Icma.az
close
up
RU
Ekran arxasında böyüyən nəsil uşaqlıq dövrünün rəqəmsal tələsi

Ekran arxasında böyüyən nəsil uşaqlıq dövrünün rəqəmsal tələsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Uşaqların sosial şəbəkələrdən və rəqəmsal platformalardan nəzarətsiz istifadəsi onları tədricən psixoloji risklərlə üz-üzə qoyur. Müasir dövrdə planşet və smartfonlar uşaqların, hətta, erkən dövrünün ayrılmaz hissəsinə çevrilib. Mütəxəssislərin fikrincə, bu cihazlar təhsil və ünsiyyət imkanlarını genişləndirsə, informasiya yaddaşını əhatələndirsə də, həddindən artıq və nəzarətsiz istifadə uşaqlarda psixi sağlamlıq problemlərinin artması ilə əlaqələndirilir. Ötən həftələrdə “İdrak” litseyində baş verən amansız hadisə bunun bariz nümunəsidir”.

Bu fikirləri uşaqların və yeniyetmələrin elektron vasitələrdən qədərindən artıq və yersiz istifadəsi barədə “XQ”-yə açıqlama verən tibb elmləri doktoru, səhiyyə eksperti Yazgül Abdıyeva söylədi. O, daha sonra fikirlərinə əlavə olaraq bildirdi:

– Cəmiyyətdə, xüsusilə, mənşəyi və məzmunu aydın olmayan bəzi cizgi filmləri və oyunlar vasitəsilə uşaqlara gizli psixoloji aqressiya ötürüldüyü məlumdur. Aqressiv və hiperaktiv süjet xətti olan animasiyalar (Ben 10, Ninjago, Teen Titans Go, bəzi hallarda Tom and Jerry) zorakılığı adi və komik hal kimi təqdim edir. Qorxu elementləri daşıyan məzmunlar (Huggy Wuggy, Poppy Playtime ilə bağlı videolar) isə kiçik yaşlı uşaqlarda təşviş, gecə qorxuları və narahatlıq yarada bilir. Vizual olaraq həddindən artıq sürətli və parlaq məzmunlar (məsələn, Cocomelon) diqqət dağınıqlığını artırır və uşağın sinir sistemini həddindən artıq stimullaşdırır.

Onlayn oyun platformaları (Roblox, Minecraft, Free Fire) uşaqlarda yaradıcılığı inkişaf etdirsə də, nəzarətsiz və həddən artıq istifadə zamanı asılılıq, aqressiya, sosial uzaqlaşma və yuxu pozuntuları yarada bilər. Uşaq virtual mühitdə uzun saatlar keçirdikdə real sosial bacarıqlar zəifləyir.

Araşdırmalar göstərir ki, ekran istifadəsinin azaldılması uşaqlarda davranış və emosional problemlərin azalmasına, sosial qarşılıqlı əlaqələrin isə yaxşılaşmasına səbəb olur.

Ekspert telefon və planşetlərdən çox istifadə etməyin mənfi təsirlərindən söz açdı:

– Cihazların zərərli təsirləri həddən artıq çoxdur. Uşaqlarda daha çox müşahidə edilən təsirlərdən bir neçəsini sadalasaq, məncə, kifayətdir. Bunlar: 

1. Özünə inamsızlıq və müqayisə: Sosial mediada nümayiş olunan “ideal” həyat və bədən standartları uşaqlarda yetərsizlik hissi yaradır.

2. Psixi sağlamlıq problemləri: Həddindən artıq sosial media istifadəsi depressiya, təşviş və tənhalıq hissini artırır. Bu, ağır hallarda aqressiya və özünə zərər düşüncələrinə qədər gedə bilər.

3. Asılılıq və dofamin təsiri: “Like” düyməsi beyində mükafat mexanizmini aktivləşdirir və asılılıq formalaşdırır.

4. Yuxu pozğunluğu: Xüsusilə yatmazdan əvvəl ekran istifadəsi melatonin ifrazını azaldır və yuxu keyfiyyətini pozur.

5. Kiberbullinq (onlayn zorakılıq): Təhqir, təqib və sosial kənarlaşdırma uşağın emosional halına ciddi zərbə vurur.

6. Sosial bacarıqların zəifləməsi: Virtual ünsiyyət real münasibətləri əvəz etdikdə empatiya və emosional intellektin inkişafı ləngiyir.

Y.Abdyeva uşaqlarda və yeniyetmələrdə ekran vaxtını tənzimləməyin yollarından da söz açdı:

– Psixoloqların və pediatrların tövsiyəsinə görə, 2–5 yaşlı uşaqlar gündə maksimum 1 saat, 6–12 yaş aralığında olanlar ekranda gündə 1–2 saat vaxt keçirə bilərlər.

  Yeniyetmələr məqsədli və nəzarətli istifadə şəraitində, ümumi vaxt 2 saatdan çox olmamaq şərtilə telefon, ya planşetə baxa bilərlər. Bu zaman nələrə  diqqət edilməlidir:

1. Yatmazdan ən azı 1 saat əvvəl bütün ekranlar dayandırılmalıdır.

2.  Uşağın yataq otağında telefon və planşet olmamalıdır.

Ekspert müasir dövrdə uşaqların verilən məsləhətlərə bir qədər aqressiv yanaşdıqlarını vurğuladı. Bu zaman valideynlərin vəziyyətin qarsısını almaq üçün nə etməli olduğunu diqqətə çatdırdı:

– Bu problem çözmək üçün müxtəlif yollar var. Ən rahat üsul telefonun, yaxud planşetin özündə olan proqramlardan istifadə etməkdir. Amma, bundan başqa üsulları da qeyd etmək yerinə düşər:

1. Ekran vaxtına konkret limit qoymaq.

2.  Uşaqla birlikdə izləmək və məzmunu müzakirə etmək.

3.  Açıq havada fiziki aktivliyi artırmaq.

4.  Kitab oxumaq və ailə vaxtı yaratmaq.

5.  Sosial şəbəkə və oyun istifadəsini yaşa uyğun tənzimləmək.

6.  Valideyn nəzarəti proqramlarından istifadə etmək.

Ekspert açıqlamasının sonunda qeyd etdi ki, uşaqlara texnologiyanı tam qadağan etmək düzgün yanaşma deyil. Əsas məqsəd balans yaratmaqdır. Problem cihazın özü deyil, nəzarətsiz və həddindən artıq istifadəsidir.

Uşağın psixoloji sağlamlığının əsas qoruyucu faktoru sevgi, diqqət və təhlükəsiz ailə mühitidir. Əgər valideyn aktiv mövqe tutarsa, texnologiya təhlükəyə deyil, inkişaf vasitəsinə çevrilə bilər.

Hazırladı:
Zərifə HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri