Icma.az
close
up
RU
Ekoloq: Müharibələrin ekologiyaya vurduğu yaralar çoxdur

Ekoloq: Müharibələrin ekologiyaya vurduğu yaralar çoxdur

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə baş verənlərin dağıdıcı təsiri təkcə insanlara deyil, təbiət, ətraf mühit üçün də ciddi təhdiddir

  Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) deyib. Onun sözlərinə görə, COP29-da sədrliyin əsas məntiqlərindən biri də bu məsələ ilə bağlı bütün tərəfləri bir araya gətirməkdir:


“Biz müxtəlif ölkələrlə həllyönümlü çıxış yolları hazırlayırıq. Odur ki, tərəfdaşlara Azərbaycana inandığına, etibar etdiyinə görə təşəkkür edirəm. Vaxtı hədər vermək olmaz. Bəyanatları konkret tədbirlərə çevirmək lazımdır”. 

Qeyd edək ki, C.Bayramovun dediklərində həqiqət payı böyükdür. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir. Hesablamalara görə, bu gün qlobal tullantıların 6 faizi hərbi sənayenin payına düşür, lakin real rəqəm bundan xeyli yüksək ola bilər. Şəffaflığın olmaması səbəbindən bir çox ölkə, o cümlədən ABŞ hərbi əməliyyatlarının zərərləri haqqında məlumatı açıqlamaqdan çəkinir. Qərb ölkələri dünyanın müxtəlif yerlərində ədalətsiz müharibələr aparmağa davam edir və nəticədə əhəmiyyətli ekoloji fəlakətlər baş verir. Müharibələr təbii ehtiyatları, ekosistemləri məhv edir və qlobal istiləşməyə böyük töhfə verir. Münaqişələr istixana effekti yaradan qaz  emissiyalarını artıraraq torpağı, suyu və havanı çirkləndirməklə  ətraf mühitə olmazın zərbə vurur. Münaqişələr nəticəsində ekosistemin məhv edilməsi və ətraf mühitin çirklənməsi isə iqlim dəyişməsini daha da gücləndirir. Odur ki, iqlim danışıqları hamını bir araya gətirməlidir.

  Biz müharibənin ekologiyaya, iqlimə vurduğu "yara"ları çox görmüşük, bunun ağrısını  çox hiss etmişik. Erməni vandalları 30 il ərzində torpaqlarımızı oda qalayıb, meşələrimizdəki, bağlarımızdakı ağacları baltalayıb, çaylarımızı çirkləndiriblər. Düşmən həmçinin hər tərəfi minalayıb, təbii sərvətlərimizi talan edib. Barbarlar  işğal etdikləri ərazilərdə, sözün əsl mənasında, ekoloji terror törədiblər. Prezident İlham Əliyev onların bu vəhşiliklərini ekosid - ətraf mühitə qarşı genosid adlandırıb.  Biz olanları heç vaxt unuda bilmərik.  Mənfur düşmənin bizi 30 il ərzində nələrdən məhrum etdiyini dünya da bilməlidir.

Biz bütün bu zərbələrə məruz qaldığımız üçün bilirik: "Yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilərik!".

  COP29-un  çağırışı beynəlxalq ictimaiyyət üçün ümumi bir çağırışdır. Qoy bu atəşkəs çağırışı bəşər həmrəyliyinin simvoluna çevrilsin!



Müharibələrdə istifadə edilən yeni növ dağıdıcı silahların ətraf mühitə zərəri haqda danışan ekoloq Telman Zeynalov "Sherg.az"a deyib ki,  müasir dövrdə baş verən müharibələr və bu hərbi kampaniyalarda istifadə edilən silahlar ekologiya üçün böyük təhlükələrə yol açır: 

seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri