Icma.az
close
up
RU
Ekspert: Düşənbədə keçirilən görüş Rusiya ilə Azərbaycan arasında etimadın bərpasına yol açıb

Ekspert: Düşənbədə keçirilən görüş Rusiya ilə Azərbaycan arasında etimadın bərpasına yol açıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva, 13 oktyabr, AZƏRTAC

Rusiya-Azərbaycan münasibətlərindəki böhran çoxsaylı şayiələrə və şərhlərə səbəb olub. Gizli səbəblərdən - Zəngəzur dəhlizindən, hətta məxfi danışıqlardan söhbət gedirdi. Amma raketlərin Rusiyaya məxsus olduğunun etiraf edilməsi haqqında düzgün fikir ifadə edən kimi, hər şey səngidi.

AZƏRTAC xəbər verir ki, bu sözləri MDB üzrə ekspert Kiril Krivoşeyev Rusiya və Azərbaycan prezidentlərinin MDB sammiti çərçivəsində Düşənbədə keçirilən görüşünü şərh edərkən deyib.

O, Rusiyanın təyyarə insidentinə görə məsuliyyəti öz üzərinə götürməsinin mühüm addım olduğunu, amma bəyanatın “yumşaq” səsləndiyini bildirib: “Putin pilotsuz uçuş aparatlarını, daha sonra texniki nasazlığı, bunun ardından isə pilotların Mahaçqalaya enməmək qərarını vurğuladı. Amma əslində, Aktauda eniş qərarı düzgün idi. Bu, sərnişinlərin həyatını xilas etdi, çünki təyyarənin hidravlik sistemləri zədələnmişdi, Mahaçqala ətrafındakı dağ relyefi isə onun enişini qeyri-mümkün edirdi”, -deyə ekspert izah edib.

K.Krivoşeyev qeyd edib ki, faciənin səbəbləri çoxdan məlum idi, ancaq siyasi mülahizələr Moskvanın səhvini etiraf etməsinə mane olub. “Biz bu barədə hələ yaz aylarında bilirdik. Nə isə bizə mane olurdu - ola bilsin ki, etiraf anını düzgün siyasi kontekstdə qurmaq zərurəti olub. İndi görüş baş tutandan və Putin ilə Əliyev hər şeyi birbaşa müzakirə edəndən sonra deyəsən, yeni səhifə açılıb”, -deyə o əlavə edib.

Həlak olanların və xəsarət alanların ailələrinə təzminat tələblərinə münasibət bildirən Krivoşeyev qeyd edib ki, sığorta ödənişləri dövlətin məsuliyyəti deyil, şirkətlərin şəxsi işidir: “Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, kompensasiya sığorta ödənişi ola bilər. Amma bu, özəl "Alfa Sığorta" şirkətidir. Bu, dövlətin işi deyil. Ümid edirəm ki, kompensasiya təmin olunacaq, çünki bu, ədalət məsələsidir”.

Ekspertin fikrincə, hər iki tərəfdən yığılan emosiyalar səhvləri dərhal etiraf etməyə mane olub: “Əlbəttə, üzr istəmək lazımdır, amma yığılan emosiya yükü bunu daha tez etməyə mane oldu”.

K.Krivoşeyev Düşənbədəki görüşdən sonra iki ölkə arasında münasibətlərin ötən ilin sonundakı böhrandan əvvəlki səviyyəyə qayıdacağına ümid etdiyini bildirib. "Strateji layihələr üzrə əməkdaşlıq dayanmayıb. Rusiya İranda dəmir yolunun tikintisini davam etdirir, Azərbaycanla enerji və logistika sahəsində əməkdaşlıq edir. İnanmaq istərdim ki, Düşənbədəki görüşdən sonra hər şeyi yoluna qoymaq şansı var”, -deyə ekspert sözlərini yekunlaşdırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri