Icma.az
close
up
RU
Ekspert: Bakıda “sonuncu mil” məsafələri üçün mikromobillik optimal vasitədir

Ekspert: Bakıda “sonuncu mil” məsafələri üçün mikromobillik optimal vasitədir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 yanvar, AZƏRTAC

Hər hansı bir infrastruktur layihəsi icra olunmazdan əvvəl “rəqəmsal əkiz” adlanan alətdən istifadə edilir. Bu alət müxtəlif mənbələrdən toplanan məlumatlar əsasında insanların mövcud hərəkət axınlarını təhlil edir və müəyyənləşdirir ki, hazırda Bakıda insanlar hansı nəqliyyat növlərindən istifadə edərək hansı məsafələri qət edirlər.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, prosesə şəhərətrafı elektrik qatarları, şəhər ətrafından Bakıya daxil olan fərdi nəqliyyat vasitələri daxildir və gündə təxminən 300 min avtomobil paytaxta daxil olur.

“Daha sonra şəhər daxilində hərəkət əsasən metro, avtobus, mikromobillik vasitələri və piyada nəqliyyatı ilə davam edir. Mikromobillik nisbətən yeni anlayış olsa da, artıq istifadəçi sayı kifayət qədər artıb. Gələcəkdə bu sistemə tramvay xətlərinin də əlavə olunması nəzərdə tutulur. Metro və dəmir yolu şəbəkəsi genişləndikcə, intensivlik artdıqca, 2030-cu ilə qədər nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində nəqliyyat balansında ciddi dəyişikliklər baş verəcək. Belə ki, mərhələli şəkildə fərdi nəqliyyat vasitələrindən istifadə edənlərin böyük hissəsinin ictimai nəqliyyata keçidi gözlənilir. Bu prosesdə mikromobillik xüsusi əhəmiyyət daşıyır. Çünki “sonuncu mil” adlanan, yəni 1–3 kilometr məsafələrin qət edilməsi üçün skuter, elektrik velosipedi və adi velosipedlər optimal vasitə hesab olunur. İlkin mərhələdə mikromobillik bir çoxları tərəfindən daha çox əyləncə və ya bulvar ərazisi ilə məhdud element kimi qəbul edilsə də, şəbəkə halını aldıqdan sonra bu yanaşma dəyişib və artıq birinci mərhələ üzrə əsas işlər tamamlanıb”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.

Ekspert əlavə edib ki, hazırda şəhərin şərq hissəsindən – “Gənclik” parkından başlayaraq 8 Noyabr prospekti boyunca mərkəzə və oradan da şəhərin qərbinə, Elmlər Akademiyası–Mətbuat prospekti istiqamətinə qədər hərəkət etmək mümkündür: “Bəzi xırda çatışmazlıqlar istisna olmaqla, bu marşrut üzrə lazımi infrastruktur yaradılıb. Xüsusilə şəhərin nüvə hissəsində istifadəçi sayının daha çox olması göstərir ki, imkan yaradıldıqca bu nəqliyyat növünə maraq da artır. Növbəti illərdə mövcud şəbəkənin hansı istiqamətlər üzrə genişləndiriləcəyi ilə bağlı ciddi təhlillər aparılır. Tələbə uyğun təkliflər formalaşdırılmaqla şəbəkə daha əlaqəli hala gətirilir, yeni ərazilər cəlb olunur və küçə-yol şəbəkəsi daxilində avtomobil yollarına alternativlər yaradılır. Bu yanaşma müasir dünya şəhərlərində qısa müddətdə effektiv nəticə verən əsas nəqliyyat alternativlərindən biri hesab olunur. Mikromobillik vasitələrinin istifadəsi ilə bağlı hüquqi-normativ baza artıq formalaşdırılıb. Həm bu vasitələrin təşkili standartlaşdırılıb, həm də onların hərəkəti ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilib və əlavə tədbirlərin görülməsi üçün hüquqi zəmin yaradılıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri