Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Ekspert: İmtahan sistemi vaxt itkisinə yönəlib, bilik yox

Ekspert: İmtahan sistemi vaxt itkisinə yönəlib, bilik yox

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ramin Nurullayev: Sualları abituriyentləri çaşdırır, nəticələrə mənfi təsir göstərir



2025-ci il mayın 25-də keçirilmiş ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıqlara səbəb olub. İmtahanda istifadə olunan tarix test tapşırıqları xüsusilə kəskin tənqid obyektinə çevrilib. Abituriyentlər, valideynlər və təhsil ekspertləri test suallarının həddindən artıq çətin və anlaşılmaz olduğunu bildirirlər. Sosial şəbəkələrdə yayılan paylaşımlar, tanınmış müəllim və jurnalistlərin reaksiyaları göstərir ki, imtahan suallarının bəzilərinə hətta təcrübəli müəllimlərin belə cavab verməsi çətin olub. Bu vəziyyət bir çoxlarının haqlı olaraq təhsil sisteminin şəffaflığı və ədalətliliyi ilə bağlı suallar verməsinə səbəb olub. İddialara görə, bu cür yanaşma şagirdləri məktəbdən uzaqlaşdıraraq repetitorlara yönəltmək məqsədi daşıyan daha geniş bir siyasətin tərkib hissəsidir.

Müvafiq qurumdan isə bildirilib ki, qəbul imtahanlarında istifadə olunan suallar ölkədə qüvvədə olan təhsil proqramı və dərsliklərə əsaslanır. İmtahandan sonra bütün tapşırıqlar və düzgün cavablar açıq şəkildə ictimaiyyətə təqdim olunur. Suallar asan, orta və çətin səviyyələrdə tərtib edilir ki, müxtəlif hazırlıq səviyyəsində olan şagirdlər arasında fərq qoyulsun. İmtahanın çətinliyi isə subyektivdir və hər kəs üçün fərqli ola bilər.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, “Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır.  

Qeyd olunub ki, İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır: “İmtahandan dərhal sonra bütün tapşırıqlar və onların izahı, düzgün cavablar ictimaiyyətə təqdim olunub. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilib. Bütün bunlar imtahanın məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir."

Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Həmçinin imtahanın çətin olması isə nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər.


Təhsil eksperti Ramin Nurullayev də Sherg.az-a açıqlamasında qeyd edib ki, 2025-ci il mayın 25-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi keçirilib. Bu mərhələdə II və III ixtisas qrupları üzrə abituriyentlər bilik və bacarıqlarını nümayiş etdirdilər. Lakin imtahandan sonra ölkə üzrə yaranmış narazılıqlar xüsusilə bir fənn – tarix – ətrafında cəmləndi:


 “Narazılıqlar əsasən sualların məzmun baxımından normativ proqramlara uyğun gəlməməsi, detal və spesifik bilik tələb etməsi, təhlil və nəticə çıxarma bacarığından çox əzbərlənmiş biliklərə üstünlük verməsi istiqamətində ifadə olunub.

Məsələnin ciddiliyini nəzərə alaraq, biz bu sualları müxtəlif tarix müəllimləri və mütəxəssislərlə müzakirə etdik. Tarix müəllimlərinin də qeydləri deməyə əsas verir ki, həqiqətən də builki suallar son illərdə keçirilən qəbul imtahanlarında düşən tarix  suallarından daha çətin olub.  Sözsüz ki, Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında ümumi təhsil proqramından kənara çıxmır və təqdim olunan suallar orta məktəb dərslikləri əsasında hazırlanır. Lakin əsas məsələ sualların proqramdan kənar olması deyil, onların çətinlik səviyyəsinin yüksək olmasıdır. Bundan əlavə, bəzi sualların bir deyil, bir neçə mövzu və məzmun sahəsinə əsaslanaraq cavablandırılması tələb olunur. Bu isə imtahan iştirakçılarının vaxt itkisinə səbəb olur. Vaxtın hər saniyəsinin əhəmiyyətli olduğu belə bir şəraitdə abituriyentlər mürəkkəb suallar üzərində uzun müddət vaxt sərf etdiklərinə görə digər suallara cavab verməyə vaxt tapa bilmirlər. Nəticədə bu hal onların ümumi nəticələrinə mənfi təsir göstərir.

Buraxılış imtahanlarında isə sualların nisbətən sadə və aydın olması yüksək və maksimal bal toplayan şagirdlərin sayının çox olmasına səbəb oldu. Ümid edirik ki, ikinci cəhd imtahanında DİM abituriyentlər və ictimaiyyət tərəfindən səsləndirilən narazılıqları nəzərə alacaq, sualların çətinlik səviyyəsini balanslaşdıracaq və vaxt itkisinə səbəb olan mübahisəli suallardan yayınacaq”.


Təhsil eksperti bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında istifadə edilən tapşırıqların hazırda qüvvədə olan dərsliklərə və proqramlara əsaslandığını qeyd edir. Lakin əslində abituriyentlərin orta məktəbdə istifadə etdiyi dərsliklərdən bir sual belə imtahan kitabçasında birbaşa yer almır. Mövzu eyni olsa da, təqdim olunan suallar orta məktəb dərsliklərindən xeyli daha yüksək və çətin səviyyədə hazırlanır.

İmtahanların abituriyentlərin real bilik və bacarıqlarını əks etdirib-əks etdirməməsi ilə bağlı suala münasibət bildirən Ramin Nurullayev qeyd edib ki, ən yaxşı oxuyan abituriyentə belə 30 ədəd çətin sual verilsə, onun uzaqbaşı 10-nu düzgün cavablandırmaq imkanı olar: 

“ Halbuki Dövlət İmtahan Mərkəzi üçün prioritet bu olmamalıdır. Test kitabçasında sualların asan, orta və çətin səviyyədə bərabər paylanması əsas prinsiplərdən biri olmalıdır. Hazırda isə həm 3 saatlıq vaxt məhdudiyyəti qoyulur, həm də suallar çətinləşdirilir. Bu yanaşma “imtahan iştirakçısının hazırlıq səviyyəsinə görə sualın çətinliyi dəyişir” fikrini əsaslandırmır. Hər hansı tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər demək absurd yanaşmadır. Məsələn, bütün diqqətini və vaxtını tarix fənnindən düşən 5-10 suala yönəldən abituriyent digər fənnlər üzrə test tapşırıqlarında yüksək nəticə göstərə bilməz”.


Ekspert əlavə edib ki, hazırkı imtahan sistemi sanki abituriyentlərin bilik səviyyəsini yoxlamaq məqsədindən daha çox “sualları necə tərtib edək ki, abituriyentlər çaşsın və vaxt itirsinlər” prinsipi üzərində qurulub: 

"Halbuki  hər il dövlət ali məktəblərdə qəbul planları artırılır və bu il üçün 2000-dən artıq əlavə plan yeri ayrılıb. Bu yerlərin tam dolması üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının kifayət qədər çox olması vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:312
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri