Icma.az
close
up
RU
Eks məmurun oğlu gəlir yerini gizlədir Hamının qarşısında danışmadı

Eks məmurun oğlu gəlir yerini gizlədir Hamının qarşısında danışmadı

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Əvvəllər korrupsiya ittihamı ilə məhkum edilmiş “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə hakimin bir neçə çağırışından sonra bu gün məhkəməyə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu Nizami Alışan tərəfindən 1 milyondan çox dələduzluğa məruz qaldığını iddia edən iş adamı açıq məhkəmə iclasında danışmaqdan imtina edib.

Onun vəkili etirazın səbəbini belə əsaslandırıb ki, sorğu-sual zamanı Babək Məmmədzadənin haradan gəlir əldə etməsi müzakirə ediləcək. İş adamı bununla kommersiya sirrinin pozulacağını düşünür. Bu səbəbdən prosesin bu dəfəlik qapalı keçirilməsi istənilib.

Təqsirləndirilən şəxs və müdafiəçisi isə buna etiraz edib. Nizami Alışanın vəkili Samir İsayev deyib ki, zərərçəkmiş şəxsin gəlirinin açıqlanması heç bir kommersiya sirri təşkil etmir. Bu səbəbdən iclas açıq və şəffaf şəkildə davam etməlidir.

Hakim Aytən Əliyeva müdafiə tərəfinin etirazına baxmayaraq, iclasın qapalı keçirilməsinə qərar verib. Nəticədə jurnalistlər zaldan çıxarılıb.

Qeyd edək ki, bu iş üzrə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digər iş adamı Yadigar İsrafilov zərərçəkmiş kimi tanınıb. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib. Vədə inanan iş adamları iddia edir ki, Nizami sonda onları aldadıb, 4 milyon manat pulu ələ keçirib. Təqsirləndirilən birjaçı isə ittihamı qəbul edir. Deyir ki, birlikdə pul qoyub birlikdə qazanıblar. Sonuncu dəfə platformadan pulu çəkə bilməyib. Nizami Babəklə sinif yoldaşı olsa da məhkəmədə həbsini onun təşkil etdiyini deyib.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsədir.

Sail Ağasəlim

Fotoda: Məhəmməd Məmmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri