Icma.az
close
up
RU
Bakıda məişət tullantılarını maşınla daşıyıb Xəzərə tökürlərmiş Ekoloq

Bakıda məişət tullantılarını maşınla daşıyıb Xəzərə tökürlərmiş Ekoloq

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dənizkənarı bulvarda pis qoxunun yayılması son zamanların aktual məsələlərindən biridir. 

Qoxunun əsas yaranma səbəbləri nələrdir? Problem aradan necə qaldırıla bilər?

Redaktor.az-a açqılamasında ekoloq Sadiq Həsənov bildirdi ki, Dənizkənarı Bulvarda pis qoxunun gəlməsi dənizin həmin hissəsinin həddindən artıq çirklənməsi ilə bağlıdır:

"Məlumdur ki, uzun müddət ərzində Bakı şəhərinin kanalizasiya sistemi Xəzər dənizinə axıdılıb. İndi də dənizin səviyyəsi geri çəkildiyinə görə, - məlumata görə 2 metrə qədər geri çəkilmə var -düşünürəm ki, Xəzər dənizinə atılan kanalizasiya suları dənizin dib hissəsinə çöküb. Dəniz geri çəkildikcə çirklənmənin üstü açılır və orada toplanmış müxtəlif sənaye, məişət çirklənmələri ortaya çıxır. İndi havanın isti keçməsi ilə günəşin təsirindən kimyəvi maddələr parçalanmaya məruz qalırlar, bu da qoxunun yaranmasına səbəb olur".

Mütəxəssis qeyd etdi ki, çirklənmələrin qarşısını almaq üçün dünyada bəzi metodlar tətbiq olunur.

"Məsələn, bəzi yerlərdə göllərin çirklənməsi zamanı həmin gölləri təbii təmizlənməyə buraxırlar. Yəni əsas çirkləndirən mənbələr kəsilir. Göl isə özü-özünü bərpa edir. Xəzər dənizi daha böyük olduğuna və qapalı sistem olduğuna görə burada təmizlənmə üçün həmin metodu tətbiq etmək mümkündür. Həmin metoda demək olar ki, dənizin bir hissəsində tətbiq olunub, orada məişət çirklənməsi baş vermir.

Eyni zamanda, neft-qaz hasilatı zamanı dənizə çirklənmə çox axıdılmadığına görə həmin mənbələr kəsilib. Lakin dənizin dibində uzun müddət çirklənmə olduğuna görə - bəzi məlumatlara görə Bakı şəhərində yaranan məişət tullantılarını zamanında maşınla daşıyıb Xəzər dənizinə tökürlərmiş, - ancaq fiziki təmizləmənin tətbiqinə ehtiyac yaranıb. Təbii yolla təmizlənmə bəlkə də 15-20 və daha çox illər çəkəcək. Müxtəlif texnikalarla çirklənməni yığıb başqa ərazilərə daşamaq olar. Bu da böyük vəsait tələb etdiyindən düşünmürəm ki, bununla bağlı hər hansısa addım atılacaq", - deyə ekoloq bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri