Icma.az
close
up
RU
Ekspert: Azərbaycanın D8ə üzvlüyü İslam həmrəyliyinin göstəricisidir AZƏRTAC

Ekspert: Azərbaycanın D8ə üzvlüyü İslam həmrəyliyinin göstəricisidir AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan 2024-cü ilə növbəti diplomatik uğuru ilə yekun vurdu. Belə ki, dekabrın 19-da inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Misirin paytaxtı Qahirədə keçirilən XI Sammitində Azərbaycan yekdilliklə bu təşkilatın üzvü seçildi. Bu qərar təşkilatın yaradıldığı 1997-ci ildən etibarən ilk dəfə olaraq genişlənməsi baxımından tarixi səciyyə daşıdı. Azərbaycan təşkilatın doqquzuncu üzvü olmaqla, beynəlxalq arenada mövqeyini və qlobal əməkdaşlıq sahəsindəki əhəmiyyətini bir daha təsdiqləmiş oldu.

Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadənin “Azərbaycanın D-8-ə üzvlüyü İslam həmrəyliyinin göstəricisidir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İslam Səkkizliyi (D-8) təşkilatı dünya əhalisinin 13 faizini təşkil edən və birgə ÜDM-i 4 trilyon dollardan çox olan ölkələrdən ibarətdir. Bu təşkilat üç qitədə yerləşən və 1,2 milyarddan çox əhalisinin 60 faizi müsəlman olan ölkələri birləşdirir. Hazırda Misir D-8-in sədri olaraq builki sammiti təşkil edib və rəhbərliyi növbəti ilin sonuna qədər davam etdirəcək. Təşkilatın üzv ölkələri arasında Türkiyə, Misir, Banqladeş, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan yer alır.

D-8 təşkilatının məqsədi inkişaf etməkdə olan ölkələrin beynəlxalq səviyyədə qərarların qəbulunda iştirakını artırmaq, daha yaxşı həyat standartlarına nail olmaq və qlobal iqtisadiyyatda bu ölkələrin mövqeyini gücləndirməkdir. Eyni zamanda, təşkilat ticarət əlaqələrində yeni imkanlar yaratmaq məqsədini daşıyır. 2024-cü ilin XI Sammitinin mövzusu "Gənclərə sərmayə yatırmaq, kiçik və orta sahibkarlığı dəstəkləmək: sabahın iqtisadiyyatını qurmaq" kimi müəyyən edilmişdi.

Təşkilatın məqsədini nəzərə alaraq, bu üzvlüyün həm Azərbaycan, həm də təşkilat üçün bir sıra əlavə imkanlar yaradacağını söyləmək olar. Azərbaycan üçün bu üzvlük iqtisadi və ticari əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin və dayanıqlı inkişafın təşviqi, investisiya imkanlarının artırılması baxımından önəmlidir. Bu, həmçinin hazırda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma işlərinə yeni investisiyaların cəlb edilməsi baxımından mühüm addımdır.

Üzvlük D8 üçün də mühüm strateji və iqtisadi imkanlar yaradır. Bununla təşkilat Cənubi Qafqaz kimi mühüm regiona daxil olur. Azərbaycanın Xəzər dənizi sahilində, şərqlə qərbi birləşdirən mühüm regionda yerləşməsi, eyni zamanda, İslam dünyası ilə Türk dünyası arasında körpü rolunu oynaması böyük strateji üstünlükdür. Bu, tranzit əlaqələrinin qurulması, ticarət dövriyyəsinin inkişaf etdirilməsi baxımından önəm daşıyır. Beləliklə, hər iki tərəf geniş əlaqə imkanları qazanır. Bu, təşkilatın güclənməsi və iqtisadi potensialının artması baxımından əhəmiyyətlidir.

Təsadüfi deyil ki, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycanın bu təşkilata üzv olması münasibətilə təbriklərini çatdırarkən vurğulayıb: “Şübhəsiz, Azərbaycanın D-8 təşkilatına üzvlüyü müzakirələrin və birgə işlərin zənginləşdirilməsinə töhfə, ölkələr arasında münasibətlərə yeni təkan verəcək”.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XI Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə Misir Prezidentinə ünvanladığı təbrik məktubunda qeyd edib ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatının ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etməsi Azərbaycana beynəlxalq etimadın göstəricisidir və bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir. Dövlətimizin başçısının məktubunda “Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür”, - deyə qeyd olunması qarşılıqlı əlaqələrə verilən dəyərin təcəssümüdür.

Azərbaycanın təşkilata üzv seçilməsi həm də İslam həmrəyliyinin bariz göstəricisidir. Nəzərə alsaq ki, Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən birini İslam həmrəyliyi təşkil edir, ölkə bu istiqamətdəki səylərini daha da gücləndirərək, İslam dünyasında sülh, stabillik və əməkdaşlıq prinsiplərinin təşviqində davam edir. Qeyd etməyə dəyər ki, Azərbaycan hökuməti bu ay Suriyada hökumət dəyişikliyindən sonra humanitar böhranın həlli üçün Türkiyə ilə birlikdə fəaliyyət göstərəcəyini bəyan edib. Eyni zamanda, ötən ilin oktyabr ayından etibarən Qəzzada davam edən böhran səbəbi ilə Azərbaycan bir neçə dəfə bölgəyə humanitar yardım göndərib.

Azərbaycanın həm Suriyada, həm də Qəzzadakı humanitar fəaliyyətləri ölkənin regional və beynəlxalq miqyasda humanitar böhranlara qarşı mübarizədəki fəal mövqeyini nümayiş etdirir. Bu cür təşəbbüslər Azərbaycanın regional münaqişələrdə konstruktiv və dinc yanaşmalarla iştirakını, həm Türk dünyası, həm də İslam ölkələri ilə birlikdə münaqişə bölgələrində sülhün bərpasına çalışdığını təsdiqləyir.

Azərbaycanın D-8 təşkilatına üzv olması ölkəmizə beynəlxalq etimadı və onun regional əməkdaşlıq sahəsindəki mövqeyini gücləndirir. Bu üzvlük Azərbaycanın regional və beynəlxalq layihələrdə iştirakını artıraraq, onu etibarlı tərəfdaş kimi təsdiqləyir. Eyni zamanda, D-8 ölkələri ilə möhkəm əlaqələrin qurulması Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməklə, onun qlobal və regional miqyasda iqtisadi rolunu artırır. D-8 çərçivəsində əməkdaşlığın dərinləşməsi yeni imkanların yaranmasına, xüsusilə Azərbaycan və D-8 üzv ölkələri arasında iqtisadi və siyasi sahələrdə daha sıx əlaqələrin qurulmasına şərait yaradacaqdır. Azərbaycan-Misir münasibətlərinin möhkəmlənməsi və birgə fəaliyyətin güclənməsi, həmçinin beynəlxalq strukturlar çərçivəsində əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq. Şübhə yoxdur ki, Azərbaycan D-8-in təməl prinsiplərinin qorunması və təşkilat çərçivəsində əməkdaşlığın inkişafı istiqamətində birgə səylərin səfərbər olunmasına öz önəmli töhfəsini verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri