Icma.az
close
up
RU
Ekspert ilk hansı müəllimlərin ixtisar ediləcəyini açıqladı

Ekspert ilk hansı müəllimlərin ixtisar ediləcəyini açıqladı

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda yüz altmış mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici yüz minin altında olub. 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, əgər bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən bir milyon olacaq. Bu da əlli minə yaxın müəllimin ixtisarı riskləri yaradır.
Təhsil üzrə ekspert Elçin Əfəndiyev Demokrat.az-a açıqlamasında deyib ki, növbəti tədris ilindən etibarən I sinifə gedəcək uşaqların sayı təbii artımdan dolayı azalacaq:
“Bu say 110-115 min aralığı proqnozlaşdırılır. 2031-ci ildə isə I sinifə gedəcək şagirdlərin sayı kəskin azalaraq 90-95 min aralığı proqnozlaşdırılır. 2025/2026-cı tədris ili üçün bu say 130 min idi. 10 il öncə bu say 150 min idi. Ötən il ölkədə dünyaya gələn uşaqların sayı 95 min 875 nəfər olmuşdu. Uzun müddətdir əhalinin demoqrafik göstəricilərinin aşağı düşməsi ilə bağlı müvafiq qurumlara çağırış edirəm ki, tədbirlər planı işlənib hazırlanmalıdır, müəyyən işlər görülməlidir. Bu gün artıq ali qanunverici orqanda məsul şəxs tərəfindən bu fikir artıq dilə gətirilir və hansısa tədbirlərin həyata keçirilməsi məsələsi müzakirəyə çıxarılır. Əlbəttə, belə qərar mütləq alınmalıdır”.
O bildirb ki, əhalinin demoqrafik vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülməlidir:
“Burada iki uşaqlı ailələrə hər hansı güzəştlərin tətbiqi və yaxud imtiyazların tanınması məsələsi diqqətə alınmalıdır. Belə bir vəziyyətin yaranmasının səbəbi, eyni zamanda əhalinin boşanma məsələsidir. Hər il evlənənlərin demək olar ki, yarı faizi, ailə həyatı quranların yarı faizindən çoxdur. Bu da əlbəttə ki, demoqrafik göstəricilərə ciddi təsir göstərir. Əks halda, bu vəziyyət hər bir sahəyə ciddi təsir göstərəcək. Məsələnin təhsil keyfiyyətinə gəldikdə isə burada ilk növbədə işini itirəcək müəllimlər məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirən müəllimlər olacaq. Daha sonra isə ibtidai sinif müəllimlərinin işsiz qalması ehtimalı var. Növbəti mərhələdə isə digər ixtisas müəllimlərinə də bu proses təsir göstərə bilər. Bu isə, təbii ki, xoşagələn hal deyil. Ona görə də həmin müəllimlər üçün yeganə çıxış yolu demoqrafik vəziyyətin yaxşılaşmasıdır. Əks halda bu problemin aradan qaldırılması üçün başqa real çıxış yolu görünmür”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Mart 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri