Icma.az
close
up
RU
Ekspert: Bakı Metropoliteni nin yeni inkişaf mərhələsi başlayır

Ekspert: Bakı Metropoliteni nin yeni inkişaf mərhələsi başlayır

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Asiya İnkişaf Bankının "Bakı Metropoliteni"nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqləməsi müsbət xəbərdir



Asiya İnkişaf Bankı bu ilin martın 24-də “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqləyib. Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin məbləği 225 min ABŞ dolları məbləğində müəyyənləşdirilib. Bildirilib ki, layihənin məqsədi mövcud və qarşıdan gələn təfərrüatlı dizayn və digər sənədlərin nəzərdən keçirilməsi, sektor idarəçiliyini gücləndirmək üçün institusional dəyişikliklərin asanlaşdırılmasında layihənin icra potensialının gücləndirilməsi və AİB-in təminatları, satınalma və digər layihə tələbləri üzrə biliklərin əldə edilməsinə dəstək verməkdir. “Layihə dayanıqlı şəhər nəqliyyatını təkmilləşdirməyi hədəfləyən 2025-2029-cu illər üçün AİB-in Azərbaycan üzrə ölkə tərəfdaşlığı strategiyasında qeyd olunduğu kimi, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi üçün bilik mübadiləsi prioritetinə uyğundur. Bundan əlavə, texniki dəstək Böyük Bakı Yaşıl Nəqliyyat Proqramına yardımın əsas sahəsi ilə uyğunlaşdırılır”. O da qeyd edilir ki, AİB Asiya və Sakit okean regionunda davamlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. Mürəkkəb problemləri birlikdə həll etmək üçün üzvləri və tərəfdaşları ilə işləyərək, AİB həyatı dəyişdirmək, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətləri və strateji tərəfdaşlıqlardan istifadə edir.

Bəs AİB-nin “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqləməsi bizə - hər gün tıxaclarda stress, əsəb keçirən, ictimai nəqliyyatda, o cümlədən də metroda basabas və sıxlıqdan bezən vətəndaşlara nə vəd edir? 

Mütəxəssis rəyinə keçməzdən əvvəl mühüm bir məqamı qeyd etməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının sonunda nəqliyyat məsələlərinə həsr olunmuş geniş tərkibli müşavirə keçirdi. Müşavirədə həm ölkə miqyaslı, həm də Bakı və Bakıətrafı qəsəbələrin yol-nəqliyyat problemlərinə toxunuldu. Məlum oldu ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat problemi cənab Prezidenti narahat edir. Prezident qeyd etdi ki, nəqliyyat infrastrukturunu inkişafı müzakirə edilməlidir, buna ehtiyac var: “Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır”. Prezident tıxacların təbii səbəblərini qeyd etdi: “Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq”. Cənab Prezidentin paytaxt və ətraf qəsəbələrin yol-nəqliyyat infrastrukturunun inkişafına önəm verməsi, təbii ki, paytaxt sakinlərinin ürəyincədir. Metronun inkişafı, stansiyaların sayının artırılacağı xəbərlərini isə əhali xüsusi sevinclə qarşılayır. Çünki hazırda sərnişinlərin ən çox istifadə  etdiyi ictimai nəqliyyat növü məhz metrodur. Cənab Prezidentin metronun inkişafına  diqqət ayırması ictimai nəqliyyatın bu növünün gələcək perspektivindən xəbər verir. Mütəxəssislər də hesab edir ki, ictimai nəqliyyatdakı probemlərin, eləcə də tıxaclardan xilas olmağın yolu relsli nəqliyyatın inkişafına bağlıdır. 


Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Asiya İnkişaf Bankının “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqləməsi müsbət xəbərdir: 

seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri