Icma.az
close
up
RU
Ekoloq: Bakıda ciyərlərimiz zəhərlə dolur, ömrümüz qısalır

Ekoloq: Bakıda ciyərlərimiz zəhərlə dolur, ömrümüz qısalır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Şəhərdə sıxlığı azaltmaq üçün əhalinin bir hissəsi bölgələrə köçürülməlidir

Ənvər Əliyev: “Bakı paytaxt funksiyasını itirib, sənaye şəhəri olmamalıdır, sağlamlıq bahasına başa gəlir”

Son illər müşahidə olunan ekoloji böhranlar paytaxt şəhərlərinin gələcəyi ilə bağlı ciddi müzakirələrə səbəb olur.

Ermənistanın İrəvandakı hava çirkliliyi ilə əlaqədar paytaxtın dəyişdirilməsi müzakirəsi regionda urbanizasiya ilə çirklənmə arasında əlaqəni yenidən gündəmə gətirib. Digər qonşu ölkələrin də nümunəsində görürük ki, iqlim dəyişikliyi, sənaye tullantıları, nəzarətsiz tikinti və su ehtiyatlarının tükənməsi kimi amillər böyük şəhərlərdə yaşayış keyfiyyətini təhlükə altına alır.

Qeyd edək ki, İrəvanda hava çirkliliyinin kritik həddə çatması, ictimaiyyətdə paytaxtın köçürülməsi ilə bağlı təkliflərin ortaya çıxmasına gətirib çıxarıb.

Ermənistanın “1in” saytında “Ermənistanın paytaxtı dəyişdirilməlidir” başlıqlı araşdırma dərc edilib. Buna səbəb kimi də İrəvanda mövcud olan hava çirkliliyi göstərilib: “Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi havanın çirklənməsinin vətəndaşların sağlamlığı üçün risk faktoru daşıdığını bildirir. Qeyd edilir ki, havanın yüksək səviyyədə çirklənməsi, xüsusən tənəffüs, ürək-damar, allergik və s. xəstəliklərin yayılmasını sürətləndirə bilər”. Sosial şəbəkələrdəki paylaşımlardan aydın olur ki, sözügedən addım Ermənistan ictiamiyyətində birmənalı qarşılanmır. Bir qisim paytaxtın dəyişdirilməli olduğunu, digərləri isə İrəvanın hazırda “beton şəhərə” çevirildiyini, yeni tikinti işlərinin dayandırılması gərəkdiyini vurğulayır. Bildirilir ki, hava çirkliliyi məhz şəhərin əksər yerlərində tikinti işlərinin aparılması ilə əlaqədardır.

Oxşar vəziyyət Tehran üçün də aktualdır - su qıtlığı və ekoloji davamlılığın zəifləməsi ölkənin siyasi-administrativ mərkəzinin gələcək yerləşimi barədə müzakirələri gücləndirib. Eyni tendensiyanın Cənubi Qafqazın digər paytaxtlarında da hiss olunması diqqət çəkir. Şəhərlərin böyüməsi iqtisadi dinamizmi artırsa da, ekoloji dözümlülüyü azaldır və uzunmüddətli perspektivdə yaşayış üçün əlverişliliyi sual altına alır.

Paytaxt Bakı da sürətli urbanizasiya, atmosfer çirkliliyi, nəqliyyat sıxlığı və Xəzər hövzəsində ekoloji tarazlığın pozulması ilə üz-üzədir. Beynəlxalq hesabatlarda regionun havası ən çirkli olan şəhərlərin sırasında yer alır. Xüsusilə də son illər sürətli tikinti, sıxlaşma və yaşıllıq sahələrinin daralması səbəbindən Bakı da hava keyfiyyəti baxımından risk zonasında hesab olunur.

Bu səbəbdən mövzu artıq təkcə lokal urbanistika deyil, regional təhlükəsizlik, ekoloji siyasət və sosial rifahın strateji tərkib hissəsi kimi qiymətləndirilir.

Bu halda isə sual yaranır ki, region paytaxtları gələcək onilliklərdə dayanıqlı yaşıl şəhərlərə çevrilə biləcəkmi, yoxsa yeni inzibati mərkəz axtarışı qaçılmaz olacaq?

Bakı şəhərinin havasının həddindən artıq çirkli olduğunu vurğulayan ekoloq Ənvər Əliyev Sherg.az-a bildirib ki, beynəlxalq müstəvidə də bu məsələnin ciddiliyi dəfələrlə qeyd olunub. Azərbaycanda havanın çirkliliyinin ən ciddi ekoloji problemlərdən olması barədə xəbərdarlıq edilib:

“Rayonlarımızda hələ ki belə bir problem yoxdur. Avto-nəqliyyat vasitələrinin təxminən 85 faizi Bakı şəhərində cəmlənib. Bunun da səbəbi Bakının sənaye şəhəri olmasıdır. Bu maşınların mühərriklərindən buraxılan karbon oksidləri, azot oksidləri, kükürd oksidləri, aldehidlər atmosferi çirkləndirir. Bu zərərli maddələr də benzin və kerosinin yanmasından əmələ gəlir. Sovetdən qalma maşınlar və bəzi ölkələrdən gətirilən işlənmiş köhnə maşınlar havaya daha çox zərərli qazlar buraxır. Bundan başqa, maşınların hərəkətdə olarkən təkərlərindən çıxan hissəciklərin asfaltla sürtünməsi nəticəsində də zərərli maddələr əmələ gəlir. Atmosferdəki bütün zərərli maddələr, qazlar üstümüzə, dərimizə, geyimimizə hopur və ciyərlərimizə daxil olaraq tədricən orqanizmimizi zəhərləyir. Bu da mədə-bağırsaq xəstəlikləri, diqqətsizlik, yorğunluq, stress, yaddaşın zəifləməsinə səbəb olur. İnsan ömrünün qısalmasının bir səbəbi də atmosferin çirkliliyidir. Hər ay ölkəyə təxminən 8 min avtomobil gətirilir. Avtomobil sıxlığı səs-küyə səbəb olur ki, sadaladığım xəstəliklərin yaranma səbəblərindən biri də həddindən artıq səs-küydür. Normal səs səviyyəsi, yəni insanın rahat yatması üçün səs 40-50 desibeldən çox olmamalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da tövsiyə edir. Hamilə qadınlar, uşaqlar, körpələr, ahıllar səs-küydən, atmosferin çirkliliyindən daha çox əziyyət çəkirlər”.

Ə.Əliyevin fikrincə, şəhərdəki sıxlığı, səs-küyü azaltmağın əsas yolu əhalinin bir hissəsinin bölgələrə köçürülməsidir və ya bölgə əhalisinin elə öz yerlərində qalmasına şərait yaratmaqdır:

“Sosial problemlər ucbatından rayonlardan insanlar şəhərə gəlirlər. Bir sözlə, Bakı şəhəri insanların sağlam şəkildə yaşaması üçün öz funksiyasını çoxdan itirib. Paytaxtın yerini dəyişdirmək lazımdır. Bir çox ölkələr bu təcrübəni tətbiq edib. Qazaxıstan nümunəsindən istifadə edə bilərik. Qonşu İranda da paytaxtın İsfahan ətrafına köçürülməsi müzakirə edilir. Paytaxt inzibati şəhər olmalıdır, sənaye funksiyası daşımamalıdır. Çünki bu, insanların sağlamlığı bahasına başa gəlir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri