Icma.az
close
up
RU
Ekoloqdan xəbərdarlıq: Su itkisi ərzaq təhlükəsizliyini riskə atır

Ekoloqdan xəbərdarlıq: Su itkisi ərzaq təhlükəsizliyini riskə atır

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanın su ehtiyatları azdır. 40% su itkisi gələcəkdə Azərbaycanın ərzaq təhlükəsizliyimizi sual altına sala bilər".

Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev Azərbaycanın 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacağı ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekoloq bu istiqamətdə müəyyən addımların atılmasının vacibliyini vurğulayıb:

"Suvarılan ərazilərin sayı artırılmalıdır, sudan qənaətlə istifadə olunmalıdır. Torpaq mənşəli kanallar beton üzlüklərlə əvəz olunmalıdır. Hamı bilir ki, Azərbaycanın su ehtiyatlarının 72% kənarda formalaşır. Bizim əsas çaylarımız Kür və Arazdır. Su qıtlığı isə gözləniləndir. Dünyanın 200 ölkəsi var, onun içərisində 35-ci yerdə olmaq təhlükəlidir. Azərbaycanın su ehtiyatlarının 25%-i işğaldan azad olunan ərazilərimizdədir. O vaxt bizə qarşı ermənilər su müharibəsi elan etmişdi, Sərsəng su anbarının qarşısını kəsib bizə su baraxmırdılar".

Xosrov Musayev Sərsəng su anbarı və Suqovuşanın təmir olunmasının nəzərdə tutulduğunu qeyd edib:

"Həmin anbarlara su gətirən kanallar yoxdur. Amma kanallar dağılıb, yenidən qurulmalıdır. Dünyada baş verən ərzaq qıtlığının bir səbəbi də sudur. Çünki su olmasa, kənd təsərrüfatı məhsullarının istehsalından söhbət gedə bilməz".

Xatırladaq ki, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycanın su ehtiyatlarının azaldığını açıqlayıb. O, Azərbaycanın 35 ölkəlik risk qrupunda olduğunu bildirib: "Beynəlxalq təşkilatların hesablamalarına görə, ölkəmiz 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacaq. Bu da bir növ aqrar sektorun transformasiyasında resurs əsaslı yanaşmanın da labüd olduğunu ortaya qoyur. Dövlət Proqramı da əsas hədəfləri müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılmasını hədəfləyir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see277

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see209

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see189

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see189

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see183

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see171

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see169

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see165

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see165

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see164

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see163

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see159

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see157

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see153

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see153

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see150

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see148

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see144

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri