Icma.az
close
up
RU
Eks məmurun oğlu məhkəmədə niyə susur?

Eks məmurun oğlu məhkəmədə niyə susur?

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Əvvəllər korrupsiya ittihamı ilə məhkum edilmiş “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə hakimin bir neçə çağırışından sonra bu gün məhkəməyə gəlib.

Gununsesi.info-nun məlumatına görə, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu Nizami Alışan tərəfindən 1 milyondan çox dələduzluğa məruz qaldığını iddia edən iş adamı açıq məhkəmə iclasında danışmaqdan imtina edib.

Onun vəkili etirazın səbəbini belə əsaslandırıb ki, sorğu-sual zamanı Babək Məmmədzadənin haradan gəlir əldə etməsi müzakirə ediləcək. İş adamı bununla kommersiya sirrinin pozulacağını düşünür. Bu səbəbdən prosesin bu dəfəlik qapalı keçirilməsi istənilib.

Təqsirləndirilən şəxs və müdafiəçisi isə buna etiraz edib. Nizami Alışanın vəkili Samir İsayev deyib ki, zərərçəkmiş şəxsin gəlirinin açıqlanması heç bir kommersiya sirri təşkil etmir. Bu səbəbdən iclas açıq və şəffaf şəkildə davam etməlidir.

Hakim Aytən Əliyeva müdafiə tərəfinin etirazına baxmayaraq, iclasın qapalı keçirilməsinə qərar verib. Nəticədə jurnalistlər zaldan çıxarılıb.

Qeyd edək ki, bu iş üzrə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digər iş adamı Yadigar İsrafilov zərərçəkmiş kimi tanınıb. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib. Vədə inanan iş adamları iddia edir ki, Nizami sonda onları aldadıb, 4 milyon manat pulu ələ keçirib. Təqsirləndirilən birjaçı isə ittihamı qəbul edir. Deyir ki, birlikdə pul qoyub birlikdə qazanıblar. Sonuncu dəfə platformadan pulu çəkə bilməyib. Nizami Babəklə sinif yoldaşı olsa da məhkəmədə həbsini onun təşkil etdiyini deyib.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsdədir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri