Icma.az
close
up
RU
Eks nazir: “Elçibəy nazirliyi böldü, orta məktəbləri əlimdən aldı” MÜSAHİBƏ

Eks nazir: “Elçibəy nazirliyi böldü, orta məktəbləri əlimdən aldı” MÜSAHİBƏ

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıvaxtı.az-ın müsahibi, keçmiş təhsil naziri, professor Firudin Cəlilovdur. 

Onunla söhbəti təqdim edirik.

Müəllimlər repetitorların işini üzərlərinə götürəcəklər

- Elm və təhsil naziri Emin Əmrullayevin son açıqlaması - müəllimlərin maaşı iş saatına görə hesablanacaq - müzakirələrə və müəyyən fikir ayrılıqlarına səbəb olub. Siz bu yanaşmanı necə qiymətləndirirsiniz?

 - Məlum yanaşmanı mənfi tərəfə yozmaq düzgün deyil. Bu, seçimlə olacaq. Kim istəsə, o rejimlə işləyəcək, kim istəməsə, köhnə, ənənəvi qayda ilə işləyəcək. Seçim müəllimdən asılı olacaq.

- Bununla Azərbaycan təhsilində “metastaz verilmiş” repetitorluğun qarşısını almaq mümkün olacaqmı?

- Bu sistemlə işləmək istəyən müəllimlərin dərsdən sonra qalıb zəif şagirdlərlə əlavə məşğul olmaq imkanı olacaq. Müəllimlər repetitorların işini üzərlərinə götürəcəklər. O mənada da yaxşı addımdır.

Təhsildə yeniliklər birdən-birə olmur. Görünür, yeni sistemi pilot layihə kimi bir neçə məktəbdə tətbiq edəcəklər, özünü doğrultsa, bütün orta məktəblərdə tətbiq edə bilərlər.

- Amma bəzi müəllimlər buna qarşıdırlar...

- Müəllimləri də qınmaq olmur. Məsələn, məktəb müəllimlərini kağız-kuğuzla o qədər yükləyirlər ki, adam bezir. Buna ehtiyac yoxdur.

Universitet müəllimi 6-cı sinif tapşırığını oxuyub, anlaya bilmir

- Orta məktəblərdə dərs yükünün ağır olduğu bildirilir. Sizcə, yumşaltmaq olarmı?

- Doğrudur, aşağı siniflərdə dərs yükü ağırdır. Şagirdlərin yükünü 3-4 qat azaltmaq lazımdır. Uşaqlara sərbəstlik verilməlidir. Onlar uşaqlıqlarını yaşamalıdırlar. Uşaq məktəbə həvəslə getməlidir. O qədər kitab, dəftər, test yükləyirlər ki, uşaqlar bezirlər, usanırlar. Onların dərsləri yüngülləşməlidir. Aşağı siniflərə elə lazımsız dərslər salırlar ki...

- Yazılan yeni kitabların dili çox ağırdır. Valideynlər belə mətni anlamadıqlarını bildirirlər. Sanki mətnləri, məsələlər və misalları öyrənmək deyil, valideynlər üçün yazıblar. Onsuz da o çalışmaları şagirdlər deyil, valideynlər həll edirlər. Bunu müəllimlər də bilirlər...

- Bəli, heç validyenlərin çoxu da o məsələləri həll edə bilmirlər. Mənə də çoxu şikayət edir ki, oxuyurlar, lakin anlamırlar. Universitet müəllimi zəng edib ki, 6-cı sinifə verilən tapşırığı oxuyub, anlaya bilmir. Bu işlə məşğul olan mütəxəssislər olmalıdırlar. İndi bəzi cavanlar çıxıb ortalığa elmli olduqlarını iddia edirlər. Soruşanda da deyirlər ki, Amerikada çap olunan kitabları oxuyur, ingilisdilli kitabları mütaliə edirlər. Ay bala, təhsil məsələsi ingilis dilində kitab oxumaqla deyil axı. Bu, tamam başqa bir sahədir. 100 ildən gələn təcrübələr var, onları ölçmək lazımdır. Mən o vaxt Pedaqoji Akademiya hazırlayırdım.

- Pedaqoji Akademiyanın nə kimi missiyası olacaqdı?

- Ancaq müəllim hazırlayacaqdıq. Müəllim hazırlamaq üçün pedaqoji yönümlü institutlar olmalıdır.

- Niyə yarada bilmədiniz?

 - Mən nə işlədim ki... Cəmi 6-7 ay. Onun da yarısında rəhmətlik eks-prezident Əbülfəz Elçibəy nazirliyi böldü, orta məktəbləri mənim əlimdən aldı, ali məktəblər qaldı. Mən də ali məktəblər üçün əlimdən gələni etdim. Müəllimlərin maaşlarını qaldırdım, onları kommunal xərclərdən azad etdim. Çoxlu sayda dərslik yazdırdım.

- Əbülfəz Elçibəy orta məktəbləri sizdən niyə aldı, bunun xüsusi bir səbəbi vardımı?

- Uzun söhbətdir. O hakimiyyətdə mənim əleyhimə olan qüvvələr vardı. Onlar məni gözdən salmaq üçün nazirliyin işini iflic etmək istəyirdilər. Belə oyunlar gedirdi. Ancaq Heydər Əliyev gələndən sonra ali və orta məktəbləri eyni nazirlikdə birləşdirdi. 5 prezidentlə işləmişəm. Heydər Əliyevin rəhbərliyi dövründə də çalışdım, amma nazirliklər birləşəndə mənim nazirliyim ixtisara düşdü. Belə olanda mən də işsiz qaldım.

İndiki sistemlə övladlarımızın gələcəyi bərbad olacaq

- Az qala hər yeni gələn nazir yeni bir sistem, mexanizm hazırlayır, amma tam effekt müşahidə olunmur. Sizə elə gəlmirmi ki, artıq konkret bir mexanizm tətbiq etməyin vaxtı çoxdan keçib?

-Təhsil məsələsi mürəkkəb sistemdir. Bu, buğda deyil ki, bu il səpib, gələn il biçəsən. Təhsil elə sahədir, bura yatırılan sərmayə 10-15 ildən sonra nəticə verir. Hesab edirəm ki, indiki təhsil sistemini dəyişməyin zamanıdır. İndiki sistemlə övladlarımızın gələcəyi bərbad olacaq.

- Bəs siz hansı sistemi təklif etdiniz?

- Mənim öz sistemim vardı, onu 3 aya qurdum, yaratdım. Təhsil sisteminin quruluşunu dəyişdim. Amma nazirliyi iki yerə bölüb, sistemi iflic etdilər. O iş yarımçıq qaldı.

- Belə demək mükündürsə, o qərarı verməklə Elçibəy yanlışa yol verib...

- Düzdür, sonra bu qərara peşman oldular. Amma onu yenidən bərpa etməyə imkanları olmadı, çünki hakimiyyət dağıldı.

Professoram, 35 ildir işsizəm

- Firudin bəy, ən çox müzakirə olunan “Ramiz Mehdiyev işi” ilə bağlı da danışmaq istərdik. 30 il ərzində fərman verən şəxs, indi “can verir”. Ən ağır əməldə-vətənə xəyanətdə-günahlandırılır. Bu yaşda, bu nə “iştahadır”?

- Mən Ramiz Mehdiyevçiləri “METO”çular adlandırıram. Ramiz Mehdiyev və onun komandasının vurduğu ən böyük zərbə ölkənin milli ziyalılarını məhv etmələri oldu. İstənilən ölkə ziyalıları ilə irəli gedir. Ramiz Mehdiyev o elitanı vurub sıradan çıxardı. Bütün milli ziyalıları “vurdular”. Biri elə mənəm. 35 ildir evdə oturmuşam. Deyirəm mənə universitetdə dərs verin, tələbələrlə əlaqəm olsun, onlara dərs keçim. Mən professoram, amma işsizəm. Kimə deyirəm, iş verə bilmir. Dostumu rektor təyin etdilər. Ona dedim ki, saat hesabı dərs ver, cavab verdi ki, gərək “yuxarı”dan icazə alım. “Yuxarı” deyəndə Ramizi nəzərdə tuturdu. Akademiyanın da prezidentinə müraciət etdim, o da mənə həmin cavabı verdi. Təhsil sistemi də Ramiz Mehdiyevin nəzarəti altında idi. Onu da deyim ki, yalnız təhsil deyil, əksər sahə onun nəzarətində idi. Özəlliklə Azərbaycan Elmlər Akdemiyası daim onun nəzarətində olub. “METO”nun Azərbaycan elminə vurduğu ziyanı heç kim vurmayıb.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri