Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Ekoloji böhran pik həddə: “Ətraf mühitin mühafizəsi gücləndirilməlidir”

Ekoloji böhran pik həddə: “Ətraf mühitin mühafizəsi gücləndirilməlidir”

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qlobal iqlim dəyişikliyinin fəsadlarını artıq hər gün həyatımızda hiss edirik. Su mənbələri quruyur, iri şəhərlərdə içməli suyun verilməsində çətinliklər yaranır. Bir sıra dövlətlər arasında baş verən münaqişələrin əsas səbəbi məhz içməli su mənbələri ədalətli bölünməməsidir. Bəs qlobal iqlim dəyişikliklərinin nəticələrini yumşaltmaq üçün hansı addımlar atılmalıdır?

Vətəndaş cəmiyyəti fəalı, Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, atmosferdə istixana qazlarının miqdarının artması qlobal iqlim dəyişikliyini tətikləyən əsas amillərdən olsa da, planetimizi məhvə sürükləyən faktorlar arasında insan amili də var.

“Son 30 ilə qədər qlobal istiləşmə bu qədər ciddi fəsad verməmişdi. 4 sənaye inqilabı, əhali artımı və şəhərləşmə ətraf mühitlə bağlı problemləri artırdı. Ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin artması vəziyyəti daha da ağırlaşdırır. Rahatlığı sevmək bəşər övladının xilqətində var. İnsan hər şeyin asan başa gəlməsini istəyir. Elmi texniki tərəqqinin nəticələri, texnoloji yeniliklər həyatımızı asanlaşdırıb. Əvvəllər dərs oxumaq üçün 6 kilometr məsafəni məktəbə yollanan insanlar indi 1 kilometr yolu belə piyada getmək istəmirlər. Avtomobillərin artması məsafələri qısaldır, işimizi asanlaşdırır, amma qalıq yanacağı ilə işləyən avtomobillər atmosferi çirkləndirirlər. Qlobal iqlim dəyişikliyinin sürtələnməsini, ciddi fəsadlar verməsini sürətləndirən əsas amillərdən biri də müharibələrdir. Hərbi texnikanın hərəkəti torpağın münbit qatını məhv edir. Atılan raketlər, mərmilər toprağı zədələyir, meşələri, otlaq sahələrini, flora və faunanı, mikroorqanizmləri, məhsuldar əraziləri məhv edir. İnsanın və təbiətin ən qorxulu düşmənlərin dən biri də minalar, partlamamış sursatlardır. Müharibələr bitir, amma gizli düşmən “iş başında”dır. Minalar partlayır, insanlar ölür, heyvanlar məhv olur”.

T.Ağayevin fikrincə, ölkəmizin qlobal miqyasda istixana emissiyasına görə çox cüzi paya malikdir. Bununla belə Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması diqqətlə yanaşır.

“Son illər ölkəmizdə qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və adaptasiya tədbirləri həyata keçirilir. Tikinti-quruculuq, bərpa və yenidənqurma işləri zamanı “yaşıl texnologiyalar” tətbiq edilir. Bakı, Sumqaylt, Xırdalan və digər iri şəhərlərdə, yenidən qurulan azad Qarabağda görülən işlər ekoloji düşüncəyə əsaslanır. Xüsusən Qarabağda yaxşı texnologiyaların tətbiqi, ağıllı kəndlərdə yağış sularının depolanması, yaşayış və inzibati binaların günəş enerjisi ilə qızdırılması tədqirəlayiq layihələrdir və tətbiqi genişləndirilməlidir. Qaradağda Cənubi Qafqazın ən böyük günəş elektrik stansiyası açılıb ki, bu da yaşıl enerjiyə keçid istiqamətində atdığı mühüm addımlardan biridir”-deyə, o, bildirib.

T.Ağayevin sözlərinə görə, “Şəhərsalma və Memarlıq ili”ndə görüləsi işlər sırasında insanyönümlü nəqliyyat infrasturukturunun qurulması, yaşıl nəqliyyat şəbəkəsinin genişləndirilməsi başlıca vəzifə olmalıdır: “Əhali sıxlığı müşahidə olunan Bakı, Sumqayıt kimi şəhərlərdə tramvay kimi nəqliyyat növünün bərpası, metro statnsiyalarının qurulması, elektrik qatarları şəbəkəsinin genişləndirilməsi, elektriklə işləyən avtobusların sayının artırılması çox vacibdir. Bundan başqa velosiped və skuter istifadəçilərinin sayı artmalıdır. Bu ekoloji nəqliyyat növü xüsusilə məktəblilər və gənclər arasında populyarlaşmalıdır. Bu il də ekoloji şüurun formalaşdırılmasına, ekoloji maarifləndirməyə böyük diqqət ayrılmalıdır. Bu işdə bələdiyyələrin, icra orqanlarının, vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür. Yaxşı olar ki, əlamətdar günlərdə məktəblilər, ümumən gənclər arasında velosiped turları, yarışları keçirilsin. Bu aksiyada məşhurlar: tanınmış sənət adamları, idmançılar iştirak etsin. Bu halda aksiya təsirli olacaq, gənclərin diqqətini çəkəcək. Qlobal iqlim fəsadları ilə mübarizə dövründə 3 əsas məsələ diqqət mərkəzində olmalıdır: su ehtiyatlarına qənaət, sənaye müəssislərinin, nəqliyyat sisteminin bərpa olunan enerjiyə keçidinin təmin olunması və yaşıllıq sahələrinin genişləndirilməsi. Artıq “beton şəhər”dən “yaşıl şəhər”ə keçidin zamanıdır. Bu proses sürətləndirilməlidir. İri şəhərlərdə, xüsusən Bakıda hər məhəllədə yaşıllıq zolaqları yaradılmalı və qorunmalıdır. Özəlliklə çoxillik ağaclların mühafizəsinə ehtiyac var. Ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilməli, nəzarət mexanizmi təkmilləşdirilməlidir. Çoxillik ağaclar olan ərazilərə kameralarla nəzarət sistemi yaradılmalıdır”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Mart 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri