Icma.az
close
up
RU
Ekspert: Bu qrupda təxminən 30 40% abituriyentin kənarda qalması ehtimalı var

Ekspert: Bu qrupda təxminən 30 40% abituriyentin kənarda qalması ehtimalı var

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Müsabiqə vəziyyətinə baxıldıqda isə, üçüncü qrup üzrə daha gərgin vəziyyət müşahidə oluna bilər


Keçid ballarında 5–10% arası azalma mümkündür


Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb.

APA xəbər verir ki, 86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.

Qeyd edək ki, ixtisas seçiminə avqustun 11-i start verilib.



Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirdi ki, 2024-cü illə müqayisədə bu il plan yerlərinin sayı təxminən 1300 yer artırılıb:


“Beləliklə, ümumilikdə plan yerlərinin sayı 60 minə yaxın olub. Plan yerlərinə sənəd verənlərin sayına nəzər saldıqda, bütün qruplar üzrə plan yerlərinin artması səbəbindən keçid ballarının müəyyən qədər aşağı düşəcəyi gözlənilir. Lakin bu azalma əhəmiyyətli dərəcədə olmayacaqdır. Müsabiqə vəziyyətinə baxıldıqda isə, üçüncü qrup üzrə daha gərgin vəziyyət müşahidə oluna bilər. Birinci və ikinci qrup üzrə isə plan yerlərinə sənəd verənlərin say nisbəti nəzərə alındıqda, düzgün ixtisas seçimi aparıldığı halda qəbul şanslarının daha yüksək olduğu qənaətinə gəlmək olar. Belə ki, birinci qrupda təxminən 24 min sənəd təqdim olunmuş, 20 minə yaxın plan yeri mövcuddur. İkinci qrupda isə 20 minə yaxın sənəd təqdim edilmiş, plan yerlərinin sayı isə 14-15 min civarındadır. Üçüncü qrupda isə 24 minə yaxın sənəd verildiyi halda, 15-16 min plan yeri mövcuddur ki, bu da təxminən 30–40% abituriyentin kənarda qalması ehtimalını artırır. Beşinci qrupda isə əvvəlki illə müqayisədə müsabiqə vəziyyətinin bir qədər gərginləşməsi mümkündür. Əvvəlki illərlə müqayisədə toplanmış bal aralıqlarına nəzər saldıqda, 650 baldan yuxarı nəticə göstərənlərin sayının azaldığı müşahidə olunur. Bu amil də göstərir ki, keçid ballarında müəyyən qədər enmə baş verə bilər".


Ekspert qeyd edib ki, proqnozlara əsasən, keçid ballarında 5–10% arası azalma mümkündür:

"Qeyd olunduğu kimi, abituriyentlər topladıqları bala uyğun ixtisas seçimi həyata keçirdikləri təqdirdə, onların qəbul şansları kifayət qədər yüksək olacaqdır. Ümumilikdə isə, 60 489 plan yerinə qarşı təxminən 84 min abituriyent sənəd təqdim edib. Bu baxımdan bəzi abituriyentlərin seçdikləri ixtisaslara qəbul olunacağı, eyni zamanda boş qalan yerlərin də olacağı və həmin yerlərə təkrar seçim aparılacağı gözlənilir. Nəticə etibarilə, əvvəlki illə müqayisədə birinci və ikinci qrup üzrə keçid ballarının müəyyən qədər enməsi, üçüncü qrup üzrə sabit qalması və bəzi ixtisaslarda yüksəlməsi, dördüncü qrup üzrə isə qismən artım müşahidə olunması ehtimal edilir. Ümumi olaraq, müraciət edən abituriyentlərin əhəmiyyətli bir hissəsinin seçdikləri universitetlərə qəbul olunaraq tələbə adını qazanacağı proqnozlaşdırılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri