Icma.az
close
up
RU
Ekipaj üzvləri ilə bağlı dövlət planları var Komitə sədri

Ekipaj üzvləri ilə bağlı dövlət planları var Komitə sədri

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərfi izin itirilməsi məqsədilə "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib. Görünür ki, təyyarənin Xəzər dənizinə düşəcəyi planlaşdırlıb.
Amma "Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdıra bilib.
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i azərbaycanlıdır. Məhz pilot və ekipaj üzvlərinin gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib.
Qəhrəman pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva isə partlayış zamanı həlak olublar. Onlar Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaqlar.

Bəs ekipaj üzvləri təltif olunacaqmı?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a bildirib ki, "Embraer 190" təyyarəsinin ekipaj üzvləri faktiki olaraq döyüşçü kimi davranıblar:

"Təyyarə heyətinin göstərdiyi qəhrəmanlıq gələcəkdə aviasiya sferasında, ümumiyyətlə, nəqliyyat aləmində bir simvola çevriləcək. İlk növbədə təyyarənin xilası üçün bütün lazımi tədbirlər görülüb və əvvəla alternativ məkanlar istənilib. Faktiki olaraq, o uçuş zamanı dispetçer xidmətindən parollar, əsas koordinatlar verilməyib. Buna baxmayaraq, belə bir vəziyyətdə Aktauya uçmaq, Xəzər dənizi üzərində partlayışın qarşısını almaq üçün  müəyyən dövr etmək, özlərini riskə ataraq, bütün sərnişinləri xilas etmək uğrunda sükanı canları və qanları bahasına saxlamaq qəhrəmanlıq nümunəsidir. Bu, heç kimin ağlına gələ bilməzdi. "Qara qutu"dan öncə, digər insanların ağ qutusu üzərindən prosesləri görə bildik. Silah zərbəsi almağına baxmayaraq, təyyarənin maksimum müvazinətini saxlaması hərbi cəbhələrdəki qırıcıların hərəkətləri ilə eynidir. Faktiki olaraq, həmin pilotlar elə döyüşçü kimi davranıblar".

Komitə sədri vurğulayıb ki, ekipaj üzvünün qəhrəmanlığının dəyərləndirilməsi üçün müvafiq dövlət planları var:

"İki-üç saat ərzində baş verənlər təkcə azərbaycanlılar deyil, bütün dünyada bu məsələni izləyən qüvvələr tərəfindən qiymətləndirilir. Həm kapitanın, həm pilotun, həm də bilavasitə bələdçilərin fədakar davranışlarını, panikaya əleyhinə hərəkətlərini xarici mediadakı bütün şərhlərdə, mülahizələrdə yüksək qiymətləndirirlər. Bələdçinin "Kəmərləri bağlayın hər şey yaxşı olacaq!" sözləri artıq az qala "Qarabağ Azərbaycandır!" qədər milli şüara çevrilib.
Bu yöndə parlament üzvlərinin təklif verib-verməməyindən asılı olmayaraq, təyyarə ekipajının igidliyinin dəyərləndirilməsi ilə bağlı əminik ki, müvafiq dövlət planları mövcuddur. Bunu biz qabaqlamaq istəməzdik. Ən başlıca məsələ pilotların adının insanların qəlbində həkk olunmasıdır. Onlar qəhrəmanlıq salnaməmizin bir parçasıdırlar. Qarabağ səmasında göstərilən igidlik təkrar olunub. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin məsələyə reaksiyası məhz elə Ali Baş Komandan münasibəti oldu. Yəni Prezident mülki təyyarə olmasına baxmayaraq, hərb meydanlarında döyüşlərimizə olan münasibətin eynisini sərgilədi".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri