Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Sabitlik üçün sonuncu maneə

Sabitlik üçün sonuncu maneə

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Türkiyə postterror mərhələsinə hazırdır

Qardaş ölkə uzun illər regionun ən təhlükəli böhranlarından biri olan terror probleminin mərkəzində qaldı. Bu, yalnız ölkənin sərhədlərini yox, eyni zamanda, daxili siyasi mühitini də sarsıdırdı. Türkiyədə terror gündəlik həyatın bir hissəsinə çevrilmiş, şəhərlərdə partlayışlar, kəndlərdə silahlı hücumlar adi xəbərə dönmüşdü. Ən böyük zərbə dövlətin iqtisadi potensialına və sosial psixologiyasına vurulmuşdu. Trilyonlarla dollar dəyərində sərvət silahlanmaya, əməliyyatlara, daxili təhlükəsizlik strukturlarının genişləndirilməsinə yönəlmişdi. İndi isə tarixi dönüş anı yaşanır: “terrorsuz Türkiyə” perspektivi dövlətin qarşısında real və icra oluna bilən məqsəd kimi dayanır. Bu, həm daxildə dərin struktur islahatlarını stimullaşdırır, həm də beynəlxalq münasibətlər sistemində Ankaraya yeni mövqe qazandırır.

Prezident Rəcəb Tayyib Ərdoğan ­oktyabrın 1-də parlamentin 28-ci çağırış payız sessiyasının açılışında Türkiyənin terrorla mübarizədə həlledici mərhələyə qədəm qoyduğunu bəyan etdi. Onun fikrincə, PKK-nın özünü buraxmaq barədə verdiyi siqnal və silahların simvolik şəkildə məhv olunması artıq uzun illərin müharibə səhifəsini bağlamağa imkan yaradır. Ərdoğan konkret rəqəmlərlə danışaraq bildirdi ki, 1984-cü ildən bəri davam edən terror dalğası 40 mindən çox insanın həyatına son qoyub, 2 trilyon ABŞ dolları həcmində iqtisadi resursu udub. Bu statistik göstəricilər prosesin dövlətin siyasi və iqtisadi sisteminə yüklədiyi ağırlığı ortaya qoyur. Əslində, bu rəqəmlər təkcə Türkiyə üçün yox, beynəlxalq ictimaiyyət üçün də dərsdir: terror dövlətin inkişaf yolunu onilliklərlə geri ata bilir.

Terror təhlükəsinin zəifləməsi Türkiyədə siyasi sistemin dəyişməsinə gətirib çıxara bilər. Hakimiyyətin “ortaq təhlükəsizlik” konsepsiyası müxalifət partiyalarını da yeni şərtlərə uyğun mövqe tutmağa məcbur edir. Əvvəllər barışmaz ritorika üzərində qurulmuş siyasi mübahisələr bu gün getdikcə sosial-iqtisadi məsələlərə yönəlir. Mövcud proses cəmiyyətin uzun müddətdir gözlədiyi konsensus mühitinin formalaşmasına şərait yaradır. İctimai rəy artıq yeni dövrün gündəliyini tələb edir: sosial proqramların genişləndirilməsi, təhsil sistemində islahatlar, yüksək texnologiyaların inkişafına yönəlik dövlət dəstəyi. Onillərlə hərbi xərclərə sərf olunan milyardların indi sosial rifah layihələrinə istiqamətləndirilməsi ölkə daxilində yeni legitimlik bazası yaradır. Bu, bütün siyasi spektr üçün ortaq ideya rolunu oynaya bilər.

Türkiyənin beynəlxalq arenadakı mövqeyi də dəyişir. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilində Ankara uzun illər “təhdid altında olan tərəfdaş” kimi qəbul edilirdi. İndi isə vəziyyət tamamilə fərqlidir. Türkiyə alyansın “təhlükəsizlik istehsalçısı” statusuna yüksəlir. Suriyanın şimalında həyata keçirilən antiterror əməliyyatları və əldə olunan nəticələr NATO üçün konkret model rolunu oynayır. Ənənəvi olaraq Vaşinqton və Brüsselin gözündə Türkiyə həmişə müdafiə mövqeyində göstərilirdisə, indi Ankara təhlükəsizlik sisteminin qarantı kimi qəbul olunur. Bu, həm də Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində əlavə diplomatik üstünlük yaradır.

Moskva və Ankara arasındakı münasibətlərdə də yeni mərhələ başlaya bilər. Uzun illər iki ölkənin gündəliyində Suriya məsələsi bir nömrəli mövzu idi. Türkiyə sərhədlərindən kənarda terror qruplaşmalarının formalaşmasına imkan verməyərək Rusiya ilə müəyyən təhlükəsizlik anlaşmalarının icrasını asanlaşdırırdı. İndi isə terror təhlükəsinin zəifləməsi Ankaraya Moskva ilə münasibətləri daha çox enerji, ticarət və regional layihələr üzərində qurmaq imkanı verir. Bu, həm də bölgədə yeni balans formalaşdırır: hərbi mövzular iqtisadi gündəliyin arxasında qalır.

Balkanlardan Qafqaza qədər uzanan geniş coğrafiyada Türkiyə terror sonrası dövrdə daha aktiv oyunçuya çevrilmək niyyətindədir. Orta Dəhliz layihəsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya təşəbbüsləri və enerji kəmərlərinin idarəsi Ankaranı regionun iqtisadi “lokomotivi” statusuna gətirir. Xüsusilə Cənubi Qafqazda Azərbaycanla strateji tərəfdaşlıq, Mərkəzi Asiyada Türkmənistan və Qazaxıstanla enerji əməkdaşlığı Türkiyənin nüfuz dairəsini daha da genişləndirir. Bu amillər “terrorsuz Türkiyə” konsepsiyasını yalnız daxili siyasi dəyişiklik deyil, həm də beynəlxalq güc mərkəzi statusunun bərpası kimi təqdim edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada “dejavü ssenarisi”nin qarşısının alınması ilə bağlı xəbərdarlığı da diqqətəlayiqdir. Ankara açıq şəkildə bildirir ki, bölgədə yeni separatizm cəhdlərinə imkan verilməyəcək. Əvəzində türk, kürd və ərəb icmalarının ortaq yaşam modeli irəli sürülür. Bu, regionda uzunmüddətli sabitliyin alternativ formuludur və Ankaraya həm İran, həm də ərəb dövlətləri qarşısında əlavə siyasi kapital qazandırır. Əgər bu konsepsiya uğurla reallaşdırılarsa, Türkiyə Yaxın Şərqdə multietnik sabitlik modelinin əsas müəllifinə çevriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışının sonunda “terrorsuz Türkiyə” hədəfinin reallaşmasının ölkənin inkişafında yeni sıçrayışa səbəb olacağını qeyd etdi. Nəticədə bu, NATO, ABŞ, Rusiya və Avropa İttifaqı ilə münasibətlərdə əlavə üstünlüklər qazandırır. Ən önəmlisi isə budur ki, Ankara artıq uzun illər müdafiə mövqeyində qalmış dövlət deyil, regional təhlükəsizliyi təmin edən güc mərkəzi kimi formalaşır. Bu güc mərkəzi həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə yeni balansların qurulmasına təsir göstərir və Türkiyəni XXI əsrin regional liderinə çevirir.

Toğrul İSMAYIL, 
Kahramanmaraş Sütçü İmam Universitetinin professoru

PKK-nın silahları buraxması və terror fəaliyyətindən imtina bəyanatı Türkiyənin onilliklərdir apardığı hərbi-siyasi mübarizədə həm simvolik, həm də operativ baxımdan mühüm dönüş nöqtəsidir. 2025-ci il may-iyul aylarında təşkilatın konqres qərarı və bəzi döyüşçülərin Şimali İraqda simvolik olaraq silahlarını yandırması həmin dönüşün praktiki ifadəsi kimi qiymətləndirilə bilər. 

Bununla belə, bu addımı dərhal “tarixi qələbə” kimi qiymətləndirmək doğru olmaz. Çünki davamlı sülh və sabitlik yalnız silahların atılması ilə məhdudlaşmır; prosesin uğuru yoxlanıla bilən tərk-silah mexanizmlərinin işləməsindən, möhkəm hüquqi-icraedici çərçivədən və geniş sosial-siyasi reinteqrasiya proqramlarının effektivliyindən asılıdır. Əks təqdirdə – silahların tam nəzarət altına alınmaması, reinteqrasiyanın maliyyə təminatının zəifliyi və ya cəza-sanksiya siyasətində ədalətsizliklərin davam etməsi halında əldə edilən nəticə yarımçıq qala bilər. Belə şəraitdə radikallaşmış kiçik qrupların yenidən zorakılıq kanalları açması ehtimalı güclənər.

Parlamentin həmrəylik və ictimai birlik məqsədli fəaliyyəti “terrorsuz Türkiyə” hədəfinin gerçəkləşməsində açar rol oynaya bilər. Çünki qanunvericilik orqanı tərk-silah və reinteqrasiya üçün tələb olunan hüquqi çərçivəni, xüsusi nəzarət mexanizmlərini və məhkəmə-prosessual qaydaları müəyyən edir. Prezident Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi kimi, parlament prosesin tamamlanmasında və demobilizasiyanın hüquqi əsaslarının yaradılmasında məsuliyyət daşıyır və bu, həm də hakimiyyətin addımlarına demokratik legitimlik verə bilər. 

Son bir ildə atılan addımların “tarixi əhəmiyyətli” kimi təqdim edilməsi Türkiyənin yalnız daxili təhlükəsizliyində deyil, regionda da siyasət formalaşdıran aktor kimi mövqeyini gücləndirməsi mesajını verir. Bu, Ankara üçün həm diplomatik kapitallaşdırma, həm də regional normativ müraciət nümunəsi yaratmaq imkanı deməkdir. Belə bir nəticə Türkiyənin Suriya və İraqdakı kürd hərəkatları üzərində təsir göstərmək və qonşu dövlətlərlə təhlükəsizlik əməkdaşlığını yenidən tənzimləmək üçün əlavə siyasi alət verir.

Tacir SADIQOV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16355

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see963

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see211

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see169

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see140

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see136

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see133

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see133

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see125

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see124

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri