Icma.az
close
up
RU
Azərbaycanın D8ə üzvlüyü təşkilatı daha da möhkəmləndirəcək TƏHLİL

Azərbaycanın D8ə üzvlüyü təşkilatı daha da möhkəmləndirəcək TƏHLİL

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan bu gündən etibarən D-8 təşkilatına üzv qəbul edilib. Bu, Azərbaycan üçün geniş perspektivlər vəd edir. Bu həm də D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsikimi əlamətdardır.

D-8 üç qitəni əhatə edir. 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir. Eyni zamanda, 130 milyard ticarət dövriyyəsi həyata keçirir, üzv ölkələrin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edir. Bu isə həm də o deməkdir ki, D-8 böyük iqtisadi potensiala malikdir.

Qeyd edək ki, Prezident İlham Əliyev ilk dəfə olaraq fəxri qonaq qismində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib.

Perspektivlərə gəlincə, onlardan birincisi iqtisadiyyatın diversifikasiyadıdır. D-8 ölkələri bu sahədə birgə fəaliyyət göstərərək, xammal əsaslı məhsullardan asılılığı azalda, istehsalat, texnologiya və xidmət sahələrinə yönəlmək imkanı əldə edir.

Bazar potensialı. D-8 ölkələrində yaşayan əhalinin ümumi sayı 1 milyarddan çoxdur. Bu isə əlbəttə ki, onların qarşısında geniş bazar potensialının açılmasına imkan verəcək. Həmin ölkələr istehsal etdiyi məhsulları dünya bazarına çıxarmaqla, kapitallarını əhəmiyyətli şəkildə artırmaq imkanı qazanır.

Rəqəmsal iqtisadiyyat və kommersiya. Bu sahədə transformasiyanın sürətləndiyi bir vaxtda haqqında bəhs olunan təşkilatın üzvləri elektron kommersiya və texnologiyalar sahəsinin yaratdığı imkanları geniş şəkildə araşdıraraq, həm əlavə gəlir cəlb edə, həm də bu sahədə təcrübə mübadiləsini həyata keçirmək imkanına malikdirlər.

Enerji infrastrukturu. Digər ölkələrlə əməkdaşlıq D-8 üzvü olan dövlətlər üçün prioritet təşkil edir. Ümumilikdə quruma üzv olan bir sıra ölkələrin bərpa olunan enerji sahəsində geniş potensialı var.

D-8 ilk növbədə fundamental siyasi elementlərdən olan münaqişələr əvəzinə sülh prinsipini başlıca məqsəd kimi müəyyənləşdirir. Qurumun önəmli prinsipi olan “mübahisələr əvəzinə sülh” prinsipi üzv ölkələr və onların həyata keçirdiyi regional-qlobal siyasətlə düz mütənasiblik təşkil edir. Yəni, dünyanın demək olar ki, bütün hegemon dövlətlərindən fərqli olaraq D-8 ölkələri siyasi məcradakı hətta ən kəskin fikir ayrılıqlarının və mövqe müxtəlifliyinin belə dialoq, danışıqlar və müzakirələr yolu ilə həllinə açıq və aktiv dəstək verir.

“İstismar əvəzinə kooperasiyalar” prinsipi də böyük önəm kəsb edir. Hər halda siyasətin böyük bir oyun olduğunu nəzərə alsaq, bu oyunun qaydalarına zidd olaraq D-8 üzv ölkələrin geriləməsini və yalnız hegemonların inkişafını istəmir. Onun əsas məqsədi üzvlərin malik olduğu iqtisadi imkanlardan birgə və səmərəli istifadənin təmin olunmasıdır, özü də əməkdaşlıq şəraitində, birgə, vasitəçisiz.

D-8 təşkilatı istismarı qəti şəkildə rədd edir, ölkələr arasında dərin siyasi-iqtisadi əməkdaşlığın qurulmasını dəstəkləyir. Onun məqsəd və məramı əsasən sıx əməkdaşlığın və ya ortaqlığın qurulmasınndan ibarətdir. D-8 ölkələrin bir-birinin malik olduğu resurslardan əməkdaşlıq çərçivəsində faydalanmağın tərəfdarıdır. D-8-in bu məsələyə yanaşması isə bilavasitə hüquqi aktlarla tənzimlənir və istismarı qəti şəkildə rədd edir.

Dünya miqyasında zülm əvəzinə demokratiya, diskriminasiya deyil, məhz hüquqi bərabərlik prinsiplərini rəhbər tutan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri “2020-2030 illər Yol Xəritəsi” sənədində əks olunub.

D-8-in qarşısındakı qlobal məqsədlərindən biri də üzv ölkələr arasında ticarət sahəsindəki əngəllərin aradan qaldırılması və birbaşa investisiyaların təşviqinə nail olmaqdan ibarətdir.

Bərpa olunan enerji mənbələrindən birgə istifadə sahəsində geniş imkanlara malik olan D-8 ölkələri bu sahədə əməkdaşlığı genişləndirsələr, bu onların digər mənbələrdən, xüsusilə tükənən enerji resurslarından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

Məqsədə çatmaq üçün iqtisadi inkişafa xidmət edən birgə təşəbbüslərin reallaşdırılması, hər ölkənin potensialına və gələcəyə əsaslanan iqtisadi layihələrin icrası, təcrübə mübadiləsi, daxili və xarici ticarətin inkişafı yolundakı maneələrin aradan qaldırılması, siyasi dialoqun təşviq edilməsi və genişlənməsi, texnoloji inkişafa xidmət edən innovativ layihələrin icrası, “yaşıl enerji” layihələrinin icrası proseslərinin dəstəklənməsi və rəqabət qabiliyyətinin artırılması kimi şərtlərin təmin olunması vacibdir.

D-8 ölkələrinin potensialının başlıca hərəkətverici qüvvəsi həm də onun əhalisidir. Məhz bu və yuxarıdakı faktorlar sözügedən beynəlxalq strukturun qlobal məcrada nüfuzunu daha da artırmağa və üzv ölkələrin güclü tərəflərindən istifadə edərək, çiçəklənmə üzrə ümumi məqsədə xidmət etməyə dəstək verəcək.

Beləliklə, əgər nəzərdə tutulan məqsədlər reallaşsa, D-8 inkişaf etməkdə olan digər ölkələr üçün əsl müsbət nümunə olacaq.

Bu yolda Azərbaycan da malik olduğu potensialla öz mühüm töhfələrini, sözsüz ki, əsirgəməyəcək. 19 dekabr 2024-cü il Azərbaycanın müstəqillik tarixində beynəlxalq diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalıb.

D-8 təşkilatına üzvlük Azərbaycanın növbəti diplomatik qələbəsidir.

Ölkəmizin D-8 üzvlüyü bir daha sübut edir ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir.

Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.

Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət və bir sıra digər vacib istiqamətlərdə əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

⁠Geosiyasi mövqeyi, geniş iqtisadi potensialı, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional mərkəzlərdən biri kimi seçilən Azərbaycanın üzvlüyünün təşkilatı daha da möhkəmləndirəcək.

Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.

APA Analytics

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri