Icma.az
close
up
RU
Ekspert orqanizm üçün ən müalicəvi ətin adını AÇIQLADI nə quzu ətidir, nə qoyun, nə də mal

Ekspert orqanizm üçün ən müalicəvi ətin adını AÇIQLADI nə quzu ətidir, nə qoyun, nə də mal

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əhaliyə maraqlı olan mövzulardan biri də qoyun, yoxsa quzun ətinin daha dadlı olma mövzusudur. Bu mövzuda fikirlər müxtəlifdir.
Bəs ümumiyyətlə hansı insanlara qoyun və quzu əti yemək olmaz?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, qoyun əti yoxsa quzu əti mövzusunda hər zaman fikir ayrılıqları olur. Yaşlı nəsil nümayəndələri daha çox qoyun və qoç ətinə üstünlük verirlər:

"Buna da səbəb, deyilənə görə, qoyun əti və yaxud qoç ətinin yetişmiş ət, yəni özünü tutmuş ət hesab olunmasıdır. Bu ətlərin əzələsi tam yetişmiş olur, ətin özünün xüsusi spesifik yapışqanlığı olur, bu ət daha dadlı və daha tutumlu olur. Yaşlı nəsil nümayəndələri istədikləri dadı məhz bu ətdən ala bilirlər".

Ekspertin sözlərinə görə, quzu əti ilə qoyun ətinin müqayisəsində gənc nəsil quzu ətinə daha çox üstünlük verir:

"Səbəb odur ki, quzu əti daha tez bişir, quzu ətini gənc nəsil daha dadlı hesab edir. Quzu ətində yağlılıq az olur, o cümlədən quzu ətinin həzm olunması daha rahatdır. Qoyun və qoç əti isə daha bərk olur. Piy toxumaları daha sıx, əzələ sistemi daha bərk olur. Müqayisədə qoyun və quzu ətinin tərkibində vitaminlər, bioloji aktiv maddələr daha çox və daha zəngin olur".

İ.Şirinov qeyd etdi ki, yaşlı nəsil qoyun ətinə ona görə üstünlük verir ki, dediklərinə görə, quzu ətindən süd qoxusu gəlir:

"Çünki bildiyimiz kimi, 2 illik, 1 il yarımlıq qoyun, qoç əti onların daha çox ağız dadına uyğundur. Gənc nəsilin quzu ətinə üstünlük verməsi əsasən həzm məsələsi ilə əlaqəlidir. Quzu ətini sobada bişirmək daha rahat olur, qoç ətində isə bu proses daha ləng gedir. Çünki onu sobada bişirmək və ya kabab etmək üçün müəyyən işlər görülməlidir. Xüsusi ədviyyatlardan və yumşaldıcı vasitələrdən istifadə etmək lazımdır.
Enerji baxımından qoyun ətinin enerjisi quzu ətinin enerjisindən daha çoxdur. Bu səbəbdən təzyiq problemindən əziyyət çəkənlər, şəkər xəstəliyindən əziyyət çəkənlər qoyun ətindən az istifadə edirlər. Çünki istifadə zamanı onlarda təzyiq qalxması və şəkər artması müşahidə olunur".

Ekspert hesab edir ki, bütün bu müqayisədə həm ürək xəstəliyindən əziyyət çəkən, immunitet zəifliyi olan insanların istifadə edə biləcəyi ən yaxşı ət keçi ətidir.

"Dietoloqların da təklifləri bu yöndədir. Çünki orqanizm üçün ən müalicəvi ət keçi əti hesab olunur. Keçi əti həm yaxşı kalori verə bilir, həm yaxşı bişir və bişdikdən sonra spesifik xüsusi dadı olur. Ən əsası, keçi əti orqanizmdə xəstə hüceyrələrin çoxalmasının qarşısını alır. Həmçinin faydalı olması ilə yanaşı, həzm prosesində heç bir problem yaratmır. Tərkibində B1, B2 vitaminləri daha zəngindir. Bildiyimiz kimi, keçi qoyun və quzu ilə müqayisədə daha yüksəkdən ot yemir. Ağacın gülünü və yaxud hansısa bir qayalıqda olan bitkinin çiçəyi ilə qidalanır. Keçi ətindən şəkər, ürək-damar xəstəliyindən əziyyət çəkənlərin istifadəsi daha rahatdır. Keçi əti dietik hesab olunduğundan bu kimi xəstəlikdən əziyyət çəkən insanlarda heç bir narahatlıq yaratmır. Eyni zamanda qaraciyərə müsbət təsirləri var. Keçi əti nadir ət növüdür ki, heç bir allergiyaya səbəb olmur", - deyə İ.Şirinov vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri