Icma.az
close
up
RU
Ekspert: Aİ nin yaxın gələcəkdə Ukraynaya sülhməramlı göndərməsi real görünmür

Ekspert: Aİ nin yaxın gələcəkdə Ukraynaya sülhməramlı göndərməsi real görünmür

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüseldə jurnalistlərə açıqlamasında bildirib ki, birincisi, sülh olmalıdır və Putin hələ kisülh istəmir.

Kallas qeyd edib ki, bizim Ukraynada sülhməramlı missiyamız ola bilməz. Lakin, Ukraynaya veriləcək təhlükəsizlik təminatları barədə müzakirələr davam edir. 



Hərbi ekspert Emil Həsənli “Sherg.az”a söyləyib ki, Zelenski də Mixail Saakaşvilinin səhvlərini təkrar etdi:


“Gürcüstan da vaxtilə Amerikaya arxayın olaraq öz ərazisində əməliyyatlar keçirdi və nəticə etibarilə Rusiya Tiflisə qədər gəlib çıxmışdı. Gürcüstanın 2008-ci ildəki səhvini Zelenskinin yenidən təkrarlaması təəssüf hissi doğurur. Zelenski Amerika və Avropa liderlərinə arxayın olaraq  Rusiya ilə müharibəyə başladı. Amma zaman və Donald Trampın açıqlamaları göstərir ki, Amerika Ukraynanın arxasında durmur. Elə Bayden zamanında da Amerika kifayər qədər Ukraynaya dəstək göstərmədi və yardımlar 6 ay geçikdirildi. Sadəcə olaraq kiçik özünü müdafiə silahları verildi. Amerika  Ukraynaya lazımi raketləri göndərmədi və dəstəyi ləngitdi. Bu göstərir ki, hansısa ölkənin başqalarına arxalanaraq savaşa başlaması bəşər tarixində faciələrlə nəticələnib. Artıq 10 milyona yaxın Ukrayna vətəndaşı ölkəni tərk edib, yüzminlərlə şəxs dünyasını dəyişib və xeyli insan yaralanıb. Hazırda Amerika Ukraynanaya yardımları dayandırır, Avropa Birliyi isə bununla bağlı müzakirələr aparır. İngiltərə, Fransa və Almaniya isə Ukraynaya yardımı davam etdirmək niyyətindədir. Ancaq Fevralın sonunda Səudiyyə Ərəbistanındakı Tramp-Putin danışıqlarından və son görüşmələrdən sonra hər şey bəlli olacaq. Bunların heç birinin isə Ukraynaya xeyri yoxdur. Avropa İttifaqının Ukraynaya sülhməramlı göndərməsi yaxın gələcəkdə real görünmür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri