Icma.az
close
up
RU
Ekoloji fəlakət Bütöv bir ölkə səhraya çevrilir

Ekoloji fəlakət Bütöv bir ölkə səhraya çevrilir

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Monqolustanın ərazisinin dörddə üçündən çox hissəsi torpaq deqradasiyasına uğrayıb. Bunun əsas səbəbi kimi iqlim dəyişikliyi ilə heyvanların sayının kəskin artması göstərilir.

BAKU.WS "mk.ru"ya istinadən xəbər verir ki, məlumatı Monqolustan Elmlər Akademiyasının Coğrafiya və Geoekologiya İnstitutunun direktoru Avirmediin Daşçeren, Səhralaşma və Quraqlıqla Mübarizə üzrə Ümumdünya Gününə həsr olunmuş açıq diskusiyada səsləndirib.

Alimin sözlərinə görə, iqlim böhranı ölkədəki ekoloji fəlakətin əsas səbəbi olub. Son 60 il ərzində Monqolustanda orta illik temperatur artımı dünya göstəricilərindən üç dəfə yüksək olub. Bu isə yağıntı rejimində dəyişikliklərə, quraqlıqların artmasına və su ehtiyatlarının tükənməsinə gətirib çıxarıb. Halbuki Monqolustan onsuz da sərt iqlimə malik bir bölgə sayılır.

İkinci dağıdıcı amil isə heyvanların sayının sosialist dövrlə müqayisədə təxminən üç dəfə artmasıdır. Daşçeren bildirib ki, həddindən artıq otarılma Monqolustan çöllərinin həssas ekosistemlərinə ciddi ziyan vurur, torpaqların eroziyasına və bioloji müxtəlifliyin azalmasına səbəb olur.

Ekspert əlavə edib ki, mənfi təsir göstərən digər amillər arasında intensiv yol tikintisi və faydalı qazıntı yataqlarının işlənməsi də var. Bununla belə, təbii resursların – ilk növbədə kömür, qızıl, mis, uran və gümüşün ixracı – dövlət büdcəsinin əsas hissəsini təşkil edir. Bu da ölkə üçün çətin iqtisadi seçimlər yaradır.

Monqolustan dünyada ənənəvi köçəri maldarlığın qədimdən bəri qorunub saxlandığı azsaylı ölkələrdən biridir. Bu sahə ölkə ÜDM-nin 11,6%-ni təşkil edir və mədən sənayesi ilə birlikdə əsas iqtisadi sektor hesab olunur. Lakin bu iqtisadi modelin ekoloji qiyməti getdikcə daha aydın görünür.

Statistikaya görə, 2024-cü ilin sonuna olan məlumata əsasən, 3,5 milyon nəfər əhalisi olan Monqolustanda 57,6 milyon baş mal-qara mövcuddur. Mütəxəssislərin proqnozlarına əsasən, 2025-ci ilin payızına qədər heyvanların sayı 80,6 milyona çata bilər. Bu isə onsuz da tükənmiş otlaqlar üzərində misli görünməmiş yük yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 İyun 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri