Icma.az
close
up
RU
Ekspert açıqladı: Qiymətlər 50 faiz ucuzlaşacaq...

Ekspert açıqladı: Qiymətlər 50 faiz ucuzlaşacaq...

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu yay bölgələrdə istirahət etmək istəyənlər yüksək qiymətlərlə üzləşirdi. Otel və istirahət mərkəzlərində qiymətlər mövsümün tələbatına uyğun olaraq artmışdı. Sentyabrın gəlişi ilə məktəblərin açılması və havaların tədricən sərinləşməsi bölgələrə turist axınını da azaldır.

Bəs payızda hansı bölgələrdə daha münasib qiymətə istirahət etmək mümkündür? Bundan sonra qiymətlər daha da ucuzlaşacaqmı?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan turizm məsələləri üzrə ekspert Cabir Dövlətzadə payızın gəlişi ilə bölgələrdə qiymətlərdə ucuzlaşma gözlənildiyini bildirib:

“Yay mövsümünün başa çatması ilə əlaqədar olaraq qiymətlərdə enmə müşahidə olunur. Artıq sentyabrın 15-dən etibarən orta məktəblər, universitetlər və texnikumlarda tədris prosesi başlayır. Bununla əlaqədar bölgələrə olan kütləvi turizmdə ciddi zəifləmə başlayacaq və bu, təbii ki, qiymətlərə də təsir göstərəcək. Qiymətlərin əvvəlki dövrlə müqayisədə 30-50 faiz aşağı düşəcəyi gözlənilir. Bu səbəbdən bölgələrə gedən turistlər daha çox solo səyahət edənlər, yəni tək gedən turistlər və ya dost qrupları olacaq. Eyni zamanda, xarici turistlərin də bölgələrə səfərləri davam edəcək. Buna görə bölgələrdə yüksək turizm mövsümünün başa çatması və qiymətlərin aşağı düşməsi normaldır”.

Ekspertin sözlərinə görə, yalnız“Formula-1” günlərində Bakıdakı otellərdə qiymətlər artacaq:

“Sadəcə, Bakıda “Formula-1” yarışı keçiriləcəyi üçün sentyabrın 24-26-da, təxminən bir həftəlik müddət ərzində Bakı şəhərinin mərkəzində yerləşən otellərdə doluluq yüksək səviyyədə olacaq. Oktyabr ayından etibarən isə qiymətlərin ən azı 30 faiz aşağı düşməsi gözlənilir. Bu, hər il müşahidə olunan haldır. Bölgələrdə bir çox turizm obyektləri mövsümü başa çatdırır və mövsümi fəaliyyət göstərdikləri üçün fəaliyyətlərini dayandırırlar.

Əsasən, bölgələrdə çox az sayda otel və motel mövsümün davamında fəaliyyət göstərir. Bu da Azərbaycanda kütləvi turizmin və yüksək turizm mövsümünün uzun müddət davam etməməsi ilə bağlıdır. Daha sonra qış mövsümünün başlaması ilə qış turizmi ön plana çıxacaq. Bu zaman istər-istəməz Qusar, Şahdağ və Naxçıvan kimi qış turizminin inkişaf etdiyi bölgələrə daha çox diqqət yönələcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Sentyabr 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri