Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Müharibələrin qazandığı milyardlar...

Müharibələrin qazandığı milyardlar...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qanlı qazanc”: dünya silah sənayesi 2024

Son illərdə konfranstasiyaların daha da genişlənməsi, kataklizmlərin lokal çərçivədən qlobal qarşıdurma həddinə çatması bir həqiqəti növbəti dəfə təsdiqləyir: müharibələr, silah satışı dünyanın varlanması üçün ən real yollardan biridir. Bu səbəbdəndir ki, bir sıra böyük dövlətlər, güc mərkəzləri regional və ya lokal qarşıdurmaların dayandırılmasının deyil, daha da alovlanmasının tərəfdarı qismində çıxış edir. Başqa sözlə, münaqişələrin sülh yolu ilə tənzimlənməsi onların maraqlarına cavab vermir. Burada əsas məqsədlərdən biri silah satışıdır. Belə ki, yaranan münaqişələr, qarşıdurmalar böyük dövlətlərin, silah ixracatçılarının mənafeyinə xidmət edir. Hər bir müharibə bu böyük güclərin “baqaj”ındakı arsenalın yenilənməsinə kömək göstərməklə yanaşı, milyardlarla, bəlkə də trilyonlarla gəlir verir.

Asiya və Okeaniya geriləyib...

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (S?PR?) son hesabatı da bu faktı təsdiqləyir. İnstitutun 2024-cü illə bağlı yeni hesabatına görə, dünyanın 100 ən böyük müdafiə şirkətinin ümumi gəliri 2024-cü ildə 5,9 faiz artaraq rekord həddə - 679 milyard dollara çatıb. İnstitut silah istehsalçılarının gəlirlərinin artımını Rusiya-Ukrayna müharibəsi, Qəzza müharibəsi, eləcə də qlobal və regional geosiyasi gərginliklər və davamlı olaraq artan hərbi xərclər fonunda tələbatın artması ilə əlaqələndirir. Ötən illərdə olduğu kimi, bu il də silah istehsalı və satışından əldə edilən gəlirlərin artımının əsas hissəsi Avropa və ABŞ-dakı şirkətlərə aid olub. Hesabata görə, gəlirləri azalan yeganə coğrafi ərazi Asiya və Okeaniyadır - dünyanın digər ərazilərində silah şirkətlərinin gəlirləri artıb. SIPRI analitikləri Çin şirkətlərinin silah satışının azalmasını 2024-cü ildə əsas silah təchizatı müqavilələrinin ləğvi və ya təxirə salınması ilə əlaqələndirirlər.

Bunun nəticəsi idi ki, digər şirkətlərin gəlirləri daha da artıb - gəlirlərin artması və yeni sifarişlər fonunda bir çox silah şirkəti istehsal xətlərini genişləndirməyə, gücü artırmağa, yeni törəmə müəssisələri yaratmağa və ya rəqiblər əldə etməyə başlayıb.

Qərbin gəliri artıb...

2024-cü ildə SIPRI-nin Top 100 siyahısındakı ABŞ silah şirkətlərinin ümumi gəliri 334 milyard dollara çatıb (artım 3,8 faiz). Reytinqə daxil olan 39 ABŞ şirkətindən 30-u, o cümlədən “Lockheed Martin”, “Northrop Grumman” və “General Dynamics” özünün silah satışından əldə etdikləri gəliri artırıb. Lakin əhəmiyyətli gecikmələr və xərc artımları “F-35” qırıcı təyyarəsi, “Columbia” sinifli sualtı qayıqlar və “Sentinel” qitələrarası ballistik raketləri kimi əsas proqramlarda silahların hazırlanmasına mane olur.

Avropada reytinqə daxil olan 26 silah şirkətindən 23-ündə gəlir artımı qeydə alıb. Onların ümumi gəliri Rusiya-Ukrayna müharibəsi və Rusiyadan gələn təhdid səbəbindən 13 faiz artaraq 151 milyard dollara çatıb. Ən yüksək gəlir artımını 193 faizlə “Czechoslovak Group”da müşahidə edilib - Qrupun gəliri 2024-cü ildə Ukraynaya silah sifarişləri sayəsində 3,6 milyard dollara çatdı.

Rusiya sanksiya altında olsa da...

SIPRI-nin hesabatında qeyd edilir ki, Avropa silah şirkətləri artan tələbatı ödəmək üçün yeni istehsal güclərinə investisiya qoyurlar. Lakin xammalın, xüsusən də vacib mineralların axtarışı Avropanın yenidən silahlanma planlarını çətinləşdirə bilər. Sanksiyalara baxmayaraq, iki Rusiya şirkəti - “Rostec” və “Birləşmiş Gəmiqayırma Korporasiyası” silah satışlarından əldə etdikləri gəlirləri 23 faiz artıraraq 31,2 milyard dollara çatdırıblar. Hesabatda qeyd olunur ki, silah ixracının azalmasının yaratdığı itkiləri daxili tələbat kompensasiya edib. SIPRI tədqiqatçıları qeyd edirlər ki, sanksiyalara əlavə olaraq, Rusiya silah şirkətləri ixtisaslı işçi qüvvəsi çatışmazlığı ilə də üzləşirlər. Lakin gözləntilərin əksinə olaraq, Rusiya silah sənayesi Ukrayna ilə müharibə zamanı dözümlülük nümayiş etdirib.

Yaxın Şərqdə rekord...

Son reytinq cədvəlinə ilk dəfə olaraq Yaxın Şərqdən rekord sayda  - doqquz silah istehsalçısı da daxil olub. Onların ümumi gəliri 31 milyard dollar təşkil edib və regionda ümumi silah satışlarından əldə edilən gəlir 14 faiz artıb. Gəlirlərini artıranlar arasında İsrailin üç silah şirkəti də var: “Elbit Systems”, “Israel Aerospace Industries” və “Rafael”. Onlar silah satışlarından əldə etdikləri gəliri 16 faiz artıraraq 16,2 milyard dollara çatdırıblar. Hesabatda göstərilir ki, “İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşı müqavimətin göstərilməsi onun silahlarına olan marağa az təsir göstərib. Bir çox ölkə 2024-cü ildə İsrail şirkətlərinə yeni sifarişlər verməyə davam edib”.

Ötən illə müqayisədə...

Qeyd edək ki, 2024-cü ilin hesabatı bir daha onu göstərir ki, qlobal silahlanma sürətli şəkildə davam edir. Rəqəmləri özündən əvvəlki analogiyalarla müqayisə etsək, bu, bir daha açıq şəkildə görünəcək. Məsələn, 100 ən böyük silah istehsalçısının silah satışından və hərbi xidmətlərdən əldə etdiyi gəlir 2023-cü ildə 632 milyard dollar olmuşdu. hətta bu rəqəm belə 2022-ci illə müqayisədə real ifadədə 4,2 faiz artımı göstərirdi. ABŞ ötənilki hesabatda 41 şirkətlə təmsil olunsa da, gəliri 317 milyard dollar olmuşdu. Avropa isə ötən hesabatdan keçən dövrdə şirkətlərin sayını azaldıb - 2023-cü ilin hesabatında “köhnə qitə” reytinqdə 27 şirkətlə təmsil olunurdu. Buna baxmayaraq gəlirlər artıb - ötənilki hesabatda bu rəqəm 133 milyard dollar təşkil edirdisə, artıq 151 milyard dollara yüksəlib. Rusiya şirkətlərinin sayında dəyişiklik olmasa da, gəlir daha çoxdur - 2023-cü ildə bu rəqəm 25,5 milyard dollar təşkil etmişdi. Son hesabatda geriləmə müşahidə olunan Asiya və Okeaniyada isə 2023-cü ildə vəziyyət daha yaxşı olmuşdu: regionun iyirmi üç şirkətinin ümumi gəliri 136 milyard dollara çatmışdı. Nəhayət, 2023-cü ildə Yaxın Şərqdən olan altı şirkətin gəliri 19,6 milyard dollar olmuşdu.

Nüvə ehtiyatı və xərclənən milyardlar...

Nüvə başlıqlarını dizayn və istehsal edən, eləcə də xidmət göstərən atom silahları şirkətlərinə gəldikdə isə, bu məlumatlar məxfi saxlanıldığı üçün açıqlanmır. Lakin məlumdur ki, nüvə silahına malik 9 ölkə öz arsenalını saxlamaq və modernləşdirmək üçün milyardlarla dollar xərcləyir və bu xərclər 2024-cü ildə 100 milyard dolları keçib. Bu isə o deməkdir ki, orta hesabla hər dəqiqə nüvə silahlarına təxminən 190 min dollar xərclənib. Qeyd edək ki, bu ilin yayında Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) imzalanmasının 57-ci ildönümü ərəfəsində “Anadolu” agentliyi nüvə silahlarına xərclənən vəsait və nüvə arsenallarının vəziyyəti barədə son məlumatları dərc etmişdi. Beynəlxalq Nüvə Silahlarının Ləğvi Kampaniyasının (ICAN) “Gizli xərclər” adlı hesabatına görə, nüvə silahına malik doqquz dövlətin ümumi xərcləri 11 faiz artaraq 9,9 milyard dollara çatıb. Xərclərə görə ABŞ liderlik edir. 2020-ci ildən 2024-cü ilə qədər nüvə silahına malik dövlətlər ümumilikdə öz arsenallarına 415,9 milyard dollar xərcləyiblər. 2024-cü ildə ABŞ 56,8 milyard dollar xərcləyərək digər səkkiz ölkənin ümumi xərclərini üstələyərək liderlik edir. Çin 12,5 milyard dollarla ikinci yerdədir, ardınca Böyük Britaniya (10,4 milyard dollar), Rusiya (8,1 milyard dollar), Fransa (6,9 milyard dollar), Hindistan (2,6 milyard dollar), İsrail (1,1 milyard dollar), Pakistan (1,1 milyard dollar) və Şimali Koreya (630 milyon dollar) gəlir.

Qeyd edək ki, SIPRI-nin məlumatına görə, 2025-ci ilin əvvəlinin statistikasına görə, dünyada təxminən 12 min 241 nüvə başlığı mövcuddur. Bunlardan:

-  9614-ü mümkün istifadə üçün ehtiyatdadır;

- 3912-si artıq çatdırılma vasitələrində yerləşdirilib;

-  2100-ü yüksək hazırlıq vəziyyətindədir.

Dünyadakı bütün nüvə başlıqlarının təxminən 90 faizi ABŞ və Rusiyaya məxsusdur. Ən çox yerləşdirilən döyüş başlığı ABŞ-dadır (1770), Rusiyada isə bu rəqəm 1718-dir. İki ölkə arasında 2026-cı ilin fevral ayında müddəti bitən Yeni START Müqaviləsi uzadılmaya bilər - bu isə yerləşdirilən nüvə silahlarının sayının artmasına səbəb olacaq.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:334
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri