vasitəsilə Azərbaycan istehsalı olan məhsullar, Amazon və eBay kimi beynəlxalq saytlarında satışa çıxarılır. 

Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) Modern.az-a bildirilib ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə bir sıra vacib tədbirlər həyata keçirir. Qurum rəqabətqabiliyyətli və sertifikatlı məhsulları seçərək "Made in Azerbaijan" loqotipi altında təbliğ edir. 

Xarici sərgilərdə iştirak etmək istəyən istehsalçılara dövlət tərəfindən dəstək göstərilir. İxracatçılar sərgilərdə iştirak edərkən xərclərinin 50 faizədək  hissəsini dövlətin qarşılaması ilə bu imkandan yararlanırlar. 

Məhsulların xarici bazarlara çıxarılması üçün marketinq və reklam dəstəyi verilir. AZPROMO məhsulların xaricdə təbliği üçün müxtəlif reklam və marketinq kampaniyaları təşkil edir ki, bu da onların satışını artırmağa şərait yaradır.

Bundan əlavə ixrac missiyaları Azərbaycan istehsalçılarının xarici bazarlara yönəlməsinə və yeni əlaqələr qurmasına imkan verir. Bu missiyalar çərçivəsində potensial alıcılarla birbaşa görüşlər keçirilir və əməkdaşlıq imkanları müzakirə olunur.

Nardan şəraba, xalçadan polimerlərə qədər uğurlu ixrac nümunələri

Azərbaycanın "Made in Azerbaijan" brendi son illər dünya bazarlarında böyük uğurlar qazanıb. 
Azərbaycan xüsusilə Göyçay narı ilə tanınır və nar məhsulları dünya bazarlarında yüksək qiymətləndirilir. Bu məhsulun əsas ixrac bazarları Rusiya, Almaniya və BƏƏ-dir.

Zaqatala fındığı da dünya bazarında keyfiyyəti ilə məşhurdur və yüksək qiymət alınır. Fındığın əsas ixrac bazarları İtaliya, Almaniya və Rusiyadır.

Azərbaycan şərabları yerli üzümlərdən hazırlanan və qədim ənənələrə dayanan keyfiyyəti ilə tanınır. Şərab və digər spirtli içkilərin əsas ixrac bazarları arasında Çin, Polşa və Fransa xüsusi yer tutur.

Azərbaycan xalçaçılığı da dünya bazarlarında məşhurdur. Quba, Təbiz və Qarabağ xalçaları Azərbaycanın zəngin mədəni irsini təmsil edir və əsas ixrac bazarları ABŞ, Fransa və Yaponiya kimi ölkələrdir.

SOCAR polimer məhsulları sənaye sahələrində geniş istifadə olunur. Polipropilen və digər sənaye mallarının əsas ixrac bazarları Gürcüstan, Türkiyə və Qazaxıstandır.

Yeni ixrac imkanları: təbii və innovativ məhsullar

"Made in Azerbaijan" brendi altında müxtəlif yeni məhsul kateqoriyalarının inkişafı və ixracı ilə bağlı potensial mövcuddur. 

Azərbaycanın zəngin flora və təbii resurslarından faydalanaraq bir sıra kosmetik məhsullar istehsal və ixrac  etmək mümkündür. Bu baxımdan  üzvi kosmetik krem və yağlar, təbii sabunlar, Naftalan terapiyası əsasında hazırlanan spa məhsulları ön plana çıxır. Bu məhsullar xüsusilə Avropa, Asiya və Yaxın Şərq bazarlarında maraq doğura bilər. 

Təbii otlarla hazırlanan çaylar və əlavələr xarici bazarlara çıxarıla bilər. Zəfəranlı, dağ nanəli, kəklikotulu çaylar, arı südü, propolis və digər təbii əlavələr təbii və orqanik məhsullara tələbatın artdığı Qərb bazarlarında böyük maraqla qarşılanır. 

Yerli startaplar tərəfindən hazırlanmış tətbiqlər və proqram təminatları, təhsil texnologiyaları (, kibertəhlükəsizlik və data analiz sistemləri kimi texnoloji məhsullar, xüsusilə rəqəmsal dövrə keçid edən bazarlarda uğurla satıla bilər.

"Made in Azerbaijan" yalnız məhsullarla məhdudlaşmır, həm də xidmətlər sahəsində ixrac imkanları yaradır. Azərbaycanın turizm potensialını artırmaq və beynəlxalq səviyyədə təbliğ etmək məqsədilə turizm paketləri, mədəniyyət festivalları və kulinariya turları kimi xidmətlər təqdim edilə bilər. 

"Made in Azerbaijan" brendi yalnız bir istehsal nişanı deyil. Bu, Azərbaycanın dünyaya açılan iqtisadi qapısı, mədəniyyət və keyfiyyət göstəricisidir. Dövlətin bu istiqamətdə atdığı addımlar və sahibkarlara verdiyi dəstək sayəsində yaxın illərdə bu brendin beynəlxalq nüfuzu daha da güclənəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri