Icma.az
close
up
RU
“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi layihənin icrasını davam etdirir FOTOLAR

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi layihənin icrasını davam etdirir FOTOLAR

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin icra etdiyi "Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin icrası çərçivəsində ilk tədbir keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.  Tədbir çərçivəsində 25 məktəblinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri təşkil olunub. 

AZXEBER.COM xəbər verir ki, səfər zamanı Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş  layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan "Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin əsas məqsədi maarifləndirmə yolu ilə valideynlərə, həmçinin nikah yaşına çatmayan qız və oğlanlara erkən nikahın fəsadları barədə məlumat vermək, o cümlədən qız uşaqlarının təhsildən uzaqlaşdırılmasının, ailə məsuliyyətini dərk etməyən cütlüyün belə bir yükə məhkum edilməsinin, belə ailələrin uğursuz olmasının, xüsusilə qızların ağır bioloji və psixoloji travma almalarını diqqətə çatdırmaq, həmçinin dövlətin müvafiq strukturlarının bu istiqamətdə apardığı işlərə dəstək göstərməkdir.  Səfərin məqsədi barədə danışan L.Azərtaş bildirib ki,  şagirdlərin peşə liseyinə səfərinin təşkilində məqsəd təhsildən, xüsusilə də 9-cu sinifdən sonra məktəbdən  uzaqlaşdırılan məktəblilərin peşə təhsilinə marağını artırmaq, bununla da onların ailə qurmaq istəyinə, erkən nikah qurbanına çevrilmə ehtimalına qarşı maarifləndirmə işləri aparmaqdır. 

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Zibaxanım Cəfərli şagirdlərə mərkəzdə fəaliyyət göstərən emalatxanalar, tədris olunan ixtisaslar barədə məlumat verib. Bildirib ki, mərkəzi bitirən şagirdlər uyğun işlə təmin olunur. Şagirdlər peşə məktəbində təhsil alanlar üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər. Onlar maraqlandıran suallar cavablandırılıb. 

Daha sonra tədbirdə peşə liseyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 İyun 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see207

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see200

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see188

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see182

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see150

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see135

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see133

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see131

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see128

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see127

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see127

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see126

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see126

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see126

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see125

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see124

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see123

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see121

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri