Icma.az
close
up
RU
Güclü istilər gəlir Ekoloqdan xəbərdarlıq

Güclü istilər gəlir Ekoloqdan xəbərdarlıq

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hava keçidləri tez-tez müşahidə olunur və sual doğurur: bu vəziyyət nə dərəcədə normaldır və mövsümi dəyişikliklər çərçivəsində necə qiymətləndirilməlidir?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli “demokrat.az”a bildirib ki, hələ bu günlərdə yağışlı hava müşahidə olunacaq, bu isə mövsüm üçün tam normaldır və narahatlığa əsas yoxdur:
 

"Yaxın günlərdə yay istiləri də hiss olunacaq və daha sabit, günəşli hava şəraiti formalaşacaq. Hazırda bəzi yerlərdə anomal istilər və ya uzunmüddətli sərin, yağıntılı hava ilə bağlı müxtəlif fikirlər səslənir.


Lakin bu cür dəyişkənlik yazdan yaya keçid dövrü üçün xarakterikdir və iqlim keçidinin təbii gedişatı hesab olunur. Günəşli günlərin sayının artacağı gözlənilir və belə hava şəraitindən maksimum faydalanmaq tövsiyə olunur. Bu il yaz mövsümü bir qədər uzanıb, sərin və yağıntılı keçdiyi üçün yay rejiminə keçid də nisbətən gecikmiş təsir bağışlayır.
Əslində bu cür yağıntılı və sərin hava iyunun 22-nə qədər davam edəcəyi gözlənilirdi, lakin bir qədər uzanması müşahidə olunur.
Eyni zamanda çimərlik mövsümünün açılması ilə bağlı vəziyyət də diqqət çəkir. İyun ayının ortalarında mövsüm rəsmən açılsa da, bəzi çimərliklərdə müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarlar verilib.
Bu kimi tədbirlər hər il təkrarlansa da, onların konkret müddəti bəzən əvvəlcədən dəqiq açıqlanmır.
Bütün hallarda qarşıdakı günlərdə temperaturun yüksəlməsi və daha isti hava şəraitinin formalaşması gözlənilir. Yayın tam mənada özünü göstərməsi ilə hava şəraiti də stabilləşəcək", - deyə o qeyd edib.
Beləliklə, Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti yaz mövsümündən yay mövsümünə keçid dövrünün təbii gedişatı kimi qiymətləndirilməlidir.
Ekoloqların rəyinə görə, temperaturun müvəqqəti olaraq aşağı düşməsi və yağıntıların uzanması anomal hal sayılmır və narahatlığa heç bir əsas yoxdur. Yaxın günlərdə atmosfer proseslərinin stabilləşməsi, günəşli günlərin sayının artması və temperaturun yüksəlməsi ilə ölkə ərazisində əsl yay havası tam mənada hiss olunmağa başlayacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 İyun 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri