Icma.az
close
up
RU
Dəcəllik edib müəllim önündə oturan “şagirdlər”...

Dəcəllik edib müəllim önündə oturan “şagirdlər”...

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Dünən ABŞ Prezidenti Donald Tramp Avropa elitasını başına yığmışdı.

Liderlər Ağ Ev rəhbəri ilə görüşdə illərdir aqibəti məchul olan Rusiya-Ukrayna müharibəsinə çarə tapmağa çalışırdı.

Xüsusən bu mövzuda Trampla sözü çəp düşən, ona qarşı gələn siyasilər bu dəfə Birləşmiş Ştatlar liderinin qarşısında əyləşmişdi. Amma necə?!

Dəcəllik edib müəllim önündə ağzına su alıb oturan şagirdlər kimi...

Əvvəlcə Vaşinqtonda keçirilən daxili iclasa gecikən Fransa Prezidenti Emanuel Makron...

Vaşinqtona deyilən vaxtda çata bilməyən Makron, yəqin ki, hansısa dostundan adının önünə “qayib” qoyulmamasını istəmişdi ki, Trampla görüşə özünü qan-tər içində çatdıra bilmişdi.

Bir tərəfdə sinfin tək topunu özü ilə aparıb-gətirən həmin şagirdi yada salan, aylarla “Zelenskiyə “Patriot” verək, ya verməyək?” deyə götür-qoy edən kansler Merts...

O biri tərəfdə həmişə bütün mövzularda rəyi olan, gözə fikirli dəyən NATO rəsmisi Rutte...

Ukrayna liderini bir gün qabaqdan qarşılayan, yol-yordam öyrədən Avropa Komissiyasının Prezidenti xanım Lyeyen isə çox güman “sinif nümayəndəsi” missiyasını öhdəsinə götürmüşdü.

Sözü bir yerə qoyan Avropa elitasının əsas məqsədi müharibəni sonlandırmaq idi, ya Ukraynanı Alyansa hansısa yolla qəbul etməyə icazə almaq, o da ayrı müzakirə mövzusudur.

İclasın gedişində suallara cavab tapa bilməyən Merts Trampın dediklərində “səhv” axtarırdı. Elə buna görə də ABŞ liderindən rus həmkarı Vladimir Putini razı-sala bilib-bilməyəcəyinin sözünü almaq istəyirdi.

Tramp isə cavabında hakimiyyəti illərində sonlandırdığı 6 müharibədən danışaraq illərin təcrübəsinə sahib olduğunu əsl müəllim kimi kübar formada yada saldı.

10 gün əvvəl eyni ofisdə onların yerində yox, öz yanında əyləşən liderin ölkəsini nümunə çəkdi.

Trampın möhtəşəm ölkə adlandırdığı Azərbaycan, sülh mühitinin qurulması üçün uğurlu siyasət yürüdən lider isə İlham Əliyev idi...

Tramp özü də dəfələrlə Azərbaycan liderinin siyasətini örnək göstərib.

İlham Əliyevin Şuşa Qlobal Forumundakı bir çıxışını öz sosial şəbəkə hesabında iki dəfə paylaşıb, Ağ Evdə ehtiramla qarşılayıb, öz təbiri ilə desək, hamıya vermədiyi nadir hədiyyəni (Ağ Evin simvolik açarı-red.) də Azərbaycan Prezidentinə şəxsən təqdim edib.

Xülasə, Tramp dünən sözdə özünü “sülh carçıları” kimi təqdim edib, 30 il Avropadan Bakıya ayaq döysələr də, sinifdə qalan siyasilərə dərs keçdi. Özü də siyasət dərsi! 

Telli Minbir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Avqust 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri