Icma.az
close
up
RU
Ekspert: Erkən nikahlar təhsilin yolunu bağlayır

Ekspert: Erkən nikahlar təhsilin yolunu bağlayır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Şimal və Cənub rayonlarında qızların təhsildən yayınması geniş yayılıb 



Azərbaycanda qız uşaqlarının təhsilinə dəstək və qadınların maariflənməsinin önəmi bir daha diqqət mərkəzindədir. Elm və təhsil naziri Emin Əmrullayev  “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində çıxışı zamanı qadınların təhsilinə yönələn səylərin davamlılığını vurğulayıb. Nazir bildirib ki, hələ də qızların və qadınların təhsilində həllini gözləyən məsələlər mövcuddur və bu istiqamətdə atılacaq addımlar gələcək nəsillərin savadlı və bacarıqlı olmasına birbaşa təsir göstərir: “Biz hələ bu yolun başlanğıcındayıq. Əhalinin təxminən yarısı qadınlardır və bu yarısını kənarda qoymaq, təhsilin yarısını kənarda qoymaq deməkdir. Aparılan araşdırmalar göstərir ki, ali təhsil almış anaların həm oxu, həm də bilik bacarıqları daha yüksək olur və onların övladlarının da savadlı olma ehtimalı artır”.

Nazir qeyd edib ki, dördüncü sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur: "Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır”. 

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə hesab edir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə və ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır. XXI əsrdə yaşadığımızı xatırladan hüquq müdafiəçisi “Şərq”ə açıqlamasında bildirib ki, qızlara yüksək təhsil almaq üçün imkan yaradılmalıdır: “Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik? Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi - ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”.

 N.Cəfəroğlu qeyd edib ki, cəmiyyət özü bu prosesi qınamalıdır. Cəmiyyət bilməlidir ki, erkən nikah, əslində, ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır: “Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır”.

 Hüquq müdafiəçisinin fikrincə, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən, cinayət məsuliyyəti daşımalıdır: “Valideynlər anlamalıdırlar ki, övladlarını təhsildən ayırmaqla, məcburən ərə verməklə onların hüquqlarını pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə tənzimlənməlidir. Ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır”.


Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında yuxarı sinifdə oxuyan qızların məktəbdən yayındırılmasını erkən yaşda nikaha daxil olmaları ilə əlaqələndirib. Onun sözlərinə görə, bəzi ailələrdə qızlar səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir:

seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri