Icma.az
close
up
RU
Ekoloji məsuliyyətin yeni mərhələsi

Ekoloji məsuliyyətin yeni mərhələsi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha sübut etdi ki, müasir dövrdə su təkcə təbii sərvət deyil – dövlətin idarəçilik mədəniyyətinin, siyasi uzaqgörənliyinin və sosial məsuliyyətinin ölçü vahididir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş bu müşavirə əslində paytaxtın və yarımadanın gələcəyinə yazılan strateji sənədin ictimai təqdimatı idi.

Prezident İlham Əliyev çıxışında ilk cümlələrdən mövzunun mahiyyətini dəqiq ifadə etdi: “Bu gün biz Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələlərini müzakirə edəcəyik. Bu, həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir.” Bu vurğu onu göstərdi ki, söhbət lokal texniki çatışmazlıqlardan deyil, ölkənin ən böyük urbanistik məkanında həyatın dayanıqlığından gedir. Prezident İlham Əliyevin çıxışında son 20 ilin inkişaf yoluna qısa, lakin tutumlu ekskurs edildi. Enerji, qaz, yol, su infrastrukturu sahəsində bir vaxtlar mövcud olan problemlər xatırladıldı və bu problemlərin mərhələli şəkildə necə aradan qaldırıldığı göstərildi. Dövlət başçısının sözləri ilə desək: “Bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Azərbaycan bir neçə ildən sonra elektrik enerjisini dünya bazarlarına ixrac edəcək.” Bu fikir sadəcə statistik göstərici deyil. Bu, idarə olunan xaosdan planlı inkişaf mərhələsinə keçidin siyasi manifestidir. Cənab Prezident bu nümunə ilə su sektorunda da eyni uğurun mümkünlüyünü cəmiyyətə açıq şəkildə çatdırır. Dövlətimizin başçısının çıxışında xüsusi yer tutan mövzulardan biri də işğal dövründə su resurslarının Ermənistana siyasi təzyiq alətinə çevrilməsi idi. Dövlət başçısı bunu açıq şəkildə ifadə etdi. Bildirdi ki, “Vaxtilə Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi.” “Sərsəng” və “Suqovuşan” su anbarlarının sudan silah kimi istifadə olunması bir daha göstərdi ki, su məsələsi təkcə ekoloji yox, təhlükəsizlik məsələsidir. Bu gün həmin anbarların bərpası, yeni su anbarlarının tikilməsi Azərbaycanın suverenliyinin infrastruktur səviyyəsində bərqərar olmasının bariz nümunəsidir.
Cənab Prezidentin vurğuladığı kimi, Füzuli, Ağdam, Laçın və digər azad edilmiş ərazilərdə su təsərrüfatının yenidən qurulması bu torpaqlara yalnız insanların yox, həyatın qayıdışıdır. Dövlət başçısının çıxışında iqlim dəyişikliyi məsələsinə toxunulması təsadüfi deyil. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, dünyada su ilə bağlı risklər artır və bu reallıq nəzərə alınmalıdır: “Əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi.” Bu fikirlər göstərir ki, Azərbaycan dövləti hadisələrin arxasınca getmir, onları qabaqlayan siyasət yürüdür. Yeni Dövlət Proqramı da məhz bu yanaşmanın məhsuludur. Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasının su problemlərinin uzun illər davam etdiyini gizlətmədi. Əksinə, məsuliyyətlə etiraf etdi və qəti qərar ortaya qoydu: “Vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin.” 2035-ci ilə qədər nəzərdə tutulan proqram paytaxt və ətraf ərazilər üçün tamamilə yeni su fəlsəfəsi formalaşdırır. 30-a yaxın yeni su anbarı, 100 faiz sayğaclaşdırma, fasiləsiz su təminatının 95 faizə çatdırılması, su itkilərinin kəskin azaldılması – bütün bunlar Bakının gələcək urbanistik modelini müəyyənləşdirən əsas göstəricilərdir. Leysan yağışları zamanı Bakının üzləşdiyi problemlər cənab Prezidentin çıxışında xüsusi yer aldı. Dövlət başçısı bu problemin qlobal xarakter daşıdığını desə də, zəif cəhətlərin mövcudluğunu da açıq etiraf etdi: “Buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur.” 30 küçədə yeni yağış kollektorlarının qurulması, kanalizasiya şəbəkəsinin genişləndirilməsi, dənizə axıdılan suların 100 faiz təmizlənməsi şəhər mədəniyyətinin və ekoloji məsuliyyətin yeni mərhələsidir. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqam ölkədə ilk dəfə duzsuzlaşdırma zavodunun inşası oldu. Ölkə başçısının sözləri bu layihənin mahiyyətini açır: “Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq.” Rəqəmsal idarəetmə sisteminin tətbiqi isə su sektorunda şəffaflığın və effektivliyin təminatıdır. Bu, həm itkilərin qarşısının alınması, həm də ictimai etimadın gücləndirilməsi deməkdir.
Yanvarın 12-də keçirilən müşavirə bir daha göstərdi ki, su məsələsi Prezident İlham Əliyevin siyasi gündəmində texniki mövzu deyil, dövlətçilik məsələsidir. Bakı və Abşeron yarımadası üzrə Dövlət Proqramı yalnız boruların dəyişməsi yox, şəhərin həyat keyfiyyətinin yenidən yazılmasıdır. Bu proqram həyata keçdikcə Bakının suyu da, sabahı da daha güvənli olacaq.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri