Icma.az
close
up
RU
Ekspert: Ermənistan 5 10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək

Ekspert: Ermənistan 5 10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Ermənistan Azərbaycana qarşı silahlanır. Çünki Ermənistanın İran və ya Türkiyəyə qarşı silahlanması real deyil. Ən yaxşı halda Ermənistan bu ölkələrə 3 gün müqavimət göstərmək üçün silah ala bilər. Ermənistanın aldığı silahları Azərbaycana qarşıdır. Obyektivlik naminə deməliyik ki, Ermənistan ordusuna məxsus silahların ən azı 30 faizi 2020-ci il müharibəsi zamanı ya məhv edilib, ya da qənimət kimi Azərbaycan ordusunun əlinə keçib. İndi Ermənistan əsgəri silahsız qalıb. Əlbəttə, mən avtomatları deyil, tank, top, raket və digər ağır silahları nəzərdə tuturam”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə çıxışı zamanı ölkənin xarici borcunun 8 milyard dollara çatmasının əsas səbəblərindən biri kimi silah alınmasını göstərib.
Paşinyan bildirib: “Bizi qınayırlar ki, niyə borc 8 milyard dollara qədər artıb, bu vəsaitlərlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm - silah aldıq. Kredit vəsaitləri hesabına? Bəli, kredit vəsaitləri hesabına, çünki dərhal və çox silah lazım idi”.
A. İsazadənin sözlərinə görə, Ermənistan hazırda əsasən Fransa və Hindistandan silahlar alır. Rusiyadan da silahlar alınıb, lakin son illər Rusiyanın diqqəti Ukraynaya yönəlib və özünün silaha ehtiyacı artıb.
Ekspert qeyd edib: “Zənn etmirəm ki, 8 milyard dollarlıq borcun hamısı silaha xərclənib. Ukrayna müharibəsi başlayandan və Qərbin Rusiyaya qarşı sanksiyaları qüvvəyə mindikdən sonra Ermənistan Rusiya üçün əsas tranzit məntəqələrindən birinə çevrilib. Qızıl məmulatları, elektrotexnika və digər mallar Rusiyaya Ermənistan üzərindən daşınıb. Ermənistan bu əməliyyatlardan kifayət qədər gəlir əldə edib. Bu baxımdan borcun artması anlaşılmazdır, amma bu, Ermənistanın öz işidir”.
A. İsazadə əlavə edib ki, Azərbaycan da müdafiə qabiliyyətini gücləndirməyə davam edir:
“Elə son hərbi parad da bizim gücümüzü nümayiş etdirdi. Bu səbəbdən Ermənistanın Azərbaycanla müharibə aparmaq perspektivi yoxdur. Bununla belə, ehtimal edirəm ki, Ermənistan qarşıdakı 5-10 il ərzində silahlanmanı davam etdirəcək. Bu isə böyük iqtisadi potensialı olmayan ölkənin iqtisadiyyatını zəiflədə bilər”.
Nemət ORUCOV
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Noyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri