ADPU nun Quba filialında “Vətən” poemasında dil məsələlərinə dair elmi ədəbi fikir mübadiləsi aparılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tanınmış şair Ramiz Qusarçaylının “Vətən” poemasında dil məsələləri” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib. ADPU-nun Quba filialında keçirilən tədbirdə bu təhsil müəssisəsinin direktoru professor Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, filialın direktor müavini Aysel Şeydayeva, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva, filologiya üzrə fəlsəfə doktorları Aytən Qurbanova, Kəmalə Bayramova və Rahib Sədullayev, şəhid anası Tünzalə Abduləlimova, gənc şair Günəş İsgəndərov çıxış ediblər.
Professor Nadir Məmmədli çıxışında Ramiz Qusarçaylı poeziyasının dil xüsusiyyətləri, milli təfəkkür və vətənpərvərlik mövzularının sənətkarlıqla ifadəsi barədə elmi-ədəbi fikirlərini bölüşüb.
Sonda professor Nadir Məmmədli dilçilik elminin inkişafında müstəsna xidmətlərinə və ADPU-nun Quba filialı ilə səmərəli əməkdaşlığına görə fəxri diplomla təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















