Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Rənglər dünyasının istedadlı yolçusu

Rənglər dünyasının istedadlı yolçusu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizdə gənc rəssamlarımızın öz potensiallarını üzə çıxarmaları üçün bir çox incəsənət məktəbləri, qalereyalar fəaliyyət göstərir. Bakıda və regionlarda keçirilən müxtəlif sərgilərdə onlar üçün geniş imkanlar yaradılır. Bu gün rəssamlıq sahəsində həvəslə çalışan, öz uğur yolunu tapan gənc rəssamlarımız az deyil. Onlardan biri də Fuad Musayevdir.

Fuadın 24 yaşı var. O, 2007-ci ildə Xətai rayonundakı 55 saylı tam orta məktəbdə ilk təhsilini alıb. Fuadın rənglərə olan sevgisi lap kiçik yaşlarından özünü göstərib. Yaradıcılığa onu cəlb edən rəngarəng əşyaların rəsmini çəkməklə başlayıb desək, yanılmarıq. Valideynləri Fuadın 6 yaşında ikən evin divarlarında çəkdiyi günəş təsvirini görəndə artıq anlayıblar ki, onu məhz bu sahəyə yönləndirmək, rəssamlığın sirləri ilə daha yaxından tanış etmək lazımdır. Elə həmin ildən o, rəsm dərnəyinə yazılıb və ilk rəngkarlıq dərsləri almağa başlayıb.

İstedadlı gəncin ilk müəllimi Mətanət Aslanova olub. Fuad Mətanət xanımın ən sevimli şagirdlərindən biri olub. Müəllimi bu gün də ondan danışanda üzünə təbəssüm qonur. İştirak etdiyi uşaq sərgilərində öz dəst-xətti ilə seçilməyi bacaran Fuadın istedadı artıq görkəmli rəssamların diqqətini cəlb etmişdi. “Xocalı harayı” adlı sərgidə Xalq rəssamı Arif Hüseynov onun üstün keyfiyyətlərini kəşf edib.

Öz əzmi və bacarığı sayəsində bir rəssam kimi yetişməyi bacaran Fuad daim yaradıcılıq axtarışında olaraq öyrənməyi, yeniliklər kəşf etməyi sevir. O, 2016-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə, oranı bitirdikdən sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinə daxil olur. İstedadlı gənc burada xalq rəssamları Arif Hüseynov, Siruz Mirzəzadə, Əməkdar rəssam Məmmədhüseyin Hüseynov, Ədhəm Yusubov, fakultənin baş müəllimi Emin Ələkbərovdan dərslər alır, rəssamlığın peşəkar sirlərinə dərindən bələd olur. 2024-cü ildə akademiyada təhsilini uğurla tamamladıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadlı benefisiarı kimi çalışır, burada mərkəzin dəstəyindən, sosial inkişaf proqramlarından yararlanır.

Fuad Musayev 2024-cü ildən DOST-un İsmayıllı rayonunda yerləşən “Dost evi” filialında təlimçi kimi fəaliyyət göstərir. Rəssamlıq yaradıcılığına uğurla davam edən gənc bu ilin əvvəlindən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Fuadın yaradıcılıq yoluna nəzər salsaq, görərik ki, o, rəssamlığın bir çox sahəsi ilə məşğul olmağı sevir. Özündə keramika, xalça, qobelen və s. cəmləşdirən dekorativ-tətbiqi sənətə daha çox bağlıdır. Özünü daha da təkmilləşdirməyi qarşısına məqsəd qoyan gənc rəssam böyük məharətlə xalça eskizləri çəkir, qobelenlər hazırlayır, keramik qablara müxtəlif təsvirlər vurmaqla insanların gözünü oxşayır. Onun əsərlərindən kətan üzərində yağlı boya texnikası ilə təvir etdiyi “Səhra gözəlləri”, “Bağımın narları”, “Qayıqlar”, “Sahil küləyi”, “Kız külesi”, “Düşüncələr” kimi rəngkarlıq əsərləri, “Azad Şuşam”, “Novruz qızı”, “Bənövşəli vaza”, “Xalça naxışları” adlı keramika əsərlərini sadalaya bilərik. Fuadın yaradıcığında milli ornament və detallardan yerli-yerində istifadə etdiyi aydın şəkildə görünür.

Bu zamana qədər o, çoxsaylı sərgilərdə uğurla iştirak edib, bir çox diplom, sertifikat və mükafatlara sahib olub. Hər zaman fiziki məhdudiyyətli uşaqlara, gənclərə dəstək göstərib. İştirak etdiyi satış-sərgilərdən əldə etdiyi gəliri məhdudiyyətli uşaqlara ianə edib, onların könlünü sevindirib.

Fuadın gələcək məqsədi tutduğu bu yolda özünü daha da kamilləşdirmək və yeni uğurlara imza atmaqdır.

Ziyarət CABAROVA-QƏHRƏMANOVA,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri