Icma.az
close
up
RU
Ekspert: Müəllim və şagirdlər gizli çəkilişlərdən qorunmalıdır

Ekspert: Müəllim və şagirdlər gizli çəkilişlərdən qorunmalıdır

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məktəblər şou məkanı deyil

Sosial media qadağası yox, etik qaydaların gücləndirilməsi vacibdir 

Türkiyə Milli Təhsil Nazirliyi fenomen müəllimlərə qarşı yenidən hərəkətə keçib. "Şərq" xəbər verir ki, buna əsasən, ölkə üzrə fenomen müəllim və rəhbər vəzifəli şəxslərin sosial media hesabları araşdırılacaq. Əldə edilən məlumata görə, nazirlik CİMER və Milli Təhsil Nazirliyinin Əlaqə Mərkəzi vasitəsilə daxil olan çoxsaylı şikayətlərdən sonra yeni bir işə start verib. Nazirlik 81 il üzrə təhsil idarələrindən sosial mediada izləyici sayı çox olan müəllim və rəhbərlərin siyahısını tələb edib. Siyahıda yer alan şəxslərin sosial media hesabları ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə əsasən, qaydalara uyğun davranmadığı müəyyən edilən müəllim və rəhbər şəxslər barəsində intizam cəzası tətbiq olunacaq. Müəllimlik Peşə Qanununa görə, müəllimlər və rəhbər şəxslər şagirdlərin görüntülərini yalnız valideynin icazəsi ilə paylaşa bilərlər. Əks halda, şagirdlərə və tədris prosesinə aid səs və ya görüntüləri qanunvericiliyə zidd şəkildə paylaşan müəllimlərə “töhmət” cəzası verilir. Töhmət cəzaları müəllimlərin şəxsi iş (xidmət) sənədində 5 il müddətində saxlanılacaq.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli qardaş ölkədə tətbiq edilən qadağaları məqbul hesab edir. Sherg.az-a açıqlamasında Əmrah Həsənli qeyd etdi ki, məktəb nə şou məkanıdır, nə də sosial media üçün kontent istehsal edilən platforma. Orada əsas məqsəd təlim-tərbiyə olmalıdır: 

- Əslində, Azərbaycanda bu sahə tam boşluqda deyil. Təhsilverənlərin etik davranış qaydaları mövcuddur və həmin qaydalarda müəllimin şagirdlə münasibətlərində məsuliyyət, məxfilik, hörmət və pedaqoji etika əsas prinsiplər kimi müəyyən edilib. Lakin problem qaydaların mövcudluğundan çox, onların real icra mexanizmlərinin yetərincə işləməməsidir. Sosial şəbəkələrdə sinif otağından, dərs prosesindən, şagirdlərin üzlərinin açıq şəkildə göründüyü paylaşımlara rast gəlirik. Bəzən bu paylaşımlar “motivasiya”, “uğur hekayəsi” adı altında edilir, amma nəticə etibarilə uşağın razılığı, valideynin icazəsi və psixoloji təsirlər çox vaxt nəzərə alınmır. Digər tərəfdən, məsələ təkcə müəllimlərlə bitmir. Son illər məktəb mühitində gizli çəkilişlərin aparılması və həmin görüntülərin sosial şəbəkələrdə yayılması ciddi problemə çevrilib. Şagird tərəfindən müəllimin, müəllim tərəfindən şagirdin, yaxud sinif daxilində hər hansı şəxsin icazəsiz çəkilişi həm etik, həm də hüquqi baxımdan yolverilməzdir. Məktəb nə şou məkanıdır, nə də sosial media üçün kontent istehsal edilən platforma. Orada əsas məqsəd təlim-tərbiyədir. Bu baxımdan mən hesab edirəm ki, bizdə yeni, sərt qadağalardan daha çox mövcud etik davranış qaydalarının gücləndirilməsinə və tətbiqinə ehtiyac var.

Ekspert bildirdi ki, müəllimlər üçün sosial mediadan istifadə ilə bağlı daha aydın çərçivələr müəyyən edilməli, şagirdlərin hüquqlarını pozan hallara prinsipial yanaşılmalıdır. Eyni zamanda, şagirdlər və valideynlər də maarifləndirilməlidir ki, gizli çəkiliş və paylaşım “adi bir video” deyil, hüquqi və etik məsuliyyət yaradan bir hərəkətdir: 

- Nəticə etibarilə, məsələ sosial medianı qadağan etmək yox, məktəbi qorumaqdır. Məktəbin nüfuzunu, müəllimin peşəkar kimliyini və şagirdin psixoloji təhlükəsizliyini qoruyan balanslı, ədalətli və icra olunan qaydalar olmalıdır. Təhsil məkanı baxış sayı ilə deyil, dəyəri ilə ölçülməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri