Icma.az
close
up
RU
Ekspert: İmtahan prosesində kağız formatından uzaqlaşmalıyıq

Ekspert: İmtahan prosesində kağız formatından uzaqlaşmalıyıq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 yanvar, AZƏRTAC

Hazırda dünyada bütün sistemlər rəqəmsal formaya keçid edir. Hətta süni intellektin və yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə kağız formatında imtahanların keçirilməsi artıq o qədər də müsbət qarşılanmır. Hesab edirəm ki, ölkəmizdə də rəqəmsallaşmaya doğru addımlamaq çox yaxşı təşəbbüsdür. Yaxın gələcəkdə qəbul imtahanlarının elektron, yəni rəqəmsallaşdırılmış formada tətbiqinin nəzərdə tutulduğu da açıqlanıb. Əgər qəbul imtahanları rəqəmsal formatda keçiriləcəksə və abituriyentlər elektron formada qəbul imtahanlarda iştirak edəcəklərsə, hesab edirəm ki, orta ümumtəhsil məktəblərində də imtahanlar bu formata uyğun şəkildə təşkil olunmalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, orta məktəbdə təhsil alan şagirdlər Dövlət İmtahan Mərkəzinin imtahan sisteminə uyğunlaşmaları üçün əvvəlcədən rəqəmsal formatda keçirilən imtahanlarla yaxından tanış olmalıdırlar: “Fikrimcə, burada böyük summativ qiymətləndirmə (BSQ) imtahanlarının rəqəmsal formada keçirilməsinin daha böyük təsiri olacaq. Buna görə də imtahanların rəqəmsal formatda təşkili yaxşı olardı. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə müəyyən təcrübəsi mövcuddur. Bildiyiniz kimi, müəllimlərin işə qəbulu imtahanları elektron formada keçirilir.

Summativ qiymətləndirmə imtahanlarına gəldikdə, ümumtəhsil məktəblərində şagird sayının çoxluğu səbəbindən bu prosesi birdən-birə bütün məktəblərdə tətbiq etmək müəyyən çətinliklər yarada bilər. Ona görə də proses mərhələli şəkildə həyata keçirilməlidir. Əlbəttə, ilkin mərhələdə hər bir imtahanda müəyyən çətinliklər, problemlər yarana bilər. Amma zamanla bu problemlərin aradan qalxacağına və sistemin daha da təkmilləşəcəyinə inanıram”.

Ramin Nurəliyev qeyd edib ki, artıq kağız formatından uzaqlaşmalıyıq. Çünki bütün dünya elektron sistemlərə, süni intellektə və yüksək texnologiyalara əsaslanan modellərə keçid edir. “Hətta bəzi ölkələrdə qəbul imtahanları distant və hibrid formatda keçirilir. Biz niyə bunu etməyək? Artıq buna doğru yaxınlaşırıq və demək olar ki, bu proses yaxın gələcəkdə başlayacaq. Hətta müəyyən mərhələlər üzrə artıq başlanıldığını da söyləmək olar. Hesab edirəm ki, böyük imtahanlarda və geniş auditoriyalarda bu sistemə keçməyin vaxtıdır. Qəbul imtahanlarının, eləcə də orta ümumtəhsil məktəblərində keçirilən summativ qiymətləndirmə imtahanlarının elektron formada təşkili çox müsbət və müasir təşəbbüsdür. Düşünürəm ki, bu istiqamətdə mövcud olan müəyyən çatışmazlıqlar zamanla öz həllini tapacaq və sistem daha da təkmilləşəcək”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri