Bu sahə də rəqabət şəraitindən kənarda qaldı” Ekspert
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Ölkədə dövlət tərəfindən aqrar sahədə ən çox dəstək görən, əkini-biçini və tədarükü stimullaşdırılan məhz taxıl istehsalı olub və olaraq da qalır. Effektivlik ona görə aşağıdır ki, bu sahə ilk gündən torpaqların və s. icarəyə cəmləşdirilməsi hesabına xırda təsərrüfatçıların əlindən çıxdı. Buğda əkini-biçini ilə iri fermer və yaxud da imkan sahibləri məşğul olmağa başladılar. Beləliklə də, bu sahə də rəqabət şəraitindən kənarda qaldı”.
Bunu iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a bildirib. Ekspert vurğulayıb ki, ölkədə aqrar sektorun inkişafı, müxtəlif illər üzrə ayrı-ayrı xüsusi proqramlar və regionların sosial-iqtisadi inkişaf sənədləri ilə idarə və müəyyən olunsa da artıq ortada ən genişmiqyaslı sayıla bilən müvafiq Dövlət Proqramı var. Sənəddə bütün hədəflər açıq şəkildə öz əksini tapıb:
“Aqrar sektorda da bütün hədəflərə gedən yol rəqabət amilinin təşkilindən keçir”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 İyun 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















