Icma.az
close
up
RU
Erkən nikahlar bu faciəyə yol açır VİDEO

Erkən nikahlar bu faciəyə yol açır VİDEO

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Son illər ölkəmizdə erkən nikaha cəlb edilən qızların sayı artıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bir neçə gün öncə Zərdabda aidiyyəti qurumlar tərəfindən erkən evliliyin qarşısının alınması və ən əsası hələ də nikah yaşının 18 olmasından xəbərsiz insanların olması təəssüf doğurur. Lakin ziddiyyət yaradan məsələ də var. Cinayət Məcəlləsinin "Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər" barədə fəslində 16 yaşına çatmayanlara qarşı seksual xarakterli hərəkətlərə görə qanunla məsuliyyət hüququ yaranır.

O zaman belə çıxır ki, 18 yaşdan kiçik şəxslər rəsmi nikaha daxil ola bilməsələr də, 16 yaşı tamam olduqdan sonra əgər zorakılıq yoxdursa, cinsi münasibətə daxil ola bilərlər. Millət vəkili Müşfiq Cəfərov erkən yaşda cinsi münasibətlərin yaranmasının ailə institutunun dağılmasına gətirib çıxara biləcəyi qənaətindədir: "Hesab edirəm ki, nikah yaşından əvvəl birlikdə yaşamaq nə psixoloji, nə də sosial baxımdan doğru deyil. Bu həm gənclərin şəxsi inkişafına, həm də sağlam ailə institutuna mənfi təsir göstərə bilər".

Statistika göstərir ki, yetkinlik yaşına çatmamış abort etdirənlərin sayı ilbəil artır. 15-17 yaş qrupunda olan qadınlar arasında təkcə 2024-cü ildə 72, 2023 ildə isə 68 abort halı qeydə alınıb. 16 yaşda ana olanların sayı isə 218-dir. Ekspertlər bu vəziyyətin bir çox hallarda hüquqi boşluqdan qaynaqlandığını qeyd edirlər. Bildirilir ki, 16 yaşdan 18 yaşa qədər şəxsin öz istəyi ilə cinsi əlaqədə olması hüquqi məsuliyyət yaratmır. Bu da ciddi şəkildə bugünkü tablonu ortaya çıxarır. Yetkinlik yaşına çatmayan 16 yaşdan yuxarı şəxsə ailəsinin məcburiyyəti olmadan hansısa formada cinsi münasibət halı baş verirsə, ortada hüquqi problem olmur. Yəni hüquq burada cəzalandırmır. Amma digər tərəfdən azyaşlı bir uşaq ana olur. Bu da hüquqdakı əsas boşluqlardan biri hesab olunur.

Daha ətraflı Baku TV-nin sujetində:



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Sentyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri