Icma.az
close
up
RU
Eko Aləm İctimai Birliyi regionlarda yaşıllaşdırma işləri ilə bağlı monitrinqi davam etdirir

Eko Aləm İctimai Birliyi regionlarda yaşıllaşdırma işləri ilə bağlı monitrinqi davam etdirir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra etdiyi “Səhralaşma ilə mübarizə” layihəsi çərçivəsində regionlarda yaşıllaşdırma işləri ilə bağlı monitrinqi davam etdirir. Layihə çərçivəsində görülən növbəti işlər barədə Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib: “Layihə işində məqsədimiz uzun illərdən bəri aparılan magistral asfalt yolkənarı yaşıllaşdırma işlərinin bu günki vəziyyətini araşdırmaq, vizual ictimai monitorinqlər həyata keçirtmək idi. Bundan başqa isə aparılan monitorinqlərin nəticəsini ictimaiyyətin diqqətinə çatdırmaqla insanları qlobal ekoloji problemlərdən olan səhralaşmanın təsirləri barədə marifləndirməkdir. Bununlada diqqəti yaşıllıqların qorunması işinə cəlb etmək və qlobal ekoloji problemlərdən olan antropagen amillərin və iqlim dəyişikliyinin yaratdığı səhralaşma ilə mübarizəyə diqqəti artırmaqdır.
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 5 saylı Yaşıllaşdırma İdarəsinin fəaliyyətinin araşdırılması
Layihə işi cədvəlinə uyğun olaraq Eko Aləm ictimai birliyi 23 iyul 2025-ci il tarixində növbəti tədbirini Xızı rayonu Sitalçay kəndinin ərazisində yerləşən "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 5 saylı Yaşıllaşdırma İdarəsinin fəaliyyəti ilə bağlı ictimai ekoloji monitorinq həyata keçirtmişdir. Sitalçay qəsəbəsi Xızı rayonunun əsas yaşayış məntəqələrindən biridir və 5 saylı Yaşıllaşdırma İdarəsi də onun ərazisində yerləşir. İdarə Bakı-Quba magistral avtomobil yolunun ətrafının H.Z.Tağıyev-Zarat və Zarat-Şabran hissələrinin yaşıllaşdırılması məqsədi ilə 2009-cu ildə yaradılmışdır.
Apardığımız müşahidələr zamanı 5 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Quba magistral avtomobil yolunun ətrafının H.Z.Tağıyev-Zarat (45-83 km) ərazisində ciddi yaşıllaşdırma işlərinin aparıldığını müşahidə etdik. Salınmış yaşıllıqların ekoloji vəziyyəti sağlam görünürdü. Coğrafi yerləşməsinə görə bu ərazilərdə heç vaxt yaşıllıq olmayıb. Burada yaşıllaşdırma işləri aparılmış və bitiş demək olar ki, yüksək səviyyədədir.
Tədbirlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etmişdik. Amma buna baxmayaraq əraziyə gəldiyimizdə idarənin rəhbərliyindən heç kim yox idi. Qapılar bağlı idi ərazidə yalnız fəhlələr istirahət edirdilər. Həddindən artıq isti bir gün olduğundan İdarəni tapana qədər müəyyən bir vaxt itirdik söz verdiyiiz vaxtda gəlib çıxa bilmədik. İlk dəfə idi ki, bu əraziyə gəlirdik. 23 iyul bu ilin ən isti günlərindən biri olduğundan, küçələrdə heç kimi görmək olmurdu, ərazidə isə heç bir nişan görmədiyimizdən, səhv istiqamətə getdik və sozləşdiyimiz vaxta gəlib çıxa bilmədik. İdarəni tapdıqda isə ərazidə kimsə yox idi, yalnız fəhlələr kölgədə oturub istirahət edirdilər. İdarənin müdriyyətindən, məsul işçilərindən heç kim yox idi və qapı bağlı idi. əlbətdki bu bizim işimizə mane olmadı. Biz əraziyə baxış keçirtdik. İdarənin həyəti və yol kənarı saldıqları yaşıllıqlar olduqca möhtəşəm idi. İdarənin tinglik sahəsi yox idi. Könülsüz olaraq zorla fəhlələrdən bəzi suallarımıza cavab almağa çalışdıq. Ən qəribəsi isə o idiki, səhralıq hesab olunan bu cür ərazidə bu qədər yaşıllıq salan idarənin işçiləri öz işləri ilə qürur duymalı olduqları halda susmağa üstünlük verirdilər. Müdiriyyətin çıxıb getdiyini söylədilər və nə vaxt gələcəkləri barədə məlumat ala bilmədik. Vizual müşahıdılər və çəkilişlər etdikdən sonra Xızı rayon İcra Hakimiyyəti Başçısının Stalçay kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə getdik. Tədbirlə bağlı bizimlə Xızı RİHB-nın Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlıarının müdafiəsi üzrə Komissiyanın məsul katibi II dərəcə dövlət qulluqçusu Əliyev Fətulla Həmdulla oğlu əlaqə saxlamışdı. Biz ona müraciət etdik, gecikdiyimiz üçün üzr istədik və ərazidə heç kim olmadığı barədə məlumat verdik. Fətulla müəllim bizi dinlədikdən sonra Xızı RİHB-nın Sitalçay kənd İƏD üzrə nümayəndəliyinin başçısı İbrahimov Əli müəllimə müraciət etməyimizi məsləhət gördü. Sonra biz Sitalçay kənd İƏD üzrə nümayəndəliyə gəldik və Əli müəllimlə görüşdük . Maraqlandığımız suallara cavab aldıq. Daha sonra Əli müəllim bildirdi ki. bu il qəsəbədə baş vermiş sel fəlakəti nəticəsində bir sıra problemlər yaşanmışdır o, cümlədən də bəzi yaşıllıqlar ziyan görmüşdür”.
Bakı-Quba magistral avtomobil yolunun ətrafının Zarat-Şabran hissəsində salınmış Yaşıllıqların ekoloji vəziyyətinin araşdırılması

Sevil Yüzbaşeva deyib ki, açıq mənbələrdən topladıqlara məlumatlara görə AR NK-nin qərarı ilə 2021-ci ildə ASC-nin 5 saylı Yaşıllaşdırma İdarəsinin mağistral asfalt yolu kənarının yaşıllaşdırmış və Siyəzən rayonu hissəsi, Siyəzən RİH-nə verilmişdir. Həmin ərazilərin bu günki, vəziyyəti təşkilatımız tərəfindən araşdırılıb: “Bunun üçün Eko Aləm ib 24 iyul 2025-ci il tarixində Siyəzən rayonuna səfər edib və ərazidə ictimai ekoloji vizual monitorinq həyata keçirtdik. Monitorinq zamanı məlum olmuşdur ki, Siyəzən RİH-ti bu işə ciddi yanaşmış, hətda mövcud yaşıllıqları qorumaq, yeni səpinlərlə inkişaf etdirmək üçün Siyəzən Rayon Yaşıllaşdırma İdarəsinə xüsusi tapşırıq da vermişdir. Rayona gəldikdən sonra ilk olaraq Siyəzən İcra Hakimiyyətinə müraciət etdik. Siyəzən İcra Hakimiyyətində bizi Ərazi İdarəetmə Və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Böyük məsləhətçi Sultanov Vüsal Asəf oğlu çox xoş qarşıladı. Bildirdiki gəlməyimiz barədə göndərdiyimiz məktubu alıblar. Lazım olan hər köməkliyi edəcəklər. bu zaman otağa Siyəzən İcra Hakimiyyətində bizi Ərazi İdarəetmə Və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin müdiri Kərimov Elvin Qorxmaz oğlu da daxil oldu nə məasədlə gəldiyimizi öyrənən kimi Siyəzən Rayon Yaşıllaşdırma İdarəsin məsul işçilərini çağırmaq tapşırığı verdi. Siyəzən Rayon Yaşıllaşdırma İdarəsin məsul işçiləri ilə tanış olduq. 24 iyul 2025-ci il tarixi ən isti yay günlərindən biri olduğu üçün işə elə ərazidən başlamaq qərarı verdik. Monitorinqin işinə dəvətimizlə Siyəzən vtəndaş cəmiyyəti üzvü “Sosial Dayaq” ictimai birliyinin sədri Qərənfil xanım Niftəliyeva da qatıldı. Monitorinqlərə Siyəzən rayonunun şimal girişindən başlamağa qərar verdik. Bakı-Quba magistral avtomobil yolu böyük ərazi olduğundan 3 maşın kortejlə əraziyə getdik. Ərazidə Siyəzən Rayon Yaşıllaşdırma İdarəsinin mütəxəssisi Ağayev Pərvim Pənah oğlu bizi gördükləri iılərlə yaxından tanış etdi. O bildirdi ki, nəinki ETSN-dən təhvil aldıqları ərazilərə eləcə də rayonun bütün yaşıllaşdırılmasına xüsusi qayğı vardır. O bildirdi ki, yaşıllıqlara aqro texniki qaydalarla qulluq edilir. Siyəzən rayonu Yaşıllaşdırma İdarəsinin öz tingçiliyi vardır. Yeni əkinlər üçün öz yetişdirdikləri tinglərdən istifadə edilir. əkinlər Samur Abşeron kanalından istifadə etməklə damcı üsulu ilə suvarılır. Sonra ərazilərə vizual baxış keçirtdik və tinglik əraziyə baş çəkdik. ətrafdakı yaşıllıqlar bizi heyran etdi. Bəzi ərazilərdə ağaclara gözəl inkişaf edib ki, artıq meşə statusu alması səviyyədədir. Bakı-Quba magistral avtomobil yolunun ətrafının Zarat-Şabran (45-83 km) Yaşıllaşdırma sahəsində ciddi işlər görülüb orada da müçahidələr apardıq. Zarat Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənddir.
Tədbirdən sonra yenidən İcra Hakimiyyətinə gəldik və Ərazi İdarəetmə Və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin müdiri Kərimov Elvin görüşüb həyata keçirdikləri işlərə görə onlara təşəkkür etdik. Elvin müəllim bildirdi ki, əraziyə xüsusi qulluq edilir. İki sahə və bir tinglik ərazimiz var. Hər sahənin öz sahə rəisi, bağbanları və mühafizəçiləri var. Mühafizəçiləri elə adamlarda seçirik ki, ərazidə qalan adamlar olsun ki, ərazi heç vaxt nəzarətsiz qalmasın.
Monitorinq zamanı gördüklərimizdən və müşahidə etdiklərimizdən çox məmnun qaldıq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see186

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see184

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see160

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see147

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see145

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see143

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see142

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see128

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see127

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see124

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see124

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see122

"Qarabağ"ın əldən verilən qələbəsi: Qurbanovun səhvi, yoxsa?.. ŞƏRH

11 Dekabr 2025 14:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri