Icma.az
close
up
RU
Süni zəka müəllimlərin iş yükünü azaldacaq Ekspert

Süni zəka müəllimlərin iş yükünü azaldacaq Ekspert

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Elm və Təhsil Nazirliyi Bakı məktəblərində 300 müəllim üçün “Tədris prosesində Süni Zəka texnologiyaları” üzrə təlimlərə start verir. Məqsəd pedaqoqlara süni zəkanın dərslərdə tətbiqi ilə bağlı bacarıqlar qazandırmaqdır. Bəs süni intellektin dərslərdə tətbiqi şagirdlərin öyrənmə keyfiyyətinə hansı təsirləri göstərəcək?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Metbuat.az-a açıqlamasında bildirib ki, müəllimlərə süni intellektin öyrədilməsi dərs keyfiyyətini artıracaq:

“Süni intellektin təhsilə tətbiqi hazırda qlobal miqyasda ən çox müzakirə olunan mövzulardan biridir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addım isə olduqca müsbət və zamanın tələbinə uyğun qərardır. Müəllimlərə süni intellekt texnologiyalarının öyrədilməsi ilk növbədə dərs prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Süni intellekt fərdi yanaşmanı gücləndirir. Hər bir şagirdin öyrənmə sürəti, maraq dairəsi və çətinlikləri fərqlidir. Müəllim süni intellekt alətlərindən istifadə etməklə şagirdlərin fərdi ehtiyaclarını daha tez görə və dərhal uyğun resurs təqdim edə bilər. Bu, ənənəvi dərslərdə çətin olan, lakin texnologiyanın dəstəyi ilə daha əlçatan hala gələn bir imkandır. Digər tərəfdən, süni intellekt müəllimlər üçün iş yükünü azaldacaq. Qiymətləndirmə, testlərin yoxlanılması, dərs planlarının hazırlanması və əlavə tədris materiallarının yaradılması kimi işləri texnologiyanın üzərinə yönləndirmək mümkündür. Bu isə müəllimlərin şagirdlərlə canlı ünsiyyətə və tərbiyəvi fəaliyyətə daha çox vaxt ayırmasına şərait yaradacaq”.

Ekspertin sözlərinə görə, şagirdlər üçün süni intellekt həm də motivasiyaedici vasitə ola bilər:

“İnteraktiv dərs modelləri, oyunlaşdırılmış testlər və fərdi tapşırıqlar öyrənmə prosesini daha maraqlı edəcək. Ən önəmlisi isə süni intellekt uşaqlara müasir əmək bazarında tələb olunan bacarıqları analitik düşünmə, texnologiyadan səmərəli istifadə və yaradıcı yanaşmanı daha erkən yaşlardan formalaşdırmağa kömək edəcək. Təbii ki, bütün bu imkanlarla yanaşı, etik və pedaqoji çərçivələrin qorunması vacibdir. Süni intellekt müəllimi əvəz etməməli, onun işini tamamlamalıdır. Dövlətin həyata keçirdiyi bu tip təlimlər də məhz həmin balansın qorunmasına xidmət edir. Müəllimlər texnologiyanı öyrənməklə yanaşı, onu pedaqoji prinsiplərə uyğun tətbiq etməyi də bacarırlar”.

Ekspert bildirib ki, süni intellektin dərslərdə tətbiqi ümumilikdə təhsil sistemimizin beynəlxalq standartlara yaxınlaşmasına töhfə verəcək.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Sentyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri