Icma.az
close
up
RU
Eks səfir: “Rusiyadan çox ciddi şəkildə Azərbaycanın müstəqilliyinə qarşı təhdidlər yaranıb”

Eks səfir: “Rusiyadan çox ciddi şəkildə Azərbaycanın müstəqilliyinə qarşı təhdidlər yaranıb”

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiya özünün bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqların başına olduqca böyük zülmlər gətirib və kütləvi şəkildə qırğına məruz qoyub. Tarixən orada yaşayan yəhudi, kalmık, xakas, yakut və digər xalqları özünə məxsus qeyri-insani xislətdə divan tutub. Onlarda milli narazılıq sindromu var və bu, ruslarda genetik səviyyədən irəli gələn bir haldır”.
Bunu Demokrat.az-a açıqlamasında Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri Azər Xudiyev deyib.
O bildirib ki, son proseslərdə çox ciddi bir səbəb olmasaydı, Azərbaycan belə kəskin və qətiyyətli reaksiya verməzdi:
“Mənə elə gəlir ki, Rusiyadan çox ciddi və fundamental şəkildə Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı təhdidlər yaranıb. Hazırda hansı tərəfdən nəyin gəldiyini də təxmin etmək çətindir. Çox güman ki, ABŞ, Böyük Britaniya, İsrail prosesə qarışacaq. Mümkündür ki, bu üç dövlət və Pakistan, Türkiyə birlikdə Azərbaycan üçün müdafiə alyansı yaratsınlar. Əgər elə olacaqsa, burada vəziyyət daha çox kəskinləşə bilər, Ukrayna variantı kimi bir şeyin ola biləcəyini ehtimal edirəm”.
Azər Xudiyev həmçinin qeyd edib ki, iki ölkə arasında hansısa razılaşdırılmamış tələb də ola bilər:
“Hər halda azərbaycanlılara qarşı Rusiyada çox kobud formada təxribat prosesi davam edir. İnformasiya savaşından diplomatik savaşa keçilir, bunun da nəticəsinin necə olacağı aydın deyil. Mənə elə gəlir ki, AZAL-ın təyyarəsinin vurulması bu prosesin başlanğıcı oldu. Gözləməkdən başqa əlacımız yoxdur, amma vəziyyət kifayət qədər riskli və həssasdır”.
Bakı və İrəvan arasında sülh prosesinə də toxunan Azər Xudiyev qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizi ilə bağlı maraqlı fikirlər var:
“Məncə, Paşinyan Ermənistanda məhz bu əhval-ruhiyyəni yaradır, ictimai rəyi formalaşdırır. Bu da mümkündür, əgər ermənilər Türkiyə və Azərbaycanın mövqeyinə yaxınlaşacaqsa, ruslar buna çox kəskin reaksiya verə bilərlər.
Digər tərəfdən, bəzi məqamlar İranın hansı tərəfdə olacağı ilə bağlıdır. Hansı mövqeyi tutacaq, necə reaksiya verəcək? Çünki İranın da qırmızı xəttləri məlumdur. Bu da başqa bir qeyri-müəyyənlik yaradır, bir çox variantlar ola bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri