Icma.az
close
up
RU
Əks effekt verən estetik PROSEDURLAR Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Əks effekt verən estetik PROSEDURLAR Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaşlanma əlamətlərini aradan qaldırmaq, daha gənc və gözəl görünmək, eləcə də sərt cizgiləri yumşaltmaq üçün edilən kosmetik prosedurlar çox vaxt əks nəticə verir. Yəni gəncləşmək yerinə əksinə yaşlandırır, üz cizgilərini daha kobud göstərir.
Məqsədi daha da gəncləşdirmək olan bu prosedurlar 5-10 il artıq görünüş yaratmasına səbəbi nədir? Ən maraqlısı, qadınlar bunu bilə-bilə niyə bu yorucu prosedurlara vaxt və pul sərf edirlər?
Kosmotoloq Gülnarə Musayeva son günlər estetik əməliyyat və prosedurlara qarşı ictimai qınağın yaranmasına diqqət çəkərək, burada öz həmkarlarını da qınadı:  
“Nədənsə insanlarımız estetik deyəndə çox şişkin dodaqlar, almacıqlar və digər qabarıq ölçülər düşünürlər. Daha dəqiq desək, həddindən artıq görünən müdaxilələr yadda qalır, təbii nəticələr isə çox vaxt fərq edilmir. Bu da belə bir təəssüratın formalaşmasına səbəb olur ki, estetik müdaxilələr simanı saxtalaşdırır, yaxud üz cizgilərini dəyişir.
Halbuki elə estetik etdirənlər var ki, özləri etiraf etməsə, heç kim də anlamaz.
Burada həkim peşəkarlığı ilə yanaşı, həkimin israrlığı da vacibdir. Yəni “pasient belə istədi mən də etdim” deyə məsuliyyəti boynundan atmaq olmaz. Kosmetoloq pasientinə başa salmalıdır ki, onun üz cizgilərinə hansı prosedur olar, hansı olmaz. Təcrübəli mütəxəssis tərəfindən fərdi anatomiyaya uyğun və ölçülü aparılan müdaxilələr adətən daha təbii nəticə verir”.
Kosmetoloq diqqətə çatdırdı ki, estetik əməliyyat və prosedurlar edən əksər qadınların yaşıdlarından daha yaşlı görünməsinin bir neçə səbəbi var: dodaq, yanaq və ya çənə nahiyəsində çox dolğu istifadə edildikdə üzün proporsiyaları dəyişə bilər.
Bu, bəzi insanlarda daha yetkin və ya ağır üz görünüşü yaradır. Bundan başqa, həddindən artıq botoks tətbiqi mimikanı azaldır. Mimika üzün canlı görünməsində rol oynadığı üçün onun azalması bəzən yaşlı görünüş təəssüratı yaradır.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 İyul 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri