Ekspert Azərbaycanda süni intellektin tezliklə məhv edəcəyi peşələri açıqladı
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Texnologiyanın sürətli inkişafı, süni intellektin yayılması və avtomatlaşdırmanın genişlənməsi əmək bazarında böyük dəyişiklik yaradır. Bu gün minlərlə insanın çalışdığı bəzi peşələrin yaxın illərdə ya tam yox olacağı, ya da ciddi şəkildə azalacağı proqnozlaşdırılır. Artıq bir çox sahədə insan əməyini proqramlar, robot sistemlər və süni intellekt əvəz etməyə başlayıb. Xüsusilə təkrarlanan və standart əməliyyatlara əsaslanan işlər risk altında hesab olunur.
Bu barədə Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib ki, ən çox təhlükə altında olan peşələr avtomatlaşdırıla bilən sahələrdir:
“Bunlara mühasibatlıq, məlumatların daxil edilməsi, məlumatların analizi və oxşar işlər daxildir. Yəni bunlar artıq robotların və süni intellekt sistemlərinin yerinə yetirə biləcəyi işlər hesab olunur. Məsələn, hətta çobanlıq peşəsi belə müəyyən mənada təhlükə altındadır. Cənab Bəxtiyar Qasımov qeyd etmişdi ki, çobanlıq həmişə qalacaq. Amma reallıq göstərir ki, artıq bu sahədə də texnologiya insan əməyini əvəz etməyə başlayıb. Məsələn, Amerikada böyük sürülərə rast gəlmək mümkündür, lakin həmin sürülərin başında çoban olmur. Əvvəllər bu məsələ tel hörgülərlə tənzimlənirdi. Yəni heyvanlar müəyyən bir ərazidə saxlanılırdı və oradan kənara çıxa bilmirdilər. İndi isə daha fərqli texnologiyalar tətbiq olunur. Heyvanların üzərinə xüsusi cihazlar yerləşdirilir və onların hərəkəti rəqəmsal şəkildə izlənilir. Müəyyən edilmiş ərazidən kənara çıxdıqda heyvana avtomatik siqnal göndərilir. Həmin siqnal heyvanı narahat etdiyi üçün o geri qayıdır. Beləliklə, heyvan çox qısa müddətdə hansı ərazidə qalmalı olduğunu öyrənir”.
O qeyd edib ki, ümumiyyətlə, fiziki əmək tələb edən bir çox peşələr artıq tədricən insanların əlindən çıxaraq robotlara və kompüter sistemlərinə ötürülür:
“Bununla yanaşı, insana məxsus xüsusiyyətlərlə bağlı peşələrin hələlik daha dayanıqlı qaldığını görürük. Empatiya, qayğı, dürüstlük, sevgi kimi xüsusiyyətlər insan təbiətinə aid xüsusiyyətlərdir və bu xüsusiyyətlərə əsaslanan sahələr hələ də insan faktoruna ehtiyac duyur. Məhz buna görə terapiya, kouçluq, mentorluq kimi peşələr hazırda daha çox insanın üzərində qalır. Amma heç kim zəmanət verə bilməz ki, gələcəkdə bu sahələr də dəyişməyəcək. Texnologiyanın hansı sürətlə inkişaf etdiyini nəzərə alsaq, bunun nə vaxt baş verəcəyini dəqiq söyləmək mümkün deyil. Hətta son günlərdə göstərirdilər ki, artıq elə avtomatlaşdırılmış sistemlər hazırlanıb ki, insan xüsusi qurğunun içinə daxil olur və sistem onun saçını istədiyi formada kəsib hazır vəziyyətə gətirir. Bu da onu göstərir ki, demək olar, bütün peşələr müəyyən risk altındadır. Əsas məsələ dəyişikliklərə hazır olmaqdır. İnsanlar yeni biliklər və bacarıqlar öyrənməyə açıq olmalıdırlar. Əks halda, texnologiyanın sürətli inkişafı fonunda bir çox insan işini itirmək riski ilə qarşılaşa bilər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Süni intellektin hədəfində olan peşələri açıqladı
20 Aprel 2025 09:46
Süni intellektin canlı müəllimi əvəz edəcəyi fikri absurddur Ekspert
04 Aprel 2025 16:10
“Microsoft” süni intellektin təhlükə yaratdığı peşələri açıqladı
01 Avqust 2025 15:00
Azərbaycanda bu yanacaq ucuzlaşır? Ekspert açıqladı
17 Fevral 2025 13:31
Azərbaycanda turizm niyə geriləyir? Ekspert açıqladı
09 İyul 2026 04:16
Baxış sayı:156
Bu xəbər 18 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları