Icma.az
close
up
RU
Təchizat baxımından Qazaxıstanın payının artması Azərbaycanın Rusiyadan asılılığını ciddi şəkildə azaldır

Təchizat baxımından Qazaxıstanın payının artması Azərbaycanın Rusiyadan asılılığını ciddi şəkildə azaldır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycan və Qazaxıstan arasındakı siyasi və iqtisadi əlaqələr güclənib, bu da Azərbaycanın buğda idxalında mənbənin dəyişməsinə səbəb olub. 2025-ci ilin ilk 9 ayında Azərbaycana 867 min ton, 186 milyon dollar dəyərində yumşaq buğda idxal olunub ki, bu da 2024-cü ilə nisbətən 111 min ton və 21 milyon dollar çoxdur. İdxalın 66%-i Qazaxıstandandır (572 min ton). Qazaxıstan buğdası əsasən Rusiyanın ərazisi vasitəsilə dəmir yolu ilə gətirilib. 2024-cü ildə Rusiyanın idxaldakı payı 100%-ə yaxın olsa da, 2025-ci ildə 34%-ə enib. Buğdanın ton üzrə orta qiyməti 2025-də 214 dollar, 2024-də isə 219 dollar olub. Beləliklə, ton başına qiymət təxminən 2,5 faiz ucuzlaşıb. Qazaxıstan həmçinin Azərbaycandan tranzitlə digər ölkələrə, o cümlədən Ermənistana da buğda ixrac edir. Azərbaycanın tranzit məhdudiyyətlərini yüngülləşdirməsi bu prosesi mümkün edib.Qazaxıstandan buğda idxalının artması Azərbaycan bazarında qiymət və təchizat baxımından nə kimi dəyişikliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu il buğdanın ton qiymətinin əvvəlki ilə nisbətən ucuzlaşması bazarda kəskin bahalaşma riskini azaldır: “Qazaxıstandan buğda idxalının artması Azərbaycanda qiymətlərin və təchizatın daha sabit olmasına səbəb ola bilər. 2025-ci ildə buğdanın ton qiymətinin əvvəlki ilə nisbətən ucuzlaşması bazarda kəskin bahalaşma riskini azaldır. İdxal mənbələrinin şaxələnməsi, həm qiymətlərin süni şəkildə yüksəlməsinin qarşısını alır, həm də tədarükün davamlılığını gücləndirir. Ümumiyyətlə, idxalın şaxələndirilməsi həmişə vacibdir, bu baxımdan Rusiyadan da idxalı dayandırmaq lazım deyil. Təchizat baxımından Azərbaycanda əvvəl yalnız Rusiyadan asılılıq mövcud idisə, indi Qazaxıstanın payının artması bu asılılığı azaldır və riskləri bölüşdürür. Bu da geopolitik dəyişikliklər və ticarət məhdudiyyətləri zamanı təchizatın dayanma ehtimalını azaldır. Nəqliyyat marşrutlarının genişlənməsi gələcəkdə daha dayanıqlı alternativlər yaradılmasına şərait yarada bilər”.

Akif Nəsirli

Akif Nəsirli vurğulayıb ki, Azərbaycanın tranzit siyasətində yumşalma regional ticarətdə rolunu artırır: “Ərzaq təhlükəsizliyi baxımından yeni vəziyyət, ümumilikdə müsbət dəyərləndirilir. Azərbaycana daha münasib qiymətə və daha sabit şəkildə buğda gətirilməsi ehtiyatların artırılmasına imkan verir və tək mənbədən asılılığı xeyli azaldır. Eyni zamanda Azərbaycanın tranzit siyasətində yumşalma regional ticarətdə rolunu artırır və ölkənin strateji mövqeyini möhkəmləndirir. Bununla belə, Qazaxıstan tədarükü hələ də müəyyən dərəcədə Rusiya marşrutundan asılı olduğundan tam riskdən uzaqlaşmaq üçün həm yerli istehsal artırılmalı, həm də alternativ nəqliyyat yolları daha fəal istifadə olunmalıdır. Bu baxımdan Transxəzər daşımaları önəmlidir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri