Icma.az
close
up
RU
Ekspert: İstedadlı tələbələrə təqaüd vermək özəl təşkilatların da marağında olmalıdır AZƏRTAC

Ekspert: İstedadlı tələbələrə təqaüd vermək özəl təşkilatların da marağında olmalıdır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 yanvar, AZƏRTAC

Dünyanın inkişaf etmiş ölkələri təhsili daim prioritet sahə kimi dəyərləndirib və bu sahənin inkişafı üçün müxtəlif təşəbbüslər irəli sürüb. Xüsusilə bacarıqlı gənclərin seçilərək müxtəlif təqaüd proqramları ilə dəstəklənməsi, onların peşə maraqlarını artırmağa yönəlmiş əsas tədbirlərdəndir. Bu təcrübə göstərir ki, dövlət qurumları ilə yanaşı, özəl təşkilatlar da istedadlı tələbələrə təqaüd ayırır, onları bu yolla həm həvəsləndirir, həm də gələcək əmək bazarı üçün hazırlayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, istedadlı tələbələrə təqaüdün verilməsi onların akademik və peşəkar motivasiyasını artırmaqla yanaşı, rəqabət mühitinin formalaşmasına da şərait yaradır: “Bu yanaşma nəticəsində gənclər uğur qazanmaq üçün daha çox çalışır və özlərini inkişaf etdirməyə çalışırlar. Özəl sektor isə bu cür gəncləri gələcəkdə iş imkanları ilə təmin etməyə daha maraqlı olur. Hazırda ölkəmizdə dövlət tərəfindən müxtəlif təqaüd proqramları mövcuddur. Məsələn, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alan tələbələr üçün təsis edilən dövlət təqaüdü proqramı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə hökumətlərarası təqaüd proqramları da həyata keçirilir. Bundan əlavə, bəzi təşkilatlar, məsələn, SOCAR xüsusi istedadlı tələbələrə dəstək verir. Buna baxmayaraq, özəl təşkilatların bu sahədə rolu çox zəifdir. Qeyri-hökumət təşkilatları və özəl şirkətlərin tələbələr üçün xüsusi təqaüd proqramları təşkil etməsi demək olar ki, yox səviyyəsindədir. Biz təhsil mütəxəssisləri olaraq inanırıq ki, özəl qurumlar da istedadlı gənclərə dəstək verməli, onların xaricdə və ya yerli ali təhsil ocaqlarında təhsil almasını təşviq etməlidir. Ölkəmizdə dünya və respublika səviyyəli fənn olimpiada qalibləri, beynəlxalq müsabiqə iştirakçıları, yüksək nəticələr göstərən tələbələr kifayət qədərdir. Bu gəncləri həvəsləndirmək üçün şirkətlər təqaüd proqramları təqdim edə bilər”.

Ramin Nurəliyev qeyd edib ki, qeyri-hökumət təşkilatları istedadlı gəncləri müəyyənləşdirib onları müvafiq özəl şirkətlərlə əlaqələndirə bilər: “Belə təşəbbüslər özəl sektorun da maraqlarına xidmət edir. Şirkətlər təqaüd verdikləri gəncləri təcrübə proqramlarına cəlb edərək onları gələcək üçün peşəkar kadr kimi hazırlaya bilərlər. Bu, əmək bazarına təcrübəli işçilərin qazandırılmasına, eyni zamanda, gənclərin rəqabət ruhunu artıraraq daha savadlı olmalarına şərait yaradacaq.

Cəmiyyət olaraq öz universitetlərimizdə təhsil alan tələbələr üçün təqaüd proqramlarını təşviq etməli, istedadlı gəncləri bu sahəyə maraqlandıraraq təhsilin inkişafına töhfə verməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri