Icma.az
close
up
RU
Ermənistan razılaşdı 10 dəqiqə ərzində...

Ermənistan razılaşdı 10 dəqiqə ərzində...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm mərhələlərdən biri olan ATƏT-in Minsk qrupunun ləğvi məsələsi yenidən gündəmə gəlib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən tədbir zamanı bu məsələyə xüsusi diqqət çəkərək, sülh sazişinin imzalanması üçün Minsk qrupunun fəaliyyətinə rəsmi son qoyulmasının vacibliyini vurğulayıb.

Paralel olaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da öz çıxışında bu mövzuya toxunub. O, sülh sazişi və Minsk qrupunun ləğv sənədinin eyni gündə, cəmi 10 dəqiqəlik fasilə ilə imzalanmasını təklif edib.

Minsk qrupu sülh sazişi ilə eyni gündə ləğv edilə bilərmi? Hüquqi baxımdan bu, mümkündürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son açıqlaması daha çox ritorik xarakter daşıyır və real proseslərə təsir imkanına malik deyil:

“ATƏT-in Minsk qrupunun fəaliyyətinin tam şəkildə ləğvi prosesi yalnız Azərbaycan və Ermənistanın bu yöndə birgə müraciətindən asılıdır. Yəni əgər tərəflər ATƏT-ə rəsmi şəkildə müraciət etsələr, bu məsələ təşkilatın gündəminə çıxarıla bilər və prosedura uyğun olaraq müzakirələr başlanar. ATƏT-də bütün qərarlar yekdillik əsasında qəbul edildiyinə görə, bu, sadə və sürətli bir proses deyil. Belə bir qərarın qəbul edilməsi üçün müvafiq iclas keçirilməli, tərəflər arasında məsləhətləşmələr aparılmalı və yekun sənəd hazırlanmalıdır”.

Asif Nərimanlının fikrincə, Ermənistan bu mərhələdə sülh prosesində öz mövqelərini qorumağa çalışır:

Asif Nərimanlı

“Hazırda Ermənistan sülh müqaviləsini 17 maddə çərçivəsində imzalanması istiqamətində Azərbaycanla razılığa gəlməyə çalışır. Rəsmi İrəvan Bakının irəli sürdüyü digər əsas şərtləri – xüsusilə də Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi məsələlərini arxa plana keçirməyə və bu tələbləri gündəmdən salmağa çalışır. Halbuki Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 17 maddədən əlavə, Ermənistan sülhə nail olmaq üçün bu iki vacib şərti də yerinə yetirməlidir”.

Siyasi şərhçi qeyd edir ki, Ermənistan tərəfi beynəlxalq ictimaiyyətdə məqsədli şəkildə yanlış təsəvvür yaratmağa cəhd edir:

“Ermənistan sanki Minsk qrupunun ləğvi məsələsində heç bir problem görmürmüş kimi davranır və bu prosesin asanlıqla həll olunacağı təəssüratını yaratmağa çalışır. Mirzoyanın bu yöndə verdiyi açıqlamalar isə əslində ciddi siyasi mövqe deyil, sadəcə ictimai rəyi manipulyasiya etməyə hesablanmış ritorik ifadələrdir. Məqsəd beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı tələbləri barədə yanlış məlumatlandırmaq və prosesin yönünü dəyişdirməkdir. Hüquqi baxımdan da Ararat Mirzoyanın səsləndirdiyi kimi 10 dəqiqə ərzində Minsk qrupunun ləğvi mümkün deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri