Icma.az
close
up
RU
Yeni tikililər, fantastik qiymətlər... Ekspert

Yeni tikililər, fantastik qiymətlər... Ekspert

Icma.az, Axar.az saytına istinadən bildirir.

Bakının daşınmaz əmlak bazarında qiymətlərdə artım tendensiyası müşahidə olunur. Ən son statistikaya görə, ötən ay mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə orta hesabla 1,34% artıb. Əmlak bazarındakı qiymət artımının əsas səbəbləri arasında tikinti materiallarının bahalaşması, əhalinin alıcılıq qabiliyyətinin artması və bazarda təklifin məhdudluğu göstərilir. Bəzi hallarda isə qiymət artımları xaotik xarakter daşıyır və ərazidən asılı olaraq qiymətlərdə nəzərəçarpacaq dərəcədə dəyişikliklər müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc Trend-ə açıqlama verib. O deyib ki, mənzil bazarında alqı-satqı aktivliyi müşahidə olunmasa da, qiymətlərdə bahalaşmaya doğru meyl hiss olunur.

Onun sözlərinə görə, bu, əvvəllər də qeyd olundu ki, bir sıra iqtisadi amillərlə bağlıdır: “Hazırda daşınmaz əmlak bazarında çox böyük ajiotaj hökm sürür. İlkin mərhələdə 7 minə yaxın, sonra isə bir neçə dəfə bundan artıq vətəndaşın istər kirayə, istərəsə də alqı-satqı bazarına müraciəti gözlənilir. Çünki artıq istismar müddətini bitirmiş qəzalı binaların söküntüsünə və böyük bir tikinti prosesinə start verilib. Buna uyğun olaraq vətəndaşlara kompensasiya ayrılacaq ki, onlar həmin məbləğə digər yerlərdə əmlak əldə edə bilsinlər”.

V. Oruc vurğulayıb ki, kirayə bazarı ilə mənzillərin satış bazarı bir-biri ilə əlaqəlidir: “Əgər kirayə bazarında aktivlik müşahidə olunarsa, bu, sahibkarların marağını artıracaq. Onlar əmlak əldə etməyə daha çox cəhd göstərəcəklər ki, kirayə bazarına həmin əmlakı daxil edərək yaranan əlverişli vəziyyətdən mənfəət və gəlir əldə etmək üçün istifadə etsinlər.

Bundan əlavə, ali təhsil müəssisələrinin böyük qisminin Bakıda yerləşməsi tələbələrin buraya axınına səbəb olur və nəticədə kirayə mənzil bazarında canlanma yaranır. Yay dövründə və sentyabrda yeni tədris ilinin başlanmasına hazırlıq ərəfəsində istər kirayə mənzil bazarında, istərsə də əmlak satış bazarında mövsümi bahalaşma da ümumi qiymətlərə təsir göstərəcək”.

Yeni tikililər üzrə fantastik qiymətlər təklif olunur

Sədr qeyd edib ki, daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması tendensiyasının zərurət olması göz öndündədir: “Çünki cari ilin ilk 4 ayında daşınmaz əmlak bazarında qiymətlərdə 6-7% artımın baş verdiyini nəzərə alsaq, bu tendensiyanın yay dövründə və tədris müddətinin başlanacağı dövrədək davam edəcəyi gözləniləndir. İl ərzində proqnozlaşdırılan 15-20%-lik əmlak bahalaşmasının məhz təqribən 10%-i qarşıdakı aylara təsadüf edəcək. Hətta hesab edirəm ki, əsas bahalaşma dövrü sentyabra qədər olan hissəni əhatə edəcək.

Hazırda daşınmaz əmlak bazarında aylıq təbii olaraq təqribən 1-1,5% civarında qiymət artımı baş verir. Bunun da ən böyük payı məhz bünövrəsi qoyulmuş yeni tikililərlə bağlıdır. Həmin tikililər üzrə fantastik dərəcədə qiymətlər təklif olunur. Eyni ərazidə yerləşən köhnə tikililərlə müqayisədə yeni tikililərdə mənzillərin qiyməti 25-30% yüksəkdir. Çünki podratçılar və tikinti sahibkarları düşünürlər ki, daşınmaz əmlak artıq investisiya obyekti mənbəyi kimi çıxış etdiyindən və ən az riskli, eləcə də stabil gəlir gətirmə imkanı olduğundan yeni təklif olunan qiymətlər daha yüksək olmalıdır”.

V. Orucun sözlərinə görə, təklif olunan qiymətlərin yüksək olmasına təsir edən amillərdən biri də yeni tikililərin inşaasında müvafiq icra qurumları tərəfindən normativlərə əməl olunmasının ciddi şəkildə tələb edilməsidir: “Bu da sahibkara əvvəllər olduğu kimi, eskiz layihəsindən kənar sahələrin əlavə olunmasına, daha çox tikinti sahəsi inşa etməsinə imkan yaratmır. Yeni normativ qaydalara ciddi şəkildə tələb olduğuna görə sahibkar daha az kvadratmetr həcmində tikililər inşa edir və bu da qiymətlərə artırıcı təsir göstərir. Nəticədə bazara təklif olunana katlavanların satış qiyməti daha yüksək olur.

Həmçinin maliyyə hesabatlılığı və şəffaflığın müvafiq dövlət qurumları tərəfindən qorunması baş verdiyindən bütün tikinti şirkətləri əlavə dəyər vergisi ödəməyə məcbur olurlar və bu da rəsmi hesablaşma zərurətini meydana gətirir. Nəticədə xərclər daha da artır”.

Ötən il sahibkar bir kvadratmetr tikilidən təqribən 300 manat gəlir əldə etmək fikrində idisə, bu il artıq 400-450 manat qazanc götürməyi planlaşdırır.

“Digər tərəfdən, sahibkarlar dünyada baş verən qlobal inflyasiyanı nəzərə alaraq və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklərə müvafiq olaraq öz qarşılarına daha böyük mənfəət əldə etmək hədəfi qoyurlar. Məsələn, ötən il sahibkar bir kvadratmetr tikilidən təqribən 300 manat gəlir əldə etmək fikrində idisə, bu il artıq 400-450 manat qazanc götürməyi planlaşdırır. Bu da bir kvadratmetrin bazara təklif qiymətlərində artıma səbəb olur.

Bundan başqa, təbii artım da əmlak qiymətlərinə təsir edir. Yəni vətəndaşlarımızın sayı artdıqca torpağa tələbat artır və torpaq bahalaşır. Eyni zamanda təbii artım yeni yaşayış sahələri əldə etmək meyllərinə təsir göstərir ki, bu da tələbin və qiymətin artmasına gətirib çıxarır”, - deyə o fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin I rübündə tikinti-quraşdırma işlərində, o cümlədən yerüstü tikililər və yol və körpü tikintisi üzrə istehsalçı qiymət indeksləri 2024-cü ilin IV rübü ilə müqayisədə 100,6 faiz təşkil edib.

Ümumilikdə, ötən ilin IV rübü ilə müqayisədə 2025-ci ilin I rübündə yaşayış evləri üzrə qiymət indeksi 100,5 faizə bərabər olub. 2025-ci ilin I rübü üzrə bu göstərici isə 2024-cü ilin I rübünə nisbətən 101,3 faiz təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 May 2025 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri