Icma.az
close
up
RU
De Bleker: “Əlimdən gələnin ən yaxşısını edəcəyimi demişdim” (MÜSAHİBƏ)

De Bleker: “Əlimdən gələnin ən yaxşısını edəcəyimi demişdim” (MÜSAHİBƏ)

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər mövsümün ikinci dövrəsinə hazırlığı Türkiyədə keçirib.

Antalyada toplanışda olan referilər bir həftəlik hazırlıq keçib. AFFA Hakimlər Komitəsinin keçmiş sədri, Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edən Frank De Bleker toplanış barədə “FutbolPress“in suallarını cavablandırdı:

– Azərbaycana gəlişinizlə hədəfləriniz nələr idi?
– Əsas məqsədim UEFA-nın fəlsəfəsini gətirmək idi. Vacibdir ki, bizim hakimlərimiz UEFA strategiyası, sistemi ilə çalışsınlar. Mənə görə fərqi yoxdur, ya Çempionlar Liqası oyununu idarə edirsən, ya Premyer Liqa. Vacib olan eyni səviyyədə oyun idarə etməkdir. Bu mesajı verməyə çalışdım. Hardasa 1.5 il sonra bunun bəhrəsini gördük. Əliyar Ağayev Çempionlar Liqası və Avropa Liqasına təyinat aldı, Elçin Məsiyev UEFA Superkubokunda dördüncü hakim oldu. İnkişafda olan hakimlərimiz var. Kamal Umudlu UEFA Gənclər Liqasının oyunlarını idarə edib. Tarixdə ilk dəfə FIFA referilərimizin sayı 4-ə çatdı. Bu, məni çox sevindirir. Demək, düzgün yoldayıq. Tural Qurbanov FIFA referisi oldu, gəncdir. Onun qarşıda yaxşı gələcəyi var. Hakimlərin, köməkçi hakimlərin sayı artır. Bizim əsas məqsədimiz azərbaycanlıların öz hakimləriylə fəxr etməsidir.

– Sədrlikdən çıxdınız və baş katibin müşaviri təyin edildiniz. Təyinatınızla bağlı fikirlərinizi bildirərdiniz.
– Əsas məsələ komanda olmaqdır. Təcrübəmi və təhlilimi keyfiyyətin artması üçün bölüşürəm. Həm baş katib, həm də Hakimlər Komitəsi ilə sıx çalışırıq ki, əlimizdən gələnin ən yaxşısını edək. Birlikdə çalışmaq, inkişaf etmək istəyiriksə, bu, əla yoldur. Birlikdə güclü olub, təkmilləşmək lazımdır.

– Toplanış boyu müzakir məsələlərindən biri hakimlərin sayının az olmasıdır. Kəmiyyətin artması üçün hansı işlər görülür?
– 2026-cı il Azərbaycan hakimliyi üçün çox vacibdir. Tarixdə ilk dəfə 4 referimiz FIFA hakimi oldu. Bununçün çox çalışdıq, çox iş gördük. Əlimdən gələnin ən yaxşısını edəcəyimi demişdim. FIFA hakimlərimizin sayının artması üçün düzgün anı seçib, yaxşı şərh vermək lazımdır. Yaxşı arqument yaratmalısan. UEFA və FIFA ilə əlaqə saxlayıb dedim ki, Azərbaycan buna hazırdır. Orda bilirlər ki, UEFA və FIFA standartları ilə çalışırıq, iki hakimimiz də birinci kateqoriyadır. İndi isə 4 hakimlə təmsil olunacağıq. Bu, məni çox sevindirir. UEFA və FIFA-nın bizi dəstəkləməsi məni çox qürurlandırdı.Məndən 5 və 6-cı hakimlərlə bağlı soruşsunuzsa cavabım budur: nə bu gün, nə sabah. Vaxt lazımdır. Böyük futbol ölkələri 7-10 hakimlə təmsil olunur. Yalnız İngiltərə, Fransa, İspaniya və İtaliyada FIFA 10 referisi var. Addım-addım buna getməliyik. Hazırda 4 hakimimizin olması bizi, Azərbaycan, hakimlərimizi çox sevindirir. Qarşımıza məqsəd qoyub irəliləməliyik.

“FutbolPress”
(Antalya)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri