Icma.az
close
up
RU
Estetik prosedurlar: gözəllik, yoxsa təhlükə? ŞƏRH EDİLDİ

Estetik prosedurlar: gözəllik, yoxsa təhlükə? ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Estetik əməliyyatlar artdıqca əməliyyatların nəticələrindən olan şikayətlərin sayı da artır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, ölkə mediasında hər gün bir həkimlə bağlı narazılıq yayılır: "Qanunsuz fəaliyyət göstərən klinikalar, təhsilsiz həkimlər barədə isə ciddi ölçü götürülmür. Beləcə, təhsilsiz "həkim"lər insan sağlamlığına zərər vurmaqla saysız-hesabsız estetik müdaxilələr edir, problem yarananda isə heç bir məsuliyyət daşımırlar. Estetik əməliyyata olan həvəs gözəllikdən çox təhlükəli nəticələrə səbəb olduğu halda qadınlar bu asılılıqdan qurtula bilmir.

Sosioloq Lalə Mehralı deyib ki, zaman gözəllik anlayışlarını, kriteriyalarını dəyişdi: “Əvvəllər spesifik gözəllik anlayışı var idi, hər qıza, qadına xas xüsusi özəlliklər vardı. Bir qadının kaman qaşları, qönçə dodaqları vəsf olunurdu, başqa bir qadının yumru yanaqları, sivri çənəsi və.s. Yəni, gözəllik fərddən-fərdə dəyişən anlayış idi. Amma indi gözəllik anlayışı standartlaşıb. Trend və moda anlayışı özünü ən çox estetik əməliyyatlarda göstərir. Bir gün ətli dodaqların dəb olduğu deyilir və insanlar dodaqlarına naməlum mənşəli maddələri tətbiq etdirir, başqa bir gün itilənmiş çənələrin dəbdə olduğu deyilir və insanlar çənələrini həqiqi mənada yondururlar, qaşlarını asdırırlar, gözlərini çəkdirirlər.

Bunun səbəbi isə gözəllik anlayışının diqtə edilməsidir. Spesifik gözəlliyi olan qızlar, demək olar ki, yox dərəcəsindədir. Bir qızdan danışanda onun burnunun, çənəsinin, qaşlarının və ya dodağının özünün olub- olmaması insanı şübhəyə salır. Bəzən də dəqiqliklə kimin estetikli olması ilə bağlı bilmək olur. Ona görə də hazırda bu axın ki var, bu artıq gözəllikdən uzaqlaşıb, təhlükəyə doğru irəliləyir. Bu gözəllik deyil, insanlara diqtə edilən üz quruluşu, yanaq, çənə, burun, dodaq quruluşudur. Necə ki, geyim dəbi ilə insanları idarə edirlər, nə istəyirlər onu geyindirirlər, eləcə də bu estetik əməliyyatlarla insanların görünüşünü istədikləri kimi idarə edə bilirlər. Hər kəs artıq bir- birinə bənzəməyə başlayıb. Hər 3 qadından 2-si bir-birinin eynidir.

Vəziyyətin başqa təhlükəli tərəfi də estetik əməliyyatların tibbi təhsili olmayan insanlar tərəfindən həyata keçirilməsinin olduğunu deyən müsahibimiz deyir ki, heç bir tibbi təhsili olmayan, tibb universitetini bitirməyən, peşəkar olmayan insanlar özünü rahatlıqla həkim kimi təqdim edə bilir: “Bu insanlara imkan yaradılır, hansısa qüvvələr tərəfindən himayə edilir və o da istədiyi formada insanları kəsib, tikə bilir. Bununla bağlı son zamanlarda araşdırmalar da göstərir ki, insanların həkim bilib bədəninə müdaxilə etməsinə icazə verdiyi adamların nə tibbi diploma var, nə də təhsili. Bütün bunlara rəğmən insanlar təhlükənin böyüklüyünü hələ də dərk edə bilmirlər. Bu estetik müdaxilə də , cərrahi əməliyyat da ola bilər, hər hansı bir maddənin bədənə yeridilməsi də ola bilər, fərqi yoxdur. Bizdə bununla bağlı ciddi özbaşınalıqdır və hər gün bir qadın estetik əməliyyatın qurbanı olur. İnsanlar bir gün liposaksiyadan, digər gün burun əməliyyatından vəfat edir, dolğudan şoka düşürlər. Bu vəziyyət insanların estetik asılılığının və həkimlərin özbaşınalığın mənzərəsidir”.

Müəllif: Arzu İbaquliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri