Icma.az
close
up
RU
Ekspert: “MTK nın vətəndaşa “mənə pul və etibarnamə ver, sənə çıxarış alım” deməsi qanunla icazəli deyil”

Ekspert: “MTK nın vətəndaşa “mənə pul və etibarnamə ver, sənə çıxarış alım” deməsi qanunla icazəli deyil”

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“MTK-ların “kupça” – çıxarış almaq üçün mənzil sahiblərindən etibarnamə istəmələri qanunaziddir, düzgün deyil. MTK-lara hər hansı etibarnamə verilməsi bütün mənzil hüquqlarının kiməsə verilməsi deməkdir. Yəni etibarnamə kimə verilirsə, həmin adam mənzili başqasına sata, girov qoya bilər. Vətəndaşlar belə məsələlərdə diqqətli olmalıdırlar. Əks halda, sonradan çıxılmaz vəziyyətdə qalar, öz halal əmlaklarından əllərini üzməyə məcbur olarlar. Bəzi hallarda mənzilin bütün hüquqlarını deyil, MTK-ya hansısa sənədin düzəldilməsinə dair hüququ əks etdirən etibarnamə verilə, məhdudiyyətlər qoyula bilər. Bu zaman etibarnamədə mənzilin satışı, girov qoyulması və digər məqamların qadağan edilməsi mümkündür. Yəni açıq-aydın göstərilməlidir ki, etibarnamə MTK-ya nə üçün verilir və MTK-nın mənzil üzərində hansı prosesləri həyata keçirmək səlahiyyəti var. Ümumiyyətlə, vətəndaş yalnız özü istəyərsə, könüllü şəkildə MTK-ya, yaxud hər hansı hüquq məsləhətçisinə, şəxsi tanışına, yaxınlarına belə etibarnamə verə bilər. Kiməsə etibarnamə verərkən notariuslarda məsul şəxslərlə məsləhətləşmək lazımdır ki, hansı səlahiyyətləri etibarnamədə qeyd etmək olar”.

Bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.

“Əslində, qayda belədir ki, tikinti şirkəti bütün bina üçün çıxarış aldıqdan sonra digər vətəndaşlar özləri ASAN Xidmətə, yaxud əmlak xidmətlərinə müraciət etməklə çıxarışlarını əldə edə bilərlər. Bu zaman dövlət rüsumu tətbiq edilir. Belə halda heç bir MTK-nın vasitəçiliyi olmadan çıxarışları vətəndaşlar birbaşa özləri əldə edirlər. Məsələn, MTK-nın vətəndaşa “mənə yeddi yüz manat ver, gedim sənə çıxarış alım” deməsi qanunla icazəli deyil. Bu, “qara bazar” deyil ki, kimdənsə xahiş etməklə iş həll olunsun. Açıq-aşkar qanun pozuntusudur. Çünki dövlətin təyin etdiyi rüsumlar var. Sənədləri heç bir ödəniş almadan vətəndaşa təqdim etmək MTK-nın borcudur. MTK vətəndaşa çıxarış ala bilməsi üçün maliyyə arayışı, protokoldan çıxarış, evin eskiz layihəsi və digər müvafiq sənədləri verməlidir. MTK bütün binaya çıxarış alıbsa, sakin həmin sənədlərlə mənzilinə “kupça” və texniki pasport ala bilər. Vətəndaşın MTK-ya borcu varsa, məsələn, kommunal xərclərlə bağlı, bu da qanuni yollarla tələb edilməlidir. Adətən yeni tikilən binalarda kommunal xərclər, inzibati işlər üçün pul yığılır. Tikinti şirkəti bütün normativlərə uyğun bina tikibsə, bütün müvafiq qurumlar tərəfindən yoxlanıldıqdan sonra çatışmazlıqların aradan qaldırılması üçün MTK-ya vaxt verilir, binaya yenidən baxış keçirilir. Hər şey qaydasındadırsa, dövlət qurumlarının rəyi nəticəsində çıxarış alınmasına şərait yaradılır. Bütün bu işlərin hamısı MTK-ların öhdəsindədir. Sakinlərdən heç bir pul yığıla bilməz. Vətəndaş mənzili alarkən müqavilədə hər şey göstərilir və burada çıxarışa dair də bənd mövcuddur”, - o bildirib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 İyun 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see157

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see151

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see144

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see140

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see129

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see128

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

15 İyun 2025 21:03see124

İsrail İrandan raket atışlarını qeydə aldı

15 İyun 2025 17:42see122

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

15 İyun 2025 20:23see122

“Nitsa”nın forvardı Türkiyə yolunda

15 İyun 2025 23:27see120

Bakıda uşaqlıq həvəsi 35 yaşlı kişinin başına iş açdı

15 İyun 2025 18:27see120

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see120

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see119

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see119

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see119

Fənərbaxça rusiyalı futbolçunu istəyir

15 İyun 2025 22:44see119

Pezeşkian İraq Baş nazirinə XƏBƏRDARLIQ ETDİ

15 İyun 2025 17:18see118

ABŞ İsrail İran münaqişəsinə müdaxilə edə bilər

15 İyun 2025 18:48see117

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

16 İyun 2025 07:02see115

Son zəng günü dənizdə batan Elmirin FOTOSU

15 İyun 2025 18:05see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri